Zilə Vəliyeva

Zilə Vəliyeva (tam adı: Zilə Vəliyeva, tatar. Зи́ля Вале́ева; 15 oktyabr 1952, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — Tatarıstan Respublikasının dövlət xadimi və siyasətçisi,[1] Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, fəlsəfə elmləri namizədi (2010).[2]

Zilə Vəliyeva
tatar. Зи́ля Вале́ева
bayraq
Tatarıstanın Baş nazirinin müavini
bayraq
Tatarıstanın Baş nazirinin müavini — Mədəniyyət naziri
2005 – 2011
Əvvəlkiİldus Tərxanov
SonrakıAyrat Sibaqatullin
bayraq
Tatarıstanın Mətbuat, teleradio və kütləvi informasiya vasitələri naziri
1999 – 2001
bayraq
Tatarıstan Dövlət Şurasının sədr müavini
1995 – 1999
bayraq
Tatarıstan Ali Soveti sədrinin birinci müavini
1992 – 1995
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1952(1952-10-15) (72 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 20 il ərzində — 1992-2012-ci illərdə Rusiya Federasiyasında ənənəvi olaraq patriarxal müsəlman bölgələrindən biri olaraq qeyd olunan Tatarıstan Respublikasının birinci dərəcəli yüksək vəzifəli şəxslərdən biri və ən nüfuzlu qadın siyasətçi kimi çıxış etmişdir. O, həmçinin aktiv şəkildə regionu beynəlxalq səviyyyədə təmsil edir.

Hazırda Zilə Vəliyeva Kazan Kremlinin Dövlət Muzeyinin Tarix və Memarlıq Kompleksinin direktoru,[3] eləcə də Tatarıstanlı Qadınlar İctimai Birliyinin sədri, Tatarıstan Respublikasının YUNESKO üzrə Komissiyasının sədridir.[4][5]

  • 1970–1980 — müxbir, sonralar Leninets (Ufa) respublika gənclər qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri;
  • 1980-1982 — Veçernyaya Kazan (Kazan) qəzetinin müxbiri;
  • 1982-1990 — müxbir, Sovetskaya Tatariya (Kazan) qəzetinin sosial məsələlər şöbəsinin müdiri;
  • 1990-1992 — İzvestiya Tatarstana (Kazan) qəzetinin siyasət xəbərləri üzrə redaktoru;
  • 1992-1995 — Tatarıstan Ali Soveti sədrinin birinci müavini;
  • 1995-1999 — Tatarıstan Dövlət Şurasının sədr müavini;
  • 1999-2001 — Tatarıstanın Mətbuat, teleradio və kütləvi informasiya vasitələri naziri;
  • 2001-2005 — Tatarıstanın Baş nazirinin müavini;
  • 2005-2011 — Tatarıstanın Baş nazirinin müavini və Mədəniyyət naziri;
  • mart 2011 — may 2012 — Tatarıstanın Baş nazirinin müavini;
  • 17 may 2012-bugünədək — Kazan Kremlinin Dövlət Muzeyinin Tarix və Memarlıq Kompleksinin direktoru.
  • Şücaətli əməyə görə medal;
  • "Sankt-Peterburqun 300 illik yubileyinə həsr olunmuş" medal (2003);
  • "Kazanın 300 illik yubileyinə həsr olunmuş" medal (2005);
  • Tatarıstan Respublikasının Prezidenti adından təşəkkür məktubu (2007);
  • "Dostluq" ordeni (2008);
  • Mədəniyyət sahəsində Rusiya Federasiyasının Dövlət mükafatı (2009).
  1. "Official server of Republic of Tatarstan. Guide on public authorities". 2014-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-17.
  2. "Kazan (Volga region) Federal University official web-site". 2019-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-17.
  3. "State Museum Kazan Kremlin. Administration". 2017-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  4. "Unesco.ru Commission of the Russian Federation on UNESCO. Regional branches". 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.
  5. "Valeeva Z.R. Sabantuy to the whole world // Vestnik UNESCO May 2008 page 24-27" (PDF). 2019-04-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-05-18.