Zeynal Əliabbas oğlu Cabbarov (31 dekabr 1920, Bakı – 20 yanvar 1977, Bakı) — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1972).
Zeynal Cabbarzadə | |
---|---|
Doğum adı | Zeynal Cabbarov |
Doğum tarixi | 31 dekabr 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1977 (56 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, publisist |
Fəaliyyət illəri | 1941-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | lirika, şeir |
İlk əsəri | "Puşkin" (1937) |
Mükafatları |
|
Zeynal Əliabbas oğlu Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934–1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937–1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938–1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939–1940)[1]. 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur.
İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941–1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur.
Kiçik yaşlarından yaradıcılığa başlamışdır. Onun "Puşkin" adlı ilk mətbu şeri 1937-ci ildə dərc edilmişdir. İkinci Dünya müharibəsi illərində və sonra coşğun yaradıcılıq fəaliyyəti göstərmişdir. 1943-cü ilin aprelindən 1948-ci ilin oktyabr ayınadək Azərbaycan Yazıçılar İttifaqında "Natəvan" adına klubun müdiri, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, "Pioner" jurnalının məsul katib vəzifələrində işləmişdir. 1950-ci ildən ömrünün sonunadək məsul redaktor olmuşdur. Bu müddətdə dəfələrlə Azərbaycan LKGİ MK-nın rəhbər orqanlarına seçilmişdir. Onun ilk kitabı "Xanıman"da cəbhə şeirləri toplanmışdır (1946). Xidmətlərinə görə bir sıra medal və Fəxri fərmanlarla təltif edilmişdir.
1977-ci il yanvarın 20-də Bakıda vəfat etmişdir.
Uşaq mahnılar