Çıldıran — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çıldıran kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[2]
Çıldıran | |
---|---|
40°06′13″ şm. e. 46°38′44″ ş. u.HGYO | |
Ölkə | |
Region | Ağdərə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.103 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşayış məntəqəsini 1828-ci ildə Türkiyənin Çıldıran adlı ərazisindən köçüb gəlmiş erməni ailələri salmışlar. Türkiyədə Çıldıran adlı kənd indi də qalmaqdadır. Türk dillərində çıldır/şıldır "çay, şəlalə, suyun çırpılması, ətrafa yayılması; qəzəblənmə" mənasında işlənir. Oykonim "şəlaləli yer" və ya "məcrasından çıxan çay" mənasındadır.[3]
Çıldıran kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çıldıran kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çıldıran kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çıldıran kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]
Kənd dağətəyi ərazidə yerləşir.