Zoğalaçay — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində çay.[1]
Zoğalaçay |
---|
Əlincəçayın sol qoludur. Mənsəbindən, 42 km məsafədə ona tökülür. Uzunluğu 13 km-dir. Hövzəsinin sahəsi 36 km²-dir. Başlanğıcını Şahbuz rayonunun Keçili kəndindən götürür. Qrunt və qar suları ilə qidalanır. Yaz-yay daşqınları və sellərlə səciyyələnir.