Qara kərgədan

Qara kərgədan (lat. Diceros bicornis) — kərgədanlar fəsiləsinin qara kərgədan cinsinə aid yeganə növ. Yox olma təhlükəsi altındadır.

Qara kərgədan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qara kərgədan
Beynəlxalq elmi adı

Gövdəsinin uzunluğu 300–375 sm. Peysərdə hündürlüyü 140–150sm. Çəkisi 1–1,8 ton. Başında iki, bəzən üç və hətta beş buynuzu olur. Qabaq buynuzunun uzunluğu adətən — 50, maksimum 138 sm. Qabaq dodağının ucu biz kimidir və xortum kimi aşağı dodağının üstünə sallanır. Rəngi adətən tünd qonur olur.

Afrikada savanna ərazisində NamibiyadanKap əyalətinin cənub-qərbi hissəsindən Botsvana, Zimbabve, Mozambik, Malavi, Zambiya, Anqola, Konqo, Tanzaniya, Uqanda, və Keniyadan, Somali, Efiopiya, Sudandan qərbə MAR, Şimali Kamerundan, Çada eləcə də Nigeriyaya qədər yayılmışdır. Hal hazırda bu ərazilərin bəzi yerlərində, əsasən Milli parklarda, bir birindən uzaqda yerləşən sahələrdə qalıblar. Quru meşələrdə, savannalarda, çöllərdə və hətta yarımsəhralarda məskunlaşırlar.

  • В.Е. Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва Высшая школа 1986 səh.482
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]