Zeynəb bint Hüzeymə

Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595[1], Məkkə[1]625[2][3], Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.

Zeynəb bint Hüzeymə
Doğum tarixi 595[1]
Doğum yeri
Vəfat tarixi 625[2][3]
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı.

Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan

624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir. Qan tökülməsinin qarşısını almaq üçün Məhəmməd peyğəmbər də bu qəbilənin nümayəndəsi olan Zeynəblə evlənməyə qərar verir. Onların evliliyi 625-ci ildə baş tutur. Toydan bir neçə ay sonra Zeynəb dünyasını dəyişir. O, fəzilətli və mömin bir qadın olur, çox vaxt namaz qılar və bol-bol sədəqə verərdi. Ailə qurarkən Zeynəbin 30 yaşı olmuşdur. Övladı olmamış və peyğəmbərdən hədis nəql etməmişdir. Həzrət Xədicədən sonra Məhəmmədin ikinci vəfat edən zövcəsidir. Cənazə namazını Rəsulullah özü qıldırmış və Bəqi qəbiristanlığında dəfn etmişdir.