CAH

cah verməx’:
(Cəbrayıl)
divan tutmaq
CAĞLA
CAHAZDAMAX
OBASTAN VİKİ
Abdulla və Cahan dastanı
Abdulla və Cahan – Azərbaycan məhəbbət dastanı. Şirvanlı Aşıq Abdullanın (XVII əsr) həyatı və şeirləri əsasında yaranmışdır. Müxtəlif variantları var. Məhəbbət dastanlarına xas olan ənənəvi süjetə malikdir. Dastanın qısa məzmununu və şeirlərindən bir qismini H.Əlizadə "Aşıqlar" kitabında (h.1, 1935), qazaxlı Aşıq Məmmədyardan toplanmış variantını isə Ə.Axundov və M.H.Təhmasib nəşr etdirmişlər. Dastanın başqa bir variantını 1971–1972-ci illərdə Türkiyədə nəşr etdirən türk aşığı Lütfi Aydanın ehtimalına görə, bu dastan uzun müddət Şirvanda və Dağıstanda yaşamış Xəstə Qasım tərəfindən Aşıq Abdullanın şeirləri əsasında yaradılmışdır. == Mənbə == Azərbaycan dastanları. 5 cilddə. C. 2. B., 2005.
Adnan Cahid Ötükən
Adnan Cahid Ötükən (1 yanvar 1911, Bitola – 2 mart 1972 və ya 1972, İstanbul) — türk maarifçi, yazıçı, türk kitabxanaçılıq işinin öndə gedən simalarından və Türk Milli Kitabxanasının qurucularındandır. == Həyatı == === Ailəsi === Atası həkim, mayor Əli Naşit bəy, anası Manastrlı vəkil Yusif Əfəndinin qızı Lütfiyyə xanımdır. Adnan Ötükən yeddi yaşında olanda atası Qafqaz Cəbhəsində şəhid olmuşdur. == Təhsili == Əvvəlcə "Kadıköy Osmanqazı Nümunə Məktəbi"ndə, daha sonra 1928-ci ildə "Kadıköy Orta Məktəbi"ndə, 1931-ci ildə "İstanbul Liseyi"ndə təhsil almışdır. Daha sonra isə İstanbul Universiteti, Ədəbiyyat fakültəsi, Türkologiya və Fransız dili ixtisasları üzrə təhsil almışdır və 1935-ci ildə buranı bitirmişdir. Məzun olarkən dissertasiya mövzusu "Türk atalar sözü" olmuşdur. == Fəaliyyəti == Gənc yaşlarında Ədəbiyyat Fakültəsi Tələbə Birliyinin sədri vəzifəsində çalışmış, eləcə də Milli Türk Tələbə Birliyində İdarə Heyətinin üzvü olmuşdur. Həmin illərdə İstanbulda bəzi özəl liseylərdə ədəbiyyat müəllimi kimi də fəaliyyət göstərmişdir. Professor Helmut Ritterin rəhbərliyi altında qurulan "Kitabxanaların Təsnif Komissiyası"ndakı 9 aylıq fəaliyyəti və dissertasiyasının hazırlanması dövründə kitabxanaları və problemlərini yaxından görmək və ətraflı öyrənmək şansı olmuşdur. 1936-ci ildə Yozğad Liseyinə ədəbiyyat müəllimi kimi təyin edilmişdir.
Asif Cahangirov
Asif Baxış oğlu Cahangirov (5 iyun 1948, Stepanakert) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000) == Həyatı == Asif Cahangirov 5 iyun 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Əslən qarabağlıdır. Bəy silkindəndir. Cahangirbəyovlar şəcərəsinin məlum olan tarixi təxminən XVIII əsrin 20–30-cu illərindən başlayır. Atası, Cahangirov Baxış İsmayıl bəy oğlu (1913–1989) Dağlıq Qarabağ Muxtar Vilayətinin (kecmiş Yelizavetpol quberniyası Şuşa mahalının) Tuğ kənində anadan olmuşdur. Uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif şöbəsi müdirinin müavini olmuşdur. Fin və Böyük Vətən müharibələrinin iştirakçısı, II dərəcəli müharibə əlili idi. Anası, Cahangirova (Əfəndiyeva) Rəna İdris qızı (1922–1994), Füzuli (keçmiş Karyagin) rayonunun Saracıq kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə hərbi hospitalda tibb baçısı işləmiş, ailə qurduqdan sonra evdar qadın olmuşdur.
Atlıxan Cahangirov
Atlıxan Paşa oğlu Cahangirov Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1919-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Qayalı kəndində doğulub. Qubadlıda orta məktəbi bitirdikdən sonra Pedoqoji institutda və iki illik Partiya məktəbində təhsil alıb. Qubadlı rayon partiya komitəsində bir sıra vəzifələrdə çalışan A.cahangirov 1951-ci ilin aprelindən 1954-cü ilin iyuluna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Aşıq Cahad
Aşıq Cahad (Nacıyev) (1917, Böyük Qaraqoyunlu – 3 iyun 2013, Çənlibel, Şəmkir rayonu) — Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın şagirdi. == Həyatı == Aşıq Cahad 1917-ci ildə Göyçə mahalının Qaraqoyunlu kəndində dünyaya göz açıb. Söylədiyinə görə, atası Camal kişi (1884–1965) savadlı olub, bir neçə dil bilməklə yanaşı, saz-söz sənətinin gözəl bilicisi olduğundan, artıq 15 yaşında yaddaşıyla tutumlu saz-dastan yatırına yiyələnib. Havacatı hər yayı Göyçədə keçirən Aşıq Əsəddən öyrənsə də, 30-cu illərin II yarısında Aşıq Talıb və Aşıq Nəcəf onu həmişəlik şagirdliyə götürürlər. O, 1947–1948-ci illərdə artıq qocalmış Aşıq Əsədin evində qalıb, onunla da məclis keçirirmiş. Daha sonralar Aşıq Cahad Göyçəyə qayıdaraq ustadının oğlu və qardaşı oğlu ilə məclislərə gedərmiş. Ozü də sonuncu ilə — Aşıq Nəcəflə daha çox. Aşıq Cahad da, artıq yaşı ötdukdən sonra, Şərqi Azərbaycanda, eləcə də Bakıda tanınmağa başlayıb. Belə ki, televiziya və radionun fondunda onun 1990-cı illərədək bircə lent yazısı yox idi. 1987-ci ildə Göyçə aşıqlarının və el şairlərinin – Haqverdi Talıboğlunun, onun özünün, Daşkəndli Aşıq Hacının, Babacanlı Aşıq Mikayılın, Zəki Islam, Eldar İsmayıl və digərlərinin Bakı səfəri zamanı televiziya və radionun saymazyanalığı və yekəxanalığından qəzəbləndim və Dövlət səs yazıları arxivinin direktoru Yaqub Mədətovun milli qeyrətindən faydalanmalı oldum.
Bəstəkar Cahangir Cahangirov (film, 2013)
Bəstəkar Cahangir Cahangirov — rejissor Ruslan Hüseynovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film bəstəkar, pedaqoq, xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr olunub. == Film haqqında == Filmdə "Koroğlu", "Yenilməz batalyon", "Dağlarda döyüş", "Dəli Kür", "Qatır Məmməd", "Evlənmək istəyirəm" filmləri və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından və istifadə olunub.
Cahargah
Çahargah — Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri.
Cahargah (Soyuqbulaq)
Cahargah (fars. چهارگاه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (33 ailə).
Caharqala (Takab)
Caharqala (fars. چهارقلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (20 ailə).
Cahartağ (Marağa)
Çahartağ (fars. چهارطاق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Təkab qəsəbəsindən 31 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 235 nəfər yaşayır (49 ailə).
Cahi
Cahi (zərdüştilik) — zərdüştilikdə "şəhvət" iblisi. Cahi (Qədim Misir) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad.
Cahi (Qədim Misir)
Cahi və ya Dcahi (q.misir ḏhj, ḏꜣhy) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad. Alimlərə görə, vilayət təqribən indik İsrailin Aşkelon şəhərindən Livana, həmçinin Qalileyaya qədər uzanırdı.
Cahi (zərdüştilik)
Cahi — zərdüştilikdə "şəhvət" iblisi. Adı Avesta dilindədir. İpostatik bir varlıq olan Cahi müxtəlif cür şərh olunur. Onun standart epiteti "fahişə"dir. Zərdüşti ənənəsində Cahi Pəhləvi dilində "Ceh" kimi qeyd edilir. Burada o, Əhrimənın yoldaşı və menstrual dövrünün səbəbi kimi xarakterizə olunur. == Mətnlərdə == "Haoma" ilahisində dindar "oturub Haomanın qurbanını yeyərək çirkli fahişənin" vəsvəsələrini rədd edir. "Aşa" ilahisində "mantra senta" Cahi və digər zərərli varlıqlara qarşı təsirli bir vasitədir. "Aşi" ilahisində "Bəxt" Cahinin nalayiq hərəkətlərindən necə utandığına görə fəryad edir.
Cahid
Cahid — Azərbaycanlı kişi adı. Cahid Hilaloğlu — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. Cahid Sidqi Tarançı — Türkiyə şairi. Cahid Həsənov — Azərbaycanın tanınmış memarı.
Cahid Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. == Bioqrafiya == Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu. Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib.
Cahid Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Cahid Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. == Həyatı == 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. == Diskoqrafiya == === Albomları === 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) === Digərləri === 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Cahid Camal
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Cahid Camal Şamil oğlu
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Cahid Hilaloğlu
Cahid Hilaloğlu (1928, Ağdam, Ağdam qəzası – 30 may 1991, Ağdam) — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. 1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız qalasının üzərində qaldırdığına görə, 4 il azadlıqdan məhrum edilmişdir. Aktrisa Naibə Allahverdiyevanın ögey atasıdır. == Həyatı == Cahid Hilal oğlu Şirinov 1928-ci ildə Azərbaycan SSR-in Ağdam şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub valideynlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır. 1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə, illər boyu ananın oğul, bacının qardaş üzünə həsrət qalmasıyla barışmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı.
Cahid Həsənov
Cahid Həsənov (12 noyabr 1966, Lənkəran) — Azərbaycanın tanınmış memarı. Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, professor == Həyatı == Cahid Mirnağı oğlu Həsənov 1966-cı ildə Lənkəran rayonunda anadan olub.1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indi ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti) daxil olub və 1990-cı ildə oranı bitirib.1990–1995-ci ildə fərdi memarlıq-tikinti firmasında baş direktor kimi fəaliyyət göstərib.1996–1998-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin "Reklam və İnformasiya İdarəsin"nin rəisi çalışmışdır.1999–2003-cü illərdə Bakı şəhərində təsis "Memarlıq və Tikinti" firmasında baş direktor kimi fəaliyyət göstərmişdir,2003–2005-ci ildə Azərsun Holding firmasında Reklam departamendində aparıcı mütəxixəsis işləmişdir,2006–2008-ci illərdə Lənkəran Şəhərinin baş memarı vəzifəsində çalışmışdır.2009-cu ildən bu günədək "CH Architect" firmasının baş direktorudur."Lənkəranın memarlıq tarixi" adlı bir kitabın və on elmi məqalənin müəllifidir. 4 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri "Tərəqqi" medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.
Cahid Qayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. == Həyatı və karyerası == Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Cahid Qəniyev
Cahid Şaiq oğlu Qəniyev (18 fevral 1994, Çaylı, Biləsuvar rayonu – 30 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahid Qəniyev 1994-cü il fevralın 18də Lerik rayonun Sors kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahid Qəniyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. O, 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd məzarıstanlığında dəfn edilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Cahid Sidqi Tarançı
Cahid Sidqi Tarançı (türk. Cahit Sıtkı Tarancı) — Türkiyə şairi.
Cahid Tağızadə
Cahid Vahid oğlu Tağızadə (12 fevral 1988, Bərdə rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahid Tağızadə 1988-ci il fevralın 12-də Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. Ailəli idi. Nərmin adında bir qızı və Nihad adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Cahid Tağızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahid Tağızadə oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Tağızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Tağızadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə