Əmir Əliyev (hüquqşünas)

Əmir İbrahim oğlu Əliyev (4 aprel 1973, Nüvədi, Meğri rayonu) — professor (2009), hüquq elmləri doktoru (2007)[1], Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı.[2]

Əmir Əliyev
azərb. Əliyev Əmir İbrahim oğlu
Doğum tarixi 4 aprel 1973(1973-04-04) (51 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Elm sahəsi hüquq
Elmi dərəcəsi hüquq elmləri doktoru (2007)
Elmi adı professor (2009)
İş yeri
Təhsili
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Əmir Əliyev 1973-cü il aprel ayının 4-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə Meğri rayonunun Nüvədi kənd orta məktəbində oxumuş, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır[1].

1995-ci ildə BDU-da "Beynəlxalq hüquq" ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1997-ci ildən hal-hazıra qədər BDU-da əvvəlcə müəllim, baş müəllim, dosentprofessor vəzifəsində çalışır[1].

Ailəlidir, üç övladı var[1].

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1997-ci ildən 2006-cı ilə kimi BDU-nun "Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ" kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir. 2006-cı ildən yeni yaranan "Beynəlxalq xüsusi hüquq və Avropa hüququ" kafedrasının dosenti, 2009-cu ildən isə professoru vəzifəsində çalışır[1].

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Hüquq" elmləri üzrə Ekspert Şurasının üzvüdür. Eyni zamanda, Vəkillər üzrə Respublika İxtisas Komissiyasının üzvüdür. BDU tərəfindən buraxılan "Beynəlxalq hüquq və inteqrasiya problemləri" adlı elmi-analitik və praktiki jurnalın baş redaktor müavinidir[1].

Əmir Əliyev "Beynəlxalq ümumi hüquq", "İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi", "Beynəlxalq gömrük hüququ", "Avropa hüququ" fənlərini tədris edir[1].

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə "Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq" mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, hüquq elmləri namizədi alimlik dərəcəsi, 2007-ci ildə isə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika" mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır[1].

Əmir Əliyev "Beynəlxalq hüquq", "İnsan hüquqları" və "Avropa hüququ" sahələri üzrə tədqiqat aparır[1].

  1. Beynəlxalq ümumi hüquq. Metodik vəsait. Bakı, 2005.
  2. Beynəlxalq xüsusi hüquq. Dərslik. Tərcümə. Bakı, 2007.
  3. Beynəlxalq turizm hüququ. Monoqrafiya. Bakı, 2007.
  4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi. Monoqrafiya. Bakı, 2007.
  5. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. Dərslik. Bakı, 2007.
  6. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı, 2009
  7. İnsan hüquqları. Dərslik. Bakı, 2013.[3]
  1. 1 2 3 4 5 6 7 8 9 "Əliyev Əmir İbrahim oğlu". Bakı Dövlət Universiteti (az.). irl.bsu.edu.az. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-24.
  2. A.Aslan. "BDU-da elmi konfrans keçirilib". MODERN.AZ (az.). modern.az. 06.05.2013, 19:07. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-24.
  3. Afət. "Əmir Əliyevin «İnsan hüquqları» kitabı işıq üzü görüb". SİA (az.). sia.az. 22.11.2013 13:53. İstifadə tarixi: 2014-09-24.[ölü keçid]