Zirehsiz xərçənglər

Zirehsiz xərçənglər və ya Ayağıqəlsəməlilər dəstəsi-(lat. Anostraca) Xərçəngkimilər yarımtipinin Ayaqqəlsəməlilər (lat. Branchiopoda) sinfinə aid olan dəstə.

Zirehsiz xərçənglər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımsinif:
Dəstə:
Zirehsiz xərçənglər
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Baş qalxanı olmayan uzun bədənli ibtidai xərçəngkimilərdir. Bədəni başdan, döşdən və qarın şöbəsindən ibarətdir. Başında antenul, antenna və gözlər yerləşən ön hissəsi çeynəyici çənə və çənələr olar arxa hissədən ayıran tikiş vardır. Ön antenalar uzun olub, buğumlara ayrılmamışdır, arxadakılar isə xüsusən erkəklərdə daha güclüdür. Başın yanlarında saplaqlar üzərində mürəkkəb faset gözlər, alında isə tək nauplial göz yerləşmişdir. Baş qalxanı olmayan uzun bədənli ibtidai xərçəngkimilərdir. Bədəni başdan, döşdən və qarın şöbəsindən ibarətdir. Başında antenul, antena və gözlər yerləşən ön hissəni çeynəyici çənə və çənələr olan arxa hissədən ayıran tikiş vardır. Ön antenalar uzun olub, buğumlara ayrılmamışdır, arxadakılar isə, xüsusən erkəklərdə daha güclüdür. Başın yanlarında saplaqlar üzərində mürəkkəb faset gözlər, alında isə tək nauplial göz yerləşmişdir. Çeynəyici çənələrdə hiss çıxıntıları yoxdur, çənələr zəif inkişaf etmişdir. Döş – ikibudaqlı yarpaqşəkilli ayaqcıqlarla təchiz olunmuş 11-19 buğumdan ibarətdir. Hər buğumda bir cüt yarpaqşəkilli ayaqcıq vardır. Onların hamısının quruluşu eyni olub, tənəffüs və üzməyə xidmət edir. 8 buğumdan ibarət olan qarıncıq ayaqcıqlardan məhrumdur və 1-1,7 sm uzunluğunda çəngəllə qurtarır.

Zirehsiz xərçənglərin 300 növü məlumdur [2]. Onların çoxu müvəqqəti, dövrü olaraq tamamilə quruyan və donan su hövzələrində yaşayır. Azərbaycan su hövzələrində 5 növ aşkar edilmişdir. Onlardan Artemia salina (L.) Abşeron yarımadasının, Xəzəryanı ovalığın şor göllərində, gölməçələrində və Acınohur gölündə yaşayır . Laboratoriya şəraitində artemiya şirin suda da yaşaya bilir. Qərbi Avropanın, Cənubi Rusiya çöllərinin, Qərbi Sibirin, Qazaxıstanın, Orta AsyaZaqafqaziyanın sahil limanları və şor su hövzələri faunasının səciyyəvi elementidir. Tibetdə, 4527 m yüksəklikdə bu dəstənin ən hündürdə yaşayan növü olaraq aşkar edilmişdir. Branchinectella media (Schm.) və Branchinectra ferox Edw. Abşeron yarımadasında Sabunçu, PirşağıKürdəxanı qəsəbələri yaxınlığındakı şor su hövzələrində aşkar edilmişdir. Bu növlər boreal faunistik kompleksə aiddir. Chirocephalus skorikowi Daday Laçın rayonundakı Qaragöldə, Naxçıvan MRKiçik Qafqazın göl və gölməçələrində, Ch.weisigi Smirnov isə Abşeron yarımadasıLənkəran rayonunun su hövzələrində tapılmışdır. Hər iki növ Qafqaz endemikləridir (Qasımov, 1972).

Ayağıqəlsəməlilərin çoxu yaz su hövzələrində yaşayır, ancaq onların arasında ilboyu xırda soyuq Arktika göllərində yaşayanlar da vardır. Bəzi növlər çöl və yarımsəhraların zəif şortəhər sularında, yüksək dağlıq su hövzələrində və yalnız bircə növü çoxşorlu sularda yaşayır.

Ayağıqəlsəməlilərdən balıq körpələrinin yemi olan artemiya praktik əhəmiyyət daşıyır. Artemiya ilə yemlənən balıqlar sürətlə böyüyür və normal fizioloji vəziy¬yətdə olurlar. Artemiya yumurtaları uzun müddət həyat qabiliyyətini saxlayır. Buna görə də həmin yumurtalardan balıqlar üçün potensial canlı yem kimi istifadə edilir. Artemiyadan qızılbalıqların, nohur və dəniz körpə balıqlarının yemlənməsində istfadə edilir. Artemiya bir qida kimi çox dəyərlidir: onun bədənində 50% zülal, 28% yağ və 10% kül vardır. Körpə balıqlar dondurulmuş və təzəcə tələf olmuş artemiyanı həvəslə yeyir (İvleva, 1969). Əli Bayramlı nərə zavodunda nərə və uzunburun körpələrinin yemlənməsi üçün artemiya yetişdirilir. Artemiyanın artırılmasında yumurtalardan və ya təbii su hövzələrindən tutul¬muş canlı artemiyadan istifadə edilir. Artemiya il boyu yetişdirilir, ancaq ən yaxşı nəticə yazda, suyun 8-10°C temperaturunda əldə edilir. Xərçəngin yetişdirilməsi üçün 20-90% konsentrasiyalı xörək duzu məhlulundan istifadə edilir. Aşağı konsentrasiyalarda (20-40%) yüksək biokütlə, yuxarı konsentrasiyalarda (70-90%) bol yumurta alınır. Artemiya sement, ağac və torpaq hovuzlarda, bəzən polimer vannalarında yetişdirilir. Artemiyanın artırılması zamanı yem kimi bakteriyalardan və birhüceyrəli yosunlardan istifadə olunur. Yosunların maya ilə birlikdə verilməsi daha yaxşı hesab olunur.[3]

Dəstənin 8 fəsiləsi vardır[4]:

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Luc Brendonck; D. Christopher Rogers; Jorgen Olesen; Stephen Weeks; Walter R. Hoch (2008). "Global diversity of large branchiopods (Crustacea: Branchiopoda) in freshwater". In Estelle V. Balian; Christian Lévêque; Hendrik Segers; Koen Martens (eds.). Freshwater Animal Diversity Assessment. Developments in Hydrobiology 198. pp. 167–176.
  3. Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, -2004, -388 səh.
  4. Anostracan Ordo Ümümdünya registrində dəniz növü (World Register of Marine Species(Yoxlanılıb 27 mart 2019).
  • Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, -2004, -388 səh.