Şəfəq (keçmiş adı: Mollavələdli) — Azərbaycan Respublikasının Goranboy rayonunun Şəfəq kənd inzibati ərazi dairəsində kənd.[1]
Şəfəq | |
---|---|
40°27′07″ şm. e. 46°38′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 678 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Gəncə-Qarabağ əyalətinin 1727-ci il tarixli müfəssəl dəftərində Gəncə qəzasının Şuturbasan nahiyəsində Mollavələdli kəndinin olduğu göstərilir. 1804-cü il Gəncəbasarın kameral təsvirində 6 ev olmaqla Mollavələdli kimi qeydə alınmışdır.
Kəndin keçmiş adı Mollavələdli olmuşdur. Yaşayış məntəqəsini mollavələdli (mollauşağı) nəslinə mənsub ailələr salmışlar. 1930-cu ildə kəndin adı dəyişdirilmiş və rəsmi olaraq Şəfəq adlandırılmışdır. Oykonim "işıqlı" həyata, gələcəyə inamı əks etdirir.[2]
Kənd Murovdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində, dəniz səviyyəsindən 678 metr hündürlükdə yerləşir. Qərbdən Qaraçinar, şərqdən Zeyvə kəndləri ilə qonşudur.
Goranboy rayonu Şəfəq kənd qəbiristanlığının ərazisində yerləşən, XII–XIII əsrlərə aid memarlıq abidəsidir. Kəsik dairə formalı türbə qırmızı kərpic və çay daşından Arran memarlıq üslubunda hörülmüşdür. Hündürlüyü 1.2 m, divarın eni 40 sm, giriş qapısının hündürlüyü 0.5 metrdir. Eni 1 metr olan səkkiz guşədən ibarətdir. Guşələr arasında kərpiclər 7 sm kənara çıxmışdır. Yarı uçuq vəziyyətdədir. Arxeoloq A. Məmmədov tərəfindən tədqiq olunmuşdur.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 745 nəfər yaşayır.[3]
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |