част. да:
1. употребляется при ответе для выражения согласия, утверждения. Gələcəksən? – Hə, gələcəyəm. Придешь? – Да, приду. Xoşuna gəldimi? – Hə! Понравилось? – Да!
2. внутри речи при настойчивом утверждении какого-л. ранее высказанного положения в значении: действительно, совершенно, верно, конечно. Hə, hər şey hazırdır да, все готово
3. употребляется при неожиданном воспоминании о чём-л. упущенном в предшествующем разговоре, при перемене темы разговора и т.п. в значении: кстати, вот еще. Hə, tamam yadımdan çıxmışdı да, чуть было не забыл
4. употребляется как вопросительная реплика в значении разве? неужели? – Mən işi qurtardım. – Hə? – Я закончил работу. – Да?
5. в конце вопросительного предложения для побуждения собеседника к ответу в значении: не правда ли? не так ли? Sən bu gün dərsə gecikdin, hə? Ты сегодня опоздал на занятие, да?
6. как отклик на обращение в значении: что? я слушаю! – Əhməd! – Hə! – Ахмед! – Да!
II
в знач. сущ. положительный ответ сватам о согласии на брак со стороны родителей девушки. Qızın həsini almaq сосватать девушку (получить согласие на брак)
HEYZ
HƏB
OBASTAN VİKİ
Bəzən hə, bəzən yox (film, 1993)
Bəzən hə, bəzən yox (hind. कभी हाँ कभी ना, mənası: Bəzən hə, bəzən yox) 1993-cü ildə romantik-komediya janrında çəkilmiş Bollivud filmidir.
Terezienştad həbs düşərgəsi
Terezienştadt həbs düşərgəsi (alm. Lager Theresienstadt‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Çexiyanın Terezien yaradılmış Nasist həbs düşərgəsi.
Terezienştadt həbs düşərgəsi
Terezienştadt həbs düşərgəsi (alm. Lager Theresienstadt‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Çexiyanın Terezien yaradılmış Nasist həbs düşərgəsi.
Teymur Həsənov
Teymur Mahal oğlu Həsənov (3 aprel 1989; Yasamal rayonu, Bakı, Azərbaycan — 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Teymur Həsənov 3 aprel 1989-cu ildə Bakının Yasamal rayonunda anadan olmuşdur. 1996-2007-ci illərdə Bakı şəhər 153 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır. 2009-cu ildən ailəli idi. == Hərbi xidməti == Teymur Həsənov 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Müddətli həqiqi hərbi xidmətini "N" saylı hərbi hissədə 2012-ci ildə bitirmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Teymur Həsənov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Teymur Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq sentyabrın 29-dan iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Teymur bəy Həsənbəyov
Teymur bəy Həsənbəyov (1861-?) — xalq qəhrəmanı, məmur, hüquqşünas. == Həyatı == Teymur bəy Abbasqulu bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakı real məktəbində oxumuşdu. Qəza idarəsində xidmətə başlamışdı. Ağdam nahiyəsinin polis pristavı vəzifəsində çalışmışdı. Gəncənin polismeystri olmuşdu. 1905-1906-cı illərdə camaatı erməni silahlı çetelərinin əlindən qurtarmışdı. Teymur bəy Həsənbəyov kollej qeydiyyatçısı, titulyar müşavir, kollej asesssoru, saray müşaviri, kollej müşaviri, mülki müşavir mülki çinlərini daşıyırdı. O, 17 dekabr 1916-cı ildə vəfat edib.
Teymurabad (Həştrud)
Teymurabad (fars. تيموراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Tikmədaş (Həştrud)
Tikmədaş (fars. تيكمه داش‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (13 ailə).
Tiryaki Həsən Paşa
Tiryaki Həsən Paşa, (? — ö. 1611 Budin) Kanija müdafiəsi ilə məşhurlaşan Osmanlı paşasıdır. == Həyatı == Doğum tarixi və yeri dəqiq bilinməsə də, qəhvəni çox sevdiyi üçün "Tiryaki" ləqəbi ilə tanınmışdır. Bir çox xarici dil bildiyi üçün əsasən sərhəd əyalətlərdə vəzifələndirilmişdir. Ən uzun müddət durduğu vəzifə Zigetvar hakimliyidir (20 il). Əndərunda yetişdirilib. 1574 tarixində Sultan III. Murad taxta çıxdığı zaman onun rikabdarı olmuşdur. Saraydan ayrıldıqdan sonra təqribən 20 il Zigetvar bəyi və sonra da bəylərbəyi olmuşdur. Rəvayətə görə, Əflak səfəri zamanı ətrafındakı əsgərlərin geri çəkilməsindən əsəbləşən Həsən paşa tək başına düşmən üzərinə yürümüş, ancaq kəndxudası atın yüyənini tutaraq buna mane olmuşdur.
To (hərf)
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Tofiq Həsənli
Tofiq Həsənli (tam adı: Tofiq Xasay oğlu Həsənov ; d. 29 avqust 1970, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi. == Həyatı == 1970-ci ilin avqustun 29-da Lənkəran rayonunda anadan olub. 2005-ci ildə də o, narkotik ittihamıyla 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb. Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. Ancaq şair ittihamla razılaşmayaraq yazdığı satirik, tənqidi şeirlərə görə cəzalandırıldığını bildirmişdi. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.
Tofiq Həsənov
Tofiq Həsənov (paleontoloq)
Tofiq Həsənov (baş çavuş)
Tofiq Etibar oğlu Həsənov (21 noyabr 1989; Gədəbəy rayonu, Azərbaycan SSR — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tofiq Həsənov 1989-cu il noyabrın 21-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. Gədəbəy rayon Daryurd kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Tofiq Həsənov 2010-cu ildən Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Tofiq Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tofiq Həsənov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tofiq Həsənov (paleontoloq)
Tofiq Məcnun oğlu Həsənov (1921, Bakı – 2005, Bakı) - paleontoloq-stratiqraf, AMEA-nın müxbir üzvü (2001), geologiya-mineralogiya elmləri doktoru (1967), Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, Rusiya Paleontologiya Cəmiyyətinin fəxri üzvü, == Həyatı == Tofiq Həsənov 1921-ci ildə Bakı şəhərində anadan olub. 1938-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə qəbul olunub, lakin Böyük Vətən müharibəsi illərində Sovet Ordu sıralarında qulluq etməsi ilə əlaqədar təhsilini yarımçıq qoyub. 1948-ci ildə həmin universiteti Mühəndis-geoloq ixtisası üzrə bitirib. == Əmək fəaliyyəti == Tofiq Həsənov 1946-1951-ci illərdə Azərbaycan Geologiya İdarəsinin çöl ekspedisi­yala­rında kollektor, SSRİ Elmlər Akademiyası Neft Ekspedisiyasında baş geoloq və­zi­fələrində çalışıb. O, 1999-2005-ci illərdə H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsini icra edib. == Elmi fəaliyyəti == Tofiq Həsənov 1951-1954-cü illərdə Azərbaycan Elmlər Akademiyası­nın Geologiya və Geo­fizika İnstitutunun aspiranturasında təhsil alıb. 1954-cü ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Tofiq Həsənovun elmi fəaliyyətinin əsas istiqaməti Yura dövrünə aid çöküntülərinin paleontologiya və stratiqrafiyası olmuşdur. Alimin namizədlik dissertasiyasının mövzusu da Kiçik Qafqazda filiz yataqlarının ana süxuru olan və geniş intişar edən Yura dövrü çöküntüləri haqqında olub.
Tonadeh (Həştrud)
Tonadeh (fars. تنه ده‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Top həm düşər, həm qalxar (film, 2011)
Top həm düşər, həm qalxar — Rejissor Arzu Urşanın filmi. == Məzmun == Azərbaycan futbolunun 100 il ərzində keçdiyi inkişaf göstərilir. == Film haqqında == Sənədli film Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuşdur. Sənədli filmin təqdimatı 20 dekabr 2011-ci ildə Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. == Festivallar və mükafatlar == 1) 2011-ci il sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilmiş "Atlant" VIII Beynəlxalq İdman Filmləri Festivalı "Olimpiya İdeallarına Sədaqət" nominasiyasında birinci mükafata layiq görülüb. 2) 2011-ci il noyabrda İtaliyanın Milan şəhərində keçirilmiş XXIX Beynəlxalq İdman Kino və Televiziya Kino Festivalı "Kino və televiziya — Böyük çempionlar" nominasiyasında "Ən yaxşı film" mükafatına layiq görülüb. 3) 2012-ci il mayda Türkiyənin İstanbul şəhərində keçirilmiş II Beynəlxalq İdman Filmləri Festivalı "İdman klubu haqqında ən yaxşı film" nominasiyasının qalibi olub. idman filmləri üzrə keçirilən birinci beynəlxalq festival — Serbiya, Zlatibor şəhəri.
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.
Tranzitor işemik həmlə
Tranzitor işemik həmlə və ya tranzitor işemik hücum- kəskin infarkt(toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur. == Əlamət və simptomlar == Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır.Başgicəllənmə də müşahidə oluna bilər. == Risk Faktorları == Ailədə işemik insult anamnezi 55 yaşdan yuxarı olan insanlar.
Tudun Həbə rayonu
Tudun Həbə rayonu (Çincə: 头屯河区/頭屯河區; Pinyin: Tóutúnhé Qū; Uyğurca: تۇدۇڭخابا رايونى, Tudungxaba Rayoni, Tudunghaba Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
Tupak Amaru İnqilab Hərəkatı
Tupak Amaru İnqilab Hərəkatı (isp. Movimiento Revolucionario Túpac Amaru, qısaltması MRTA) — 1980–1997-ci illərdə Peruda aktiv olan Marksist inqilabçı qrup. Perudaki daxili çəkişmələrin əsas səbəbkarı olan bu qrup adını İnklərin son yerli hökmdarı olan XVIII əsrdə yaşamış II Tupak Amarudan götürmüşdür. MRTA Peru hökuməti, Avropa parlamenti və ABŞ Daxili İşlər Nazirliyi tərəfindən terror qruplaşması olaraq qəbul edilsə də 5 oktyabr 2001 tarixində ABŞ Xarici Terror qruplaşmaları siyahısından silinmişdir.
Turac Həmzəyev
Turac Suliddin oğlu Həmzəyev (27 iyul 1998; Qusar rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Turac Həmzəyev 1998-ci il iyulun 27-də Qusar rayonunun Hiloba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Turac Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turac Həmzəyev oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Həmid
Tural Həsənov
Tural Həsənov (əsgər)
Tural Tapdıq oğlu Həsənov (azərb. Həsənov Tural Tapdıq oğlu‎) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Tapdıq oğlu Həsənov 16 iyul 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Orta təhsilini Mingəçevir şəhər 10 N-li məktəbdə alıb. Daha sonra Turizm kollecində Bədən Tərbiyəsi ixtisası üzrə təhsil almışdır. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra qeyri-qida sektorunda çalışıb. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb.Azərbaycan Ordusunun əsgəri olan Tural Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Tərtər,Suqovuşan istiqamətlərində döyüşmüşdür. 2020-ci il 2 oktyabr tarixində, Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində həlak olmuşdur. Nəşi dekabrın 9-da neytral zonadan çıxarılaraq ailəsinə təhvil verilib. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.
Tural Həsənqarayev
Turan Həsənzadə
Turan Həsənzadə – Azərbaycan alimi. == Həyatı == 1926-cı ildə Ordubad rayonunun Əylis kəndində ziyalı ailəsində anadan olmuşdur. Turan müəllimin atası Mirzə Vahab kişi dövrünün çox savadlı, ziyalı şəxsiyyətlərindən biri olub. Ərəb, fars dillərini çox mükəmməl bilən Mirzə Vahab islam tarixini dərindən öyrəndiyindən onu çox dürüst qavramışdı. O, 1912-ci ildə Əylis kəndində Üsuli-cədid məktəbi açmış, xalqın maariflənməsi yolunda böyük zəhmət çəkmişdir. 1923-cü ildən Naxçıvan Maarif Komitəsinə dəvət olunan Mirzə Vahab uzun illər burada çalışmış, Naxçıvan İnqilab Komitəsinin üzvü, Ordubad İnqilab Komitəsinin sədri olmuşdur. Göstərdiyi xidmət və fəaliyyət həmişə diqqət mərkəzində olduğundan, gördüyü işlər mükəmməl alındığından Mirzə Vahabın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Sonralar Bakıda Elmlər Akademiyasında Şərq şöbəsinin müdiri işləmiş Mirzə Vahab Həsənzadənin oğlu Turana böyük təsiri olmuşdur. İbtidai təhsilini Əylis kəndində alan Turan Həsənzadə 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq (fars) fakültəsini bitirmişdir. Bir müddət respublikamızın şimal bölgəsində pedaqoji fəaliyyətlə məşğul olan Turan Həsənzadə 1961-ci ildən paytaxta qayıtmış, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda işə qəbul olunmuşdur.
Turbulent hərəkət
Turbulent hərəkət — (lat.turbulentus-burulğanlı) Suyun,havanın elə hərəkətidir ki, hissəciklər ümumi,paralel irəliləmə ilə yanaşı olaraq, həm də mürəkkəb trayektoriya üzrə hərəkat edir və maddələrin qarışmasına səbəb olur.

Digər lüğətlərdə