Ziyəddin Kamal oğlu Sultanov (Sultanov Ziyəddin Kamal oğlu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti
Ziyəddin Sultanov | |
---|---|
Ziyəddin Kamal oğlu Sultanov | |
Doğum tarixi | |
Doğum yeri | Mollalar kəndi, Ağdam, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat səbəbi | Uzun sürən xəstəlik |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalist |
Fəaliyyəti | Jurnalistika |
Fəaliyyət illəri | 1960-2020 |
Mükafatları |
1951-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Mətbuat aləminə ilk addımlarını 1960-cı illərin ikinci yarısından atmışdı. Onun ilk yazısı Ağdam rayonunda dərc olunan "Lenin yolu" qəzetində çap edilmişdir.
Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdı (1979). Sonralar "Azərbaycan gəncləri" qəzetində müxbir, "Kommunist" qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir vəzidələrində çalışmışdı, ömrünün son günlərinə qədər "Xalq qəzeti"nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri idi.
13 avqust 2020-ci ildə vəfat etmişdir.[1]
Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olmuşdur. Jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən - Xankəndindən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verirdi. O, baş verən hadisələrə şahidlik etmiş, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaratmışdı.