Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; 11 sentyabr 1942[2], Daşkənd, Basarkeçər rayonu – 7 dekabr 2015[3], Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H. B. Zərdabi" mükafatları laureatı.
Sərraf Şiruyə | |
---|---|
Şiruyə Həsən oğlu Hacıyev | |
Doğum adı | Şiruyə |
Təxəllüsləri |
Sərraf, Tifil, Həsənoğlu |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | [1] (73 yaşında) |
Vəfat yeri | Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan[1] |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşları |
Nuriyyə, Cəmilə |
Uşaqları |
Nuriyyədən: Aqşin, Bəturə, Üzeyir, Məshəti Cəmilədən: Ülviyyə, Zülfiyyə |
Atası | Həsən Xəyallı |
Anası | Reyvə Kərbəlayı Camal qızı |
Təhsili | Azərbaycan Dövlət Pedoqoji İnstitutu |
İxtisası | Riyaziyyat |
Fəaliyyəti | müəllim, şair |
Fəaliyyət illəri | 1962-2015 |
Əsərlərinin dili | Azərbaycan |
İstiqamət | şeir |
Janr | nəzm |
İlk əsəri | "Qəzet nəyimə gərək" şeiri |
Vikianbarda əlaqəli mediafayllar |
Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub.[4] Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir.[5]
1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.[6]
1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.[6]
1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir.[6]
Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.[6]
Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.[1]
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H. B. Zərdabi" mükafatları laureatıdır.
15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir.
Erkən yaşlarından yaradıcılığa başlayan Sərraf Şiruyə 1962-ci ildən dövrü mətbuatda şeirləri ilə çıxış edir. İlk çap olunan əsəri "Qəzet nəyimə gərək" şeiridir.
Şairin ictimai-siyasi, lirik şeirləri pərəstişkarlarının dillər əzbəri olmuşdur.[7]
Sərraf Şiruyə Qarabağ müharibəsi döyüşçülərinin qəhrəmanlığından bəhs edən və vətənpərvərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir.[8]