Zombilənd (ing. Zombieland) — Ruben Fleyşerin rejissorluğu ilə 2009-cu ildə çəkilmiş postapokaliptik zombi komediya filmi. Film uydurma zombi apokalipsisində yolları kəsişən dörd insanın həyatda sağ qalmasından bəhs edir.
Zombilənd | |
---|---|
ing. Zombieland | |
Janr | qorxu filmi |
Rejissor | |
Prodüser |
|
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Bəstəkar |
|
Montajçı | Alan Baumqarten[d] |
İstehsalçılar | Columbia Pictures, Relativity Media[d] |
Distribütor | InterCom[d][3], Netflix |
İlk baxış tarixi | 25 sentyabr 2009[4], 2 oktyabr 2009[5], 10 dekabr 2009[6], 26 noyabr 2009[3] |
Müddət | 88 dəq. |
Büdcə | 23.600.000 $[7] |
Gəlir | 102.392.080 $[8], 75.590.286 $[8] |
Ölkə | |
Dil | ingilis dili |
Sonrakı film | Zombilənd: İkiqat Atəş |
Rəng | rəngli |
Çəkiliş yeri | Corciya |
IMDb | ID1156398 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin büdcəsinə 23,6 milyon dollar xərclənmişdir. Film tamaşaçılara təqdim edildikdən sonrakı ilk üç gün ərzində 24,733,155 dollar, ümumilikdə isə 75,590,286 dollar mənfəət qazandırmışdır.
2019-cu ildə "Zombilənd: İkiqat Atəş" adlı davam filmi çəkilmişdir.
Filmdə hadisələr post-apokaliptik dövründəki Birləşmiş Ştatlarda cərəyan edir. Zombi hücumu nəticəsində ABŞ dövlət olaraq dağılıb, əhalinin çoxu isə qırılıb və ya “gəzən ölülərə” çevrilib. Sağ qalan baş qəhrəmanlar bir araya gələrək bədheybətlərə qarşı mübarizə aparmaq qərarına gəlirlər. Uzun səyahət zamanı onların rastına böyük əyləncə parkı çıxır. Onlar həmin məkanı yaxın çevrənin ən təhlükəsiz yeri olduğunu düşünürlər. Ancaq qəhrəmanlar cəhənnəmin mərkəzinə ayaq basdıqlarından xəbərsizdirlər. Zombilər onları dörd tərəfdən mühasirəyə alır. Mühasirəni yarmaq və ərazidən sağ-salamat uzaqlaşmaq üçün savaşmaqdan başqa əlacları qalmayıb...