Zaur Şirinbəy oğlu Rəhimov (5 iyun 1982, Lerik) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovnik-leytenantı, "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi.
Zaur Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1982 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2000—hal-hazırda |
Rütbəsi | polkovnik-leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Zaur Rəhimov 1982-ci il iyunun 6-da Lerik şəhərində anadan olub.
Zaur Rəhimov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir.
Zaur Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin 7 mart 2019-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Zaur Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Müharibənin birinci günündə Murovdağ döyüşləri zamanı yaralansa da, bir müddət müalicə aldığdan sonra yenidən döyüş meydanına qayıdan Zaur Rəhimov, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər ərzində Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Zaur Rəhimov döyüşlərin son günündə Şuşada yaralanıb. Hal-hazırda da müalicəsi davam edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Rəhimov "Zəfər" ordeni ilə təltif edildi.[1]