Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Inqilabih (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əliyev Zaur Hümbət oğlu 29 yanvar 1980-ci ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi, 2000-ci ildə Bakı Dövlət Universiteti, "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" fakültəsinin "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə həmin universitetin “Beynəlxalq hüquq” ixtisası üzrə qiyabi aspiranturasına qəbul olmuş, 2009-cu ildə aspiranturanı bitirmiş və "Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası" mövzusunda dissertasiya işi müdafiə etmişdir. Dissertasiya işinə dair bir sıra xarici ölkələrin ali təhsil müəssisələrindən (ABŞ-ın Pensilvaniya Universiteti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti, Kazan Dövlət Universiteti, Saratov Dövlət Universiteti, Kemerovo Dövlət Universiteti və s.) müsbət rəylər daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 iyun 2011-ci il tarixli qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.[1]
Zaur Əliyev | |
---|---|
Vəzifədədir | |
2022-ci ildən | |
Əvvəlki | Əmir Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə, Azərbaycan |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | Beynəlxalq hüquq |
Hərbi xidmət | |
Xidmət illəri | 19.09.2003 - 22.03.2005 |
Rütbəsi | Baş leytenant |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Hüquq, İnsan hüquqları |
Elmi dərəcəsi | Hüquq üzrə fəlsəfə doktoru |
İş yeri | Bakı Dövlət Universiteti |
|
|
Təltifləri |
2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur.[2]
Beynəlxalq hüququn və insan hüquqlarının aktual problemlərinə həsr olunan məqalələri mütəmadi olaraq ölkədaxili və beynəlxalq elmi jurnallarda (Moskva Beynəlxalq Hüquq Jurnalı, Rusiya Beynəlxalq Hüquq İllik Məcmuəsi, Avrasiya Hüquq Jurnalı və s.) çap olunur. Xarici ölkələrdə çap olunmuş bir sıra elmi məqalələri Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin və Cenevrədə BMT-nin kitabxanasında saxlanılır.[2]
Beynəlxalq hüquq və insan hüquqlarına dair 50-dək elmi əsərin (dərsliklər, dərs vəsaitləri, məqalələr və s.) müəllifi, həmçinin 2011-ci ildə Moskvada çap olunmuş “İnsan hüquqlarının beynəlxalq və dövlətdaxili müdafiəsi” adlı dərsliyin (Между народная и внутригосударственная защита прав человека. Учебник. Москва, Статут, 2011. - 830 с.) müəlliflərindən biridir.
Müxtəlif ökələrdə beynəlxalq hüquq və insan hüquqlarının müasir problemlərinə həsr edilmiş 50-dək beynəlxalq forum və konfranslarda məruzə ilə çıxış etməklə iştirak etmişdir.
2002-2016-cı illərdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində, 2016-2022-ci illərdə isə Heydər Əliyev Fondunda hüquqşünas, baş hüquqşünas vəzifələrində çalışmışdır.[2]
2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.[3]
2010-cu ildən etibarən BDU Hüquq fakültəsində və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr və magistatura səviyyələrində “İnsan Hüquqları", "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ” və “Avropa hüququ” və digər fənləri tədris edir.
Hal-hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanıdır[4].
Ailəlidir.