Zaur Həsənov (aqronom)

Zaur Həsənov — Kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru.[1]

Zaur Həsənov
Doğum tarixi (84 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Mükafatları "Tərəqqi" medalı

Təhsili[redaktə | mənbəni redaktə et]

Zaur Həsənov 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. 1967-ci ildə "Azərbaycanda Şərq xirniyinin əkin materialının becərilməsinin bəzi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "Subtropik bitkilər" sahəsində kənd təsərrüfatı elmləri namizədi adını, 1972-ci ildə isə dosent elmi adı almışdır. 1991-ci ildə "Azərbaycanda Şərq xirniyi becərilməsi texnologiyasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru adı almışdır. 1994-cü ildə professor elmi dərəcəsinə layiq görülmüşdür.[2]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvə-tərəvəzçilik" kafedrasında toxumçu-aqronom, 1968-ci ildə asistent, 1972-ci ildə dosent, 1981-ci ildə kafedranın müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun" Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin dekanı, 1991-ci ildə "Meyvə-tərəvəzçilik" kafedrasınin dosenti, 1994-cü ildə Meyvə-tərəvəzçilik kafedrasınin müdiri kimi, 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvəçilik kafedrasının professoru kimi fəaliyyət göstərib. 2014-cü ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru kimi fəaliyyət göstərir.1998-ci ildə isə AR Prezidenti yanında AAK tərəfindən ona, meyvəçilik sahəsində qazanılmış nailiyyətlərinə görə, əlavə olaraq "Meyvəçilik və üzümçülük" ixtisası üzrə elmlər doktoru səlahiyyətləri verilmişdir.

[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunub. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.[3]

Əsərləri[redaktə | mənbəni redaktə et]

256 adda elmi əsərin o, cümlədən aşağıdakı kitabların müəllifi və həmmüəllifidir.

  • Meyvə bitkilərində məhsuldarlığın yüksəldilməsinin bioloji əsasları, Kirovabad, 1973
  • Subtropik meyvə bitkiləri. I hissə. Kirovabad, 1983
  • Subtropik meyvə bitkiləri. I1 hissə. Kirovabad, 1984
  • Qərzəkli meyvə bitkiləri. Kirovabad, 1987
  • Şərq xirniyi (formavermə və budama). Kirovabad, 1999
  • Meyvə və tərəvəz bitkiləri, Bakı, 2000 (C. M. Əliyev, V. Q. Qasımov ilə birgə)
  • Meyvə bitkilərinin çoxaldılması., Gəncə: AİM, 2006
  • Subtropik bitkilər, Bakı, 2001 (Abbasov Q. C., Y. V. Süleymanova ilə birgə)
  • Meyvə bitkilərinin çoxaldılması., Gəncə: AİM, 2006
  • Pomoterapiya. Gəncə, 2007
  • Bağban nəyi bilməlidir. 2009 (İ. H. Cəfərov, F. A. Ağayev, Y. V. Süleymanova ilə birgə)
  • Meyvəçilik, Bakı, 2007; 2011 (C. M. Əliyev ilə birgə)
  • Meyvəçilik (laborator-praktikum), 2011
  • Хурма восточная (D.kaki L.), (monoqrafiya), Bakı: MBM, 2012
  • Субтропические культуры, Баку, 2013 (А.Микеладзе, Р.Копалиани, Е.Сулейманова ilə birgə)
  • Экология субтропических растений,Кутаиси, 2016, (М.Харебава А.Микеладзе, Р.Копалиани, Ш.Капанадзе ilə birgə)
  • Meyvələrlə müalicə , B., Şərq-qərb, 2017
  • Цитрусоводство,Кутаиси,2018 (Р.Копалиани А.Микеладзе Ш.Капанадзе ilə birgə)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Rauf Hacıyev. "Zaur Həsənov: Meyvələrlə müalicə insanın sağlam və uzun ömür yaşaması üçün təbii üsuldur". azertag.az. 25 fevral 2017. 2019-06-01 tarixində orijinalından arxivləşdirilib.
  2. 1 2 "Zaur Həsənov". adau.edu.az. 2019-06-01 tarixində orijinalından arxivləşdirilib.
  3. "Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 18 may 2010. 1 June 2019 tarixində arxivləşdirilib.