Ziyafət Balıyev (7 iyul 1965, Yeni Daşkənd, Bərdə rayonu – 13 sentyabr 1992, Çıldıran, Ağdərə rayonu) — Azərbaycan Daxili Qoşunlarının baş çavuşu, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Ziyafət Balıyev | |
---|---|
Ziyafət Qurban oğlu Balıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 iyul 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 13 sentyabr 1992 (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | Baş çavuş |
Təltifləri |
Ziyafət Balıyev 7 iyul 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1983–1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsilə hərbi xidmətdə olmuşdur.[1]
1985–1990-cı illərdə Bərdə rayon 4 saylı ƏNG-da sürücü işləmişdir.
1990–1992-ci illərdə Bərdə rayon DİŞ-də polis baş serjantı olmuşdur. 24 mart 1991-ci ildə PPX taqımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Dəfələrlə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv etmişdir.
13 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Məzarı Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığındadır.
Ziyafət Balıyev ölümündən sonra 15 yanvar 1995-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.[2]