Zoya Zelinskaya

Zoya Nikolayevna Zelinskaya (8 dekabr 1929, Moskva29 aprel 2024, Moskva) — Rusiya aktrisası. Rusiyanın xalq artisti.

Zoya Zelinskaya
Doğum tarixi 8 dekabr 1929(1929-12-08)
Doğum yeri
Vəfat tarixi 29 aprel 2024(2024-04-29) (94 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1954-cü ildən
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
Teatr
  • Moskva Satira Teatrı[d]
Mükafatları "Şərəf" ordeni "Dostluq" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
RSFSR xalq artisti RSFSR əməkdar artisti Polşanın əməkdar mədəniyyət xadimi

Zoya Nikolayevna 8 dekabr 1929-cu ildə Moskva şəhərində doğulub. Müharibə illərində Zoya da digər uşaqlar kimi qızıl mədənlərində işləyirdi. Müharibədən sonra ailəsi ilə birlikdə Moskvaya qayıtdı. Məktəb illərində Modalar Evində model kimi fəaliyyətə başlayıb. Vokal təhsili almışdır.

1954-cü ildə Rusiya Teatr Sənəti Universitetinin musiqili teatr aktyorları fakültəsini (Andrey Qonçarovun kursu) bitirmişdir. 1954-cü ildən Satira Teatrında çalışırdı. O, bir çox film və tamaşalarda rol alıb.[1]

Zoya Zelinskaya 95 yaşında vəfat edib.

1976-cı ildə Polşa Xalq Respublikasının əməkdar mədəniyyət işçisi, 1991-ci ildə isə RSFSR xalq artisti fəxri adlarına layiq görülüb.[2]

  1. "Zoya Zelinskaya vəfat etdi". 2024-04-29. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-30.
  2. "Xalq artisti vəfat etdi". 2024-04-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]