Buzluq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd.[1]
Buzluq | |
---|---|
40°24′55″ şm. e. 46°25′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.319 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd adını Buzluqçayın adından almışdır. Başqırdıstanda Buzdak, Rusiyanın Orenburq vilayətində Buzuluk adlı yaşayış məntəqələri qeydə alınmışdır.[2]
Kənd əvvəllər Talış nahiyəsinə aid idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. Qarabağ münaqişəsi başlayan zaman Ermənistandan bu əraziyə çoxlu silahlı ermənilər gələrək kənddə nəzarəti ələ keçirmişdilər. Onlar buradan qonşu azərbaycanlı kəndlərinə quldur basqınları edirdilər. 1991-ci ilin iyulun 18-də Sovet ordusu ilə Azərbaycan OMON-nun birgə əmliyyatı nəticəsində kənd quldurlardan azad edildi, kəndin əhalisi isə Ermənistana və Rusiyaya köçdü. Kənddə isə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar məskunlaşdırıldı.[3] Kəndə sonradan ermənilər dəfələrlə hücum etmiş, qısa müddətə kəndi ələ keçirsələr də, kənd Azərbaycan silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. 1991-ci il sentyabrın 14-də Buzluq kəndi uğrunda döyüşdə Azərbaycan Milli Qəhrəmanı Yusif Əliyev şəhid olub.[4] Həmin döyüşdə Goranboy rayon Todan milis bölməsinin dörd əməkdaşı, bölmə rəisi mayor Fərəcov Ənvər Səyyad oğlu, mayor Hümbətov Rizvan Məşədi oğlu, kapitan Əliyev Nəsrəddin Yunis oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu da qəhrəmancasına şəhid oldular.
Kənd Buzluqçayın sahilində, Murovdağ silsiləsinin ətəyində, Kəpəz dağının şərq hissəsində yerləşir. Kənddə həm meşəlik, həm alp çəmənliyi var. Kəndin içindən axan çay və çayboyu tikilən evlər çox gözəl mənzərə yaradır.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 355 nəfər əhali yaşayır.[5]
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |