Zurab Avalaşvili

Zurab Avalaşvili (1876[1][2][…]21 may 1944, Münxen) — görkəmli gürcü tarixçisi, diplomat və Gürcüstan Demokratik Respublikasına xidmət etmiş hüquqşünas.

Zurab Avalaşvili
gürc. ზურაბ დავითის ძე ავალიშვილი
Doğum tarixi 1876[1][2][…]
Vəfat tarixi 21 may 1944(1944-05-21)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti diplomat, tarixçi, universitet müəllimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zurab Avalişvili 1876-cı ildə Avifişvili knyaz ailəsinin nümayəndəsi olarqaq Tiflisdə anadan olmuşdur[3].

1900-cü ildə Sankt-Peterburq Universitetini qızıl medalla və hüquqşünaslıq dərəcəsi ilə bitirmişdir, təhsilini 1901-1903-cü illərdə Sarbonnada davam etdirir. 1917-ci ildə Avalişvili təsis məclisinə seçilir, ancaq xidmətlərini Gürcüstan Demokratik Respublikasına təklif edir. 1918-ci ildə Gürcüstana qayıtdıqdan sonra Avalişvili xarici işlər üzrə baş məsləhətçi işləyir.

Eyni zamanda Avalişvili 1918-1921-ci illərdə dərs dediyi 1918-ci ilin fevralında açılan Gürcüstan Dövlət Universitetinin qurulmasında iştirak edir.

Hüquq təhsili aldıqdan sonra Zurab Avalişvili Gürcüstan konstitusiyasının qurulmasına böyük töhfə verir. Gürcüstanın baş diplomatı olaraq Avalişvili Almaniya ilə sıx əlaqələr qurmağa nail olur və bu da Gürcüstan Demokratik Respublikasının suverenliyinin tanınmasına səbəb olur . Avalişvili 1919-cu ildə Parisdə keçirilmiş sülh konfransında Gürcüstanı təmsil edir və burada Qərbi Gürcüstan torpaqlarının Gürcüstan Demokratik Respublikası tərəfindən mülkiyyətini müdafiə edir və Batum bölgəsinin üç hissəyə bölünməsinə, Batumi şəhərinin azad şəhər elan edilməsinə qarşı çıxır. Bu Millətlər Cəmiyyətinin nəzarəti altında olan bütün ölkələrin istifadə edə biləcəyi azad şəhər olması nəzərdə tutulur.

Gürcüstanın sovetləşməsindən sonra Avalişvili Almaniyaya mühacirət edir, burada Almaniyadakı Gürcülər Birliyinin qurucularından biri olur. Georgika və Bizantion jurnallarının redaksiyalarında çalışır. Qafqaz, Gürcüstan tarixi və ədəbiyyatı, diplomatiya və bir çox mövzularda çoxlu məqalə yazır. 1918-1921-ci illərdə Beynəlxalq Siyasətdə Gürcüstanın Müstəqilliyi, Gürcüstanın qonşuları ilə münasibətləri, millətin 1918-1921-ci illərdə tanınması uğrunda mübarizəsi və beynəlxalq təsirləri haqqında ətraflı və yaxşı sənədləşdirilmiş kitab yazmışdır. Əsərləri gündəlik formatdadır. Burada müəllif Qafqaz hökumətlərinin bacarıqsızlığını tənqid edir[4].

1944cü ildə Almaniyanın Şvarsenfeld şəhərində vəfat edir. 1993-cü ilin may ayında onun qalıqları Gürcüstana gətirilir və Tbilisidəki dövlət və ictimai xadimlərin Didube panteonunda dəfn edilir.

Sənət əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Beynəlxalq standart ad identifikatoru. 2012.
  2. 1 2 Zurab Davidovič Avalov // NUKAT. 2002.
  3. Alexander Mikaberidze. Historical Dictionary of Georgia. — Lanham, Maryland • Toronto • Plymouth, UK: The Scarecrow Press, Inc., 2007. — 734 с. — (Historical Dictionaries of Europe, No. 50). — ISBN 978-0-8108-5580-9.
  4. Smele, Jonathan D. (2006), The Russian Revolution and Civil War, 1917-1921: An Annotated Bibliography, pp. 467-8. Continuum International Publishing Group, ISBN 0-8264-9067-0.