Zubarə

ZubarəQətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər.[1]

Zubarə
الزبارة
25°58′36″ şm. e. 51°02′43″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 4,6 km²
  • 415,66 ha
  • 7.196,4 ha
Mərkəzin hündürlüyü 2 m
Xəritəni göstər/gizlə
Zubarə xəritədə
Zubarə
Zubarə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

"Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb.[2]

Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarətmirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir.[3]

Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""2015 Population census" (PDF). Ministry of Development Planning and Statistics. April 2015" (PDF). 2019-03-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  2. ""Al Zubarah Archaeological Site". UNESCO". 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
  3. ""Qatar islamic archaeology and heritage project" (PDF). University of Copenhagen and Qatar Museums Authority" (PDF). 2020-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-20.
  4. ""Record visitor numbers at Al Zubarah". qatarisbooming.com". 2020-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.