Zebra Dağı Milli Parkı

Zebra Dağı Milli Parkı (ing. Mountain Zebra National Park) — Cənubi Afrika Respublikasının Şərqi Keyp əyalətində yerləşən milli park.[1] Milli park 1937-ci ilin iyulunda nəsilləri təhlükədə olan Keyp zebrlarını qorumaq üçün təşkil olunmuşdur.

Zebra Dağı Milli Parkı
ing. Mountain Zebra National Park
Zebralar
Zebralar
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 284 km2 ha
Mütləq hündürlüyü 1.276 m
Yaradılma tarixi 1937
Yerləşməsi
32°11′ c. e. 25°37′ ş. u.
Ölkə  Cənubi Afrika Respublikası
Vilayət Şərqi Keyp
Yaxın şəhər Kradok
sanparks.org/parks/mount…
Zebra Dağı Milli Parkı xəritədə
Zebra Dağı Milli Parkı
Zebra Dağı Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1930-cu illərdə Key zebrları yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idilər. Milli parkın sahəsi o zaman 17,12 km2 idi. O zamanlar burada cəmi 5 ayğır və 1 madyan vardı və bu Keyp zebrlarının sayının artırılması üçün kifayət deyildi. 1950-ci ildə cəmi iki ayğır qalan qonşu fermer H. L. Lomland bura 11 Keyp zebrsı gətirmişdir.

1964-cü ildə burada cəmi 25 zebr vardı. Həmin il milli parkın sahəsi 65.36 km2-a çatdırılmışdır və Paul Miçau əraziyə daha 6 zebr gətirmişdir. O zamandan zebrların sayı davamlı artaraq 140-a çatmışdır. 1975-ci ildə zebrlar Qərbi Keyp vilayətindəki De Hup Təbiət Qoruğuna verilmişdir.

1978-ci ildən Keyp zebrlarının tutulması və köçürülməsi milli park rəhbərliyinin əsas məqsədinə çevrilmişdir. Hazırda milli parkdakı sürülərin sayı 350-dir, hər il 20 heyvan köçürülür və sahəsi 284 km2-dır.

Burada qaraqulaq, Afrika kəli, qara kərgədan, Afrika maralı, qara qnu, inək antilopu, adi köpgəröküz, qaraca antilop kimi məməlilər yaşayır. 2007-ci ildə buraya hepardlar gətirilmişdir. 2013-cü ildə şirlər buraxılmışdır.[2]

Burada bir neçə ağac növü bitir.[3]

  1. "Arxivlənmiş surət" (PDF). 2013-04-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-30.
  2. "Arxivlənmiş surət". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-30.
  3. ISBN 978-1-77007-742-3

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]