avralçılıq
avroçek
OBASTAN VİKİ
Avro
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Avro Vulcan
Avro Vulcan (ing. Avro Vulcan) — İngiltərə istehsalı, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən 1953-1984 illər arası istifadə edilmiş delta qanadlı subsonik bombardman təyyarəsidir. Vulcan, soyuq döyüş əsnasında RAF'ın SSRİ-yə qarşı daşındırıcı bombardman donanmasının bir parçası idi. Folklend müharibəsi əsnasında Argentinaya qarşı da şərti bombardman məqsədiylə istifadə edilmişdir. İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Hərbi Hava Qüvvələri, artan Sovet nüvə təhdidinə qarşı yeni bir nüvə və strateji bombardman təyyarəsi ehtiyacı hissedildi. Bu ehtiyacın nəticəsi olaraq 1947-ci ildə baş dizayner Roy Chadwick liderliyində, Avro Aviasiya firması bir neçə ay içərisində delta qanadlı təyyarənin ilk layihəsini Böyük Britaniya Hərbi Hava Qüvvələrinə təqdim etdi. Qəbul edilən bu layihə nəticəsində ardıcıl istehsala başlandı. Təyyarə 30 avqust 1952-ci ildə ilk uçuşunu reallaşdırdı və 1956-ci ildə xidmətə başladı. Xidmətə verdiyi illər üçün ümumi mənada təmin edici bir təyyarə olsa da, təhdidinə qarşı inkişaf etdirildiyi Sovetlər Birliyi coğrafiyasının böyüklüyü və inkişaf edən hava müdafiə sistemlərinə qarşı, əskikliklərini aradan qaldırmaq məqsədi ilə davamlı bir modernizasiya proqramına tabe tutulmaq məcburiyyətində qaldı. Bu səbəblə yeni və daha güclü mühərriklər ilə inkişaf etdirilmiş yanacaqdoldurma və erkən xəbərdarlıq sistemləriylə təchiz olunmuş 2-ci versiya Avro Vulcan istehsalına keçildi.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
UEFA Avro 1912
UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb. == Seçmə mərhələ == Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq. Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək.
UEFA Avro 1960
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər. == Reqlament == Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur.
UEFA Avro 1964
Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır. == Reqlament == Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir. == Tarixi == Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir.
UEFA Avro 1968
Futbol üzrə 3-cü Avropa çempionatı — final turniri 1968-ci il 5-10 iyun tarixində İtaliyada keçirilən futbol yarışı. Bu turnirdə "Avropa Kuboku" adından imtina edib, "Avropa çempionatı" adına keçilməsi qərara alınmışdır. Çünki UEFA bu turnirdə Olimpiya sisteminin qarışıq sistemlə əvəzlənməsini məqsədəuyğun hesab etmişdir. Yeni qaydalara görə milli yığmalar əvvəlcə 8 qrupda mübarizə aparır, bu qruplardakı komandalar öz aralarında evdə və səfərdə olmaqla iki görüş keçirirdilər. Sonra, yəni 1/4, 1/2 və finalda əvvəlki kimi "uduzan çıxır" sistemi dövrəyə girirdi. Qruplar formalaşdırılarkın ilk dəfə bu turnirdə "səpələmə" prinsipi tətbiq olunmuşdur. Səkkiz güclü millinin hər biri bir qrupun başında durmuşdur. Turnirdə ümumilikdə 31 komanda iştirak etmişdir. SSRİ və İtaliya milliləri arasında keçirilən yarımfinal oyunu 0:0 hesablı bərabərliklə nəticələnmişdir. Qalibi püşkatma (dəmir pul atmaq) müəyyənləşdirmişdir.
UEFA Avro 1972
UEFA Avro 1972 — final turniri 1972-ci il 14–18 iyun tarixində Belçikanın Brüssel, Lyej və Antverpen şəhərlərində keçirilən futbol yarışı. Bu çempionatın qalibi adına AFR millisi layiq görülmüşdür. Finalda AFR SSRİ millisini 3 : 0 hesabı ilə məğlub etmişdir. 1/2 oyunları, üçüncü yer uğurunda oyun və final oyunu UEFA-nın əvvəlcədən elan etdiyi ölkədə — Belçikada oynanılmışdır. Belçika millisi bu çempionatda heç bir imtiyaza sahib deyildi və digər komandalar kimi turnirin seçmə mərhələsinə qatılmışdı. Seçmə mərhələsi oyunlarından öncə pley-off sistemində qalibin müəyyən edilməsi ilə bağlı UEFA tərəfindən vacib qərar qəbul olunmuşdur. Bu qərardan sonra pley-off mərhələsində hər iki oyunun nəticəsinin cəminə görə (əlavə vaxt da nəzərə alınmaqla) qalibi müəyyənləşdirmək mümkün olmadıqda, püşkatma keçirilməsinə deyil, 11 metrlik cərimə zərbələri təyin edilməsinə başlanmışdır. Belə bir qərarın qəbuluna ilk növbədə UEFA Avro 1968-də SSRİ millisinin püşkatmadan (dəmir pul atmaq) sonra finala adlaya bilməməsi səbəb olmuşdur. Eləcə də bu çempionatdan başlayaraq hər komandaya oyun ərzində iki oyunçu dəyişikliyi etməyə icazə verilmişdir. == İştirakçılar == Almaniya SSRİ Belçika Macarıstan == Şəhərlər və stadionlar == == Seçmə mərhələsi oyunları == == Komandaların heyətləri == == Final turniri == === 1/2 final === === 3-cü yer uğrunda oyun === === Final === == Bombardirlər == 4 top Gerd Müller 1 top: Herbert Vimmer Anatoli Konkov Odilon Polleönis Raul Lambert Pol van Himst Layoş Kyu == Simvolik yığma komanda == Q Yevgeni Rudakov M Revaz Dzodzuaşvili M Frans Bekkenbauer M Murtaz Xurtsilava M Paul Braytner Ym Uli Höness Ym Günter Netser Ym Herbert Vimmer H Raul Lambert H Yupp Haynkes H Gerd Müller Mənbə: UEFA == İstinadlar == == Xarici keçidlər == Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası (ing.) 1972.
UEFA Avro 1976
Futbol üzrə 5-ci Avropa çempionatı — final turniri 1976-cı il 16-20 iyun tarixində Yuqoslaviyanın Belqrad və Zaqreb şəhərlərində keçirilən futbol yarışı. Bu çempionatın qalibi adına Çexoslovakiya millisi layiq görülmüşdür. Finalda həlledici qol 11 metrlik cərimə zərbələri zamanı Antonin Panenkanın vurduğu top olmuşdur. Sonralar bu cür vurulan 11 metrlik cərimə zərbələri "Panenkasayağı zərbə" adlanmışdır. UEFA Avro 1976-nın final turniri dörd oyundan - iki 1/2 oyunundan, üçüncü yer uğrunda oyundan və final oyunundan ibarət olan sonuncu turnir idi. Maraqlıdır ki, final turnirindəki hər dörd oyunda əlavə vaxt təyin edilmişdir. UEFA Avro 1976-nı bir növ sensasiyalı çempionat da adlandırmaq olar. İtaliya, İspaniya, İngiltərə, Fransa, Macarıstan, Polşa və SSRİ kimi güclü milli komandalar final turnirinə düşə bilməmişlər. O illərdə Macarıstan və Polşa milliləri güclü komandalar hesab edilirdi. Hətta Polşa millisi FİFA Dünya Kuboku 1974-ün bürünc mükafatçısı idi.
UEFA Avro 1980
Futbol üzrə 6-cı Avropa çempionatı — 1980-ci il 11–22 iyun tarixində İtaliyada keçirilən futbol yarışı. Əvvəlki Avropa çempionatlarından fərqli olaraq bu çempionatın final mərhələsində ilk dəfə 8 komanda iştirak etmişdir: seçmə mərhələnin 7 qalibi və turnirin ev sahibi olaraq İtaliya milli futbol komandası (ev sahibi komandaya bu imtiyaz da turnir tarixində ilk dəfə idi verilirdi). Çempionatın keçirilmə sxemi də dəyişmişdir: 8 komanda 2 yarımqrupa bölünmüşdür. Bu yarımqrupların qalibləri birbaşa finala vəsiqə qazanmışlar. İkinci yeri tutan komandalar isə üçüncü yer uğrunda keçirilən oyunda bürünc medalların taleyini müəyyənləşdirmişlər. Ümumilikdə turnir çox da maraqlı keçməmiş, əsasən komandaların çoxunun ehtiyatlı oyun oynaması, aşağı məhsuldarlıq (oyun başına 1,93 qol), azarkeşlərin oyunlara marağının aşağı səviyyəsi, eləcə də ingilis azarkeşlərin tribunalarda səbəb olduqları qarışıqlıqlar ilə yadda qalmışdır. == İştirakçılar == İngiltərə Belçika Yunanıstan İspaniya İtaliya Niderland Almaniya Çexoslovakiya == Şəhərlər və stadionlar == == Seçmə mərhələsi oyunları == == Komandaların heyətləri == == Final turniri == === A qrupu === === B qrupu === === 3-cü yer uğrunda oyun === === Final === == Bombardirlər == 3 top Klaus Allofs 2 top Zdenek Neqoda Horst Hrubeş Kes Kist (1-i penaltidən) == Simvolik yığma komanda == Q Dino Dzoff M Klaudio Centile M Qaetano Şirea M Karl-Haynts Förster M Hasn-Peter Brigel Ym Marko Tardelli Ym Yan Kulemans Ym Bernd Şuster Ym Hasni Müller H Karl-Haynts Rummenigge H Horst Hrubeş Mənbə: UEFA == İstinadlar == == Xarici keçidlər == Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) UEFA Avropa çempionatlarının tarixi. 1980.
UEFA Avro 1984
Futbol üzrə 7-ci Avropa çempionatı — final turniri 1984-cü il 12-27 iyun tarixində Fransanın yeddi şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. Fransa millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın qalibi də elə Fransa millisi olmuşdur. Əvvəlkilərlə müqayisədə bu çempionatın keçirilmə sxemində bəzi dəyişikliklər edilmişdir: 8 komanda yenə də əvvəlki kimi iki qrupda mübarizə aparsa da, bu qruplarda ilk iki yeri tutan komandalar sonradan öz aralarında 1/2 oyunları keçirmişlər. Bu çempionatdan etibarən üçüncü yer uğrunda oyun da ləğv edilmişdir. Çempionat, tarixində ilk dəfə beynəlxalq turnirin qalibi adını qazanmış Fransa millisinin ("Muşketyorlar yığması") və 5 oyunda rəqiblərinin qapısından 9 qol keçirmiş Mişel Platininin benefisi olmuşdur. == İştirakçılar == Belçika Danimarka İspaniya Portuqaliya Rumıniya Fransa Almaniya Yuqoslaviya == Şəhərlər və stadionlar == == Seçmə mərhələsi oyunları == == Komandaların heyətləri == == Final turniri == === A qrupu === === B qrupu === === Pley-off === === 1/2 final === === Final === == Bombardirlər == 9 top Mişel Platini (1-i 11 metrlik cərimə zərbəsindən) 3 top Frank Arnesen (2-si 11 metrlik cərimə zərbəsindən) 2 top Jan-Fransua Domerq Ruy Jordan Antonio Maseda Rudi Föller Preben Elkyayer-Larsen == Simvolik yığma komanda == Q Harald Şumaxer M Juan Dominquş Pintu M Karl-Haynts Förster M Morten Olsen M Andreas Breme Ym Fernandu Şalana Ym Alen Jiress Ym Jan Tiqana Ym Frank Arnesen Ym Mişel Platini H Rudi Föller Mənbə: UEFA == İstinadlar == == Xarici keçidlər == Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) KLİSF saytında çempionatın statistikası (rus.) UEFA Avropa çempionatlarının tarixi. 1984.
UEFA Avro 1988
Futbol üzrə 8-ci Avropa çempionatı — final turniri 1988-ci il 10-25 iyun tarixində Almaniya Federativ Respiblikasının səkkiz şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. AFR millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın keçirilmə sxemi dəyişməmişdir: komandalar iki qrupa bölünərək mübarizə aparmış, hər qrupda ilk iki yeri tutan komanda 1/2 finala vəsiqə qazanmışdır. Avropa çempionu adına Niderland millisi layiq görülmüşdür. Final oyununda Niderland millisinin oyunçusu Rud Qullit və çempionatın bombardiri Marko van Basten SSRİ millisinin qapısından iki cavabsız top keçirmişlər. == İştirakçılar == İngiltərə Danimarka İrlandiya İspaniya İtaliya Niderland SSRİ Almaniya == Şəhərlər və stadionlar == == Seçmə mərhələsi oyunları == == Komandaların heyətləri == == Final turniri == === A qrupu === === B qrupu === === Pley-off === === 1/2 final === === Final === == Bombardirlər == == Simvolik yığma komanda == SSRİ finala qədər gəlib çıxsa da simvolik komandanın heyətini heç bir sovet oyunçusu daxil edilməmişdir. Q Hans van Brökelen M Cuzeppe Berqomi M Ronald Kuman M Frank Raykard M Franko Barezi Ym Cuzeppe Cannini Ym Lotar Matteus Ym Yan Vauters H Ruud Qullit H Canluka Vialli H Marko van Basten == İstinadlar == == Xarici keçidlər == Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) KLİSF saytında çempionatın statistikası (rus.) UEFA Avropa çempionatlarının tarixi. 1988.
UEFA Avro 1992
Futbol üzrə 9-cu Avropa çempionatı (isv. Europamästerskapet i fotboll 1992, ing. UEFA Euro 1992) — final turniri 1992-ci il 10-26 iyun tarixində İsveçin dörd şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. İsveç millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Bu, 8 komandanın iştirakı ilə keçirilən futbol üzrə sonuncu Avropa çempionatı olmuşdur. Sonrakı çempionatda final turnirinin iştirakçılarının sayı bundan iki dəfə çox idi. SSRİ dağıldığına görə püşkatmadan iki həftə əvvəl SSRİ millisinin yerinə MDB millisinin iştirakına icazə verilmişdir. Danimarka millisinin çempionluğu hamı üçün gözlənilməz olmuşdur.
UEFA Avro 1996
Futbol üzrə 10-cu Avropa çempionatı (ing. 1996 UEFA European Football Championship) — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı. İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır. Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur. Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur.
UEFA Avro 2000
Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000‎) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı. 11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi. Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı. Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.
UEFA Avro 2004
Futbol üzrə 12-ci Avropa çempionatı (port. UEFA Campeonato da Europa de Futebol Portugal 2004) — final turniri 2004-cü il 12 iyun-4 iyul tarixində Portuqaliyada keçirilən futbol yarışı. Turnirin qalibi sensasiyaya imza ataraq çempion adına layiq görülən Yunanıstan millisi olmuşdur. Turnirin rəsmi topu Adidas şirkəti tərəfindən hazırlanan və Adidas Roteiro adlanan top idi. == Qısa xülasə == Almaniya, İtaliya və İspaniya qrup mərhələsini keçə bilmədikləri üçün azarkeşlərini məyus etdilər. Fransa isə 1/4 final oyununda Yunanıstana məğlub oldu. Turnirin ev sahibi Portuqaliya qrupda keçirdiyi ilk oyunda məğlub olsa da, İspaniya və Rusiya milliləri ilə oynadığı 2 oyunda qalib gələrək sonrakı mərhələyə qrup lideri olaraq adladı. Avropa çempionatları tarixində ilk dəfə idi ki, turnirin açılış oyununda qarşılaşan komandalar finalda da üz-üzə gəlirdilər. 57-ci dəqiqədə künc zərbəsindən ötürülən topu rəqib komandanın qapısından keçirən Yunanıstan millisinin oyunçusu Angelos Xaristeasın vurduğu qol oyunda yeganə qol oldu. Buna qədər Avropa çempionatlarının final mərhələsində sadəcə bir dəfə iştirak etmiş (və heç bir oyunda qələbə qazana bilməmiş) Yunanıstan millisinin bu uğuru hamı üçün gözlənilməz idi (britaniyalı bukmeykerlər Yunanıstanın şansını 1/100 kimi dəyərləndirirdilər).
UEFA Avro 2008
UEFA Avropa Kuboku 2008 — 2008-ci il iyunun 7-dən 29-a qədər Avstriya və İsveçrədə keçirilmiş (ev sahibi ölkələr 2002-ci il dekabrın 12-də müəyyənləşmişdir) futbol turniri. Turnirin qalibi İspaniya millisi olmuşdur. Turnirdə 2-si ev sahibi olmaqla 16 komanda iştirak etmişdir (iştirak haqqı 7,5 milyon avro olmuşdur). Komandalardan hər biri iştiraka görə 184 milyon avro almışdır. Avstriyadakı qrup mərhələsi oyunları Vyanada, İsveçrədə isə Bazeldə keçirilmişdir. Çempionat üçün on iki hakim seçilmişdir. Qrup mərhələsində hər oyunda qalib gələn komanda bu qalibiyyətə görə 1 milyon, 1/4-də 2 milyon, 1/2-də 3 milyon almışdır. Final iştirakçısı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avroya sahib olmuşdur. Qalib komanda UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etmişdir. Yarışın topu Adidas Avropas, rəsmi tilsimləri tülkülər Triks və Fliks, rəsmi şüarı isə – "expect emotions" (emosiyaları gözlə) olmuşdur.
UEFA Avro 2012
UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb. == Seçmə mərhələ == Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq. Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək.
UEFA Avro 2016
Futbol üzrə 2016-cı il Avropa Çempionatı ya da qısaca olaraq Avro 2016, UEFA tərəfindən təşkil olunan 15-ci Avropa Futbol Çempionatıdır. Fransanın ev sahibliyi etdiyi turnir 10 İyun - 10 İyul 2016 tarixləri arasında baş tutub.Turnirdə Portuqaliya millisi qələbə qzanmışdır. Son iki Avropa Futbol Çempionatında İspaniya qalib gəlmişdir. 1996-cı ildən bəri 16 komandanın iştirak etdiyi Avropa Futbol Çempionatında ilk dəfə olaraq 24 komanda çıxış edəcək. Yeni formatda finalçılar 4 komandadan ibarət 6 qrupdan təşkil olunmuş qrup mərhələsindən sonra, üç turluq pley-off mərhələsi ilə ən sonda finalda yarışacaqlar. Turnirdəki 24 komandanın 19-u təsnifat mərhələsində qruplarda ilk iki yeri tutanlar və ən yaxşı nəticə göstərən üçüncü yerdəki komanda ev sahibi Fransa ilə birlikdə turnirə birbaşa vəsiqəni təmin etməklə, 4-ü isə üçüncü yeri tutan yerdə qalan komandaların səfərdə və evdə keçirdikləri pley-off matçlarından sonra turnirdə iştirak edəcək sonuncu komandaları müəyyən etmişdir. Turnirə ev sahibliyi edəcək ölkə 28 May 2010-cu ildə İtaliya, Türkiyə ve Fransa arasından seçilmiş və Fransa ən sonda Türkiyəni bir xal qabaqlayaraq iştirak hüququnu əldə etmişdir. Matçlar 10 şəhərdə 10 fərqli stadionda oynanılacaq. Bunlar: Bordo, Lans, Lill, Lion, Marsel, Nis, Paris, Seynt-Denis, Seynt-Éttyen və Tuluzadır. Fransa bu turnirə 1960-cı ildəki açılış turniri ve 1984-cü ildən sonra ikinci dəfə ev sahibliyi edəcəkdir.
UEFA Avro 2020
UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 (həmçinin UEFA Avro 2021) – Avropanın ali futbol qurumu olan, Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək sayca 16-cı turnirdir.Turnirin qalibi finalda İngiltərəni məğlub edən İtaliya oldu. Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salındı. UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında UEFA prezidenti Aleksandr Çeferinin verdiyi qərara əsasən, turnir 11 iyun 2021-ci il tarixində start götürüldü. Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi. Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə edildi. Turnir əvvəlki illərdən fərqli olaraq bir və ya iki ölkədə yox, 12 ölkədə keçirilmişdir. Bu barədə ilk məlumatı, "UEFA"nın keçmiş prezidenti Mişel Platini 2013-cü ildə məlumat vermişdi. Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi etdi. Turnirin açılış matçı Roma Olimpiya Stadionunda İtaliya və Türkiyə milliləri arasında keçirildi və İtaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.
UEFA Avro 2021
UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 (həmçinin UEFA Avro 2021) – Avropanın ali futbol qurumu olan, Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək sayca 16-cı turnirdir.Turnirin qalibi finalda İngiltərəni məğlub edən İtaliya oldu. Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salındı. UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında UEFA prezidenti Aleksandr Çeferinin verdiyi qərara əsasən, turnir 11 iyun 2021-ci il tarixində start götürüldü. Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi. Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə edildi. Turnir əvvəlki illərdən fərqli olaraq bir və ya iki ölkədə yox, 12 ölkədə keçirilmişdir. Bu barədə ilk məlumatı, "UEFA"nın keçmiş prezidenti Mişel Platini 2013-cü ildə məlumat vermişdi. Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi etdi. Turnirin açılış matçı Roma Olimpiya Stadionunda İtaliya və Türkiyə milliləri arasında keçirildi və İtaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.
UEFA Avro 2024
2024 UEFA Avropa Çempionatı (və ya UEFA Avro 2024, ing. UEFA Euro 2024 və ya UEFA EURO 2024) UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən UEFA Avropa Çempionatının 17-ci buraxılışı olacaq. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparacaq. Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq. Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq. Finalda İngiltərəni penaltilər seriyasında məğlub edərək 2020-ci il turnirinin qalibi olan İtaliya hazırkı Avropa çempionudur.
UEFA Avro 2028
UEFA Avro 2028 və ya sadəcə Avro 2028 olaraq adlandırılan 2028 UEFA Avropa Futbol Çempionatı UEFA-nın üzv assosiasiyaların kişilərdən ibarət milli komandaları üçün təşkil etdiyi və dörd ildən bir keçirilən 18-ci UEFA Avropa Çempionatı olacaq. Turnirin 2028-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Ya Türkiyə, ya da İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikasının ortaq təklifi olacaq ev sahibinin 2023-cü ilin sonunda seçiləcəyi gözlənilir. == Seçim prosesi == Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir. === Seçim mərhələləri === 16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi. Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər. Seçim mərhələsi aşağıdakı kimidir: 27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir 5 aprel 2022: İddiaçıların elanı 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı 16 noyabr 2022: İlkin tender sənədlərinin təqdim edilməsi 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı === Təsdiqlənmiş təkliflər === Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir. İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası – 7 fevral 2022-ci ildə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikasının futbol assosiasiyaları birgə təklif elan etdilər. İngiltərə əvvəllər turnirə 1996-cı ildə ev sahibliyi edib və çoxmillətli Avro 2020-nin on iki oyunu London və Qlazqoda keçirilib. Türkiyə – Martın 23-də Türkiyə Futbol Federasiyası Avro-2028-ə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini təsdiqləyib.
UEFA Avro 2032
UEFA Avro 2032 və ya sadəcə Avro 2032 kimi adlandırılan 2032 UEFA Futbol Çempionatı UEFA tərəfindən üzv assosiasiyaların böyük kişilərdən ibarət milli komandaları üçün təşkil edilən 19-cu UEFA Avropa Çempionatı olacaq. Turnirin 2032-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Ev sahibinin 2023-cü ilin sonunda seçiləcəyi gözlənilir və turnirdəki iştirakcı komandaların sayı 32 komandaya qədər artırıla bilər. Turnirə İtaliya və ya Türkiyədən birinin ev sahibliyi edəcəyi gözlənilir. == Seçim prosesi == Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir. === Seçim mərhələləri === 16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi. Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər. Seçim mərhələsi aşağıdakı kimidir: 27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir 5 aprel 2022: İddiaçıların elanı 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı 16 noyabr 2022: İlkin tender sənədlərinin təqdim edilməsi 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı === Təsdiqlənmiş təkliflər === Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir. İtaliya – 2019-cu ilin fevral ayında İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina "Sky Sport Italia"ya federasiyanın təklifi nəzərdən keçirdiyini söylədi. Təklif İtaliyanın Avro 2020-də qalib gəlməsindən bir neçə gün sonra Qravina tərəfindən yenidən təklif edildi.
Kosovo və avro
Kosovo Respublikası 2008-ci ildə müstəqilliyini elan etdikdən daha öncə, 2002-ci ildə birtərəfli qaydada avronu öz valyutası kimi qəbul etdi. Baxmayaraq ki, Kosovo Avrozonanın və ya Avropa İttifaqının üzvü deyildi. == 1999-cu ildən əvvəlki vəziyyət == Birləşmiş Millətlər Təşkilatının Kosovodakı Müvəqqəti İdarə Heyətinin(en) təyin olunmasından öncə Kosovo, Yuqoslaviya ilə iqtisadi əlaqədə idi və valyuta kimi Yuqoslaviya dinarı istifadə olunurdu, lakin Yuqoslaviyadakı inflyasiya və gərginlik Yuqoslaviya dinarına olan etibarı azaltdı. Bunu görən əhali öz səhmlərini xarici valyutalarda saxlamağı üstün tuturdu. Əsasən alman markı, ABŞ dolları və isveçrə frankı istifadə olunurdu. == Alman markının istifadəsi == Müxtəlif valyutaların istifadə olunmasına baxmayaraq, alman markası üstünlük təşkil edirdi. 1999-cu ilin sentyabrında BMT-nin administrasiyası digər valyutaların istifadəsini tənzimləyən qərar qəbul etdi. Yuqoslaviya dinarı rəsmi olaraq dövriyyədən çıxarılmadı, lakin istifadəsi "məsləhət görülmürdü". Digər valyutaların istifadəsi isə davam edirdi. Almaniya Federal Bankı(en) vəziyyətdən gec xəbər tutduğuna görə Kosovaya əvəz olunması üçün yeni əskinsalar göndərməmişdi, lakin alman markının idxalına və ixracına heç bir qadağa qoyulmadığına görə xaricdə işləyən bir çox kosovalı ölkəyə bu valyutada pul göndərirdi ki, bu da Kosovada pul kütləsinin artmasına səbəb oldu.
"Avropada ilin muzeyi" müsabiqəsi
"Avropada ilin muzeyi" müsabiqəsi (ing. European Museum of the Year Award - EMYA) — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri. == Tarixi == Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir. Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır. == Şərtləri == Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.
"Qarabağ" FK Avropa yarışlarında
Qarabağ FK Avropa yarışlarında — Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın futbol klubu. "Qarabağ"ın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan Tofiq Bəhramov Stadionunun tutumu 31.200 nəfərdir. "Qarabağ"ın heyətində UEFA yarışlarında ən çox meydana çıxan futbolçu Maksim Medvedev (121), ən çox qol vuran futbolçu isə Zubirdir (14). == Qısa tarixi == === 1996–2007-ci illər === "Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboklar Kuboku turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı. 1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboku turnirində mübarizə apardı.
1911 Güləş üzrə Avropa Çempionatı
1911-ci ildə Güləş üzrə Avropa Çempionatı Budapeşt şəhərində (Avstriya-Macarıstan) keçirilmişdir. Güləş üzrə ilk Avropa Çempionatı idi. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar.
1921 Güləş üzrə Avropa Çempionatı
1921-ci ildə Güləş üzrə Avropa Çempionatı Almaniyanın Offenbax şəhərində keçirlmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar. Qaliblərin hamısı Almaniya təmsilçiləri oldular.
1924 Güləş üzrə Avropa Çempionatı
1924-cü ildə Güləş üzrə Avropa Çempionatı Almaniyanın Noynkirxen şəhərində keçirlmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar. Qaliblərin hamısı Almaniya təmsilçiləri oldular.
1925 Güləş üzrə Avropa Çempionatı
1925-ci ildə Güləş üzrə Avropa Çempionatı İtaliya Krallığının Milan şəhərində keçirilmişdir. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar.
1926 Güləş üzrə Avropa Çempionatı
1926-cı ildə Güləş üzrə Avropa Çempionatı Latviyanın Riqa şəhərində keçirlmişdir. Yarışçılar yalnız Yunan-Roma güləşində mübarizə aparırdılar.
1927 Güləş üzrə Avropa Çempionatı
1927-ci ildə Güləş üzrə Avropa Çempionatı Macarıstanın Budapeşt şəhərində keçirlmişdir. Yarışçılar yalnız Yunan-Roma güləşində mübarizə aparırdılar.
1956 Avroviziya Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə mayın 24-ü İsveçrənin Luqano şəhərində keçirilib. Müsabiqənin aparıcısı Loenqrin Filipello olmuşdur. Müsabiqədə 7 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi isə İsveçrəni təmsil edən Liz Assianın oxuduğu Refrain adlı mahnı olmuşdur. Müsabiqənin keçirildiyi zalda kamera olmasına baxmayaraq müsabiqə bir radio proqramını xatırladırdı. Bunun səbəbi o vaxtlar avropalıların çoxunun televizorunun olmaması idi. Bu müsabiqə ondan sonra keçirilən müsabiqələrdən bir çox cəhətdən fərqlənirdi. Belə ki 1956-cı il müsabiqəsində hər ölkə iki mahnı ilə təmsil olunurdu, səsvermə gizli keçirilirdi. Yalnız bir aparıcı var idi. Müsabiqənin tam lent yazısı indiki dövrə gəlib çıxmayıb.
1957 Avroviziya Mahnı Müsabiqəsi
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur. == Keçirilən yer == Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir. Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi.
1958 Avroviziya Mahnı Müsabiqəsi
1958 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1958; fr. Concours Eurovision de la chanson 1958) — 3-cü Avroviziya Mahnı Müsabiqəsidir. Kori Brokkenin "Net als toen" mahnısı ilə 1957 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1958-ci ildə Niderland müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Hilversum şəhərində AVRO Studiosda keçirilmişdir. Müsabiqənin 1958-ci ilin 12 mart tarixində baş tutmuşdur.
1959 Avroviziya Mahnı Müsabiqəsi
1959 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1959; fr. Concours Eurovision de la chanson 1959) — 4-cü Avroviziya Mahnı Müsabiqəsidir. Andre Klavyönün "Dors, Mon Amour" mahnısı ilə 1958 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1959-cu ildə Fransa müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Palais Des Festivals-da keçirilmişdir. Müsabiqə 1959-cu ilin 11 mart tarixində baş tutmuşdur.
1960 Avroviziya Mahnı Müsabiqəsi
1960 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1960; fr. Concours Eurovision de la chanson 1960) — 5-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teddi Sxoltenin ifa etdiyi "Een Beetje" mahnısı ilə 1959 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1960-cı ildə müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edən Niderland, daha bir il öncə müsabiqəyə ev sahibliyi etdiyini səbəb göstərərək Avroviziya 1960-a ev sahibliyi etməkdən imtina etmişdir. Rəsmi açıqlamanın ardından müsabiqəyə ev sahibliyi hüququ Avroviziya 1959-da ikinci yeri qazanan Böyük Britaniyaya keçmişdir. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Festival Hall-da keçirilmişdir. Müsabiqə 1960-cı ilin 29 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən Jakline Boye Tom Pillibi adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1960 UEFA Avropa Çempionatı Finalı
1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi. == Oyun == === Nəticə === SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
1961 Avroviziya Mahnı Müsabiqəsi
'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1961; fr. Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1962 Avroviziya Mahnı Müsabiqəsi
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
1963 Avroviziya Mahnı Müsabiqəsi
1963 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1963; fr. Concours Eurovision de la chanson 1963) — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur. Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri "Dansevise" adlı mahnı ilə qalib gəlmişdir. Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur.
1964 Avroviziya Mahnı Müsabiqəsi
1964 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1964; fr. Concours Eurovision de la chanson 1964) — sayca 9-cu Avroviziya Mahnı Müsabiqəsidir. Qrete İnqmann və Yörqen İnqmann duetinin ifa etdikləri "Dansevise" adlı mahnı ilə 1963 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan Danimarka 1964-cü ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Kopenhagen şəhərində Tivolis konsert zalında keçirilmişdir. Müsabiqə 1964-cü ilin 21 mart tarixində baş tutmuşdur. 1964-cü ildə Portuqaliya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə müsabiqədə iştirakdan imtina etdi. 16 ölkənin iştirak etdiyi müsabiqədə İtaliya təmsilçisi Cilyola Çinkvetti ifa etdiyi "Non ho l'età" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1964-ün qalibi olmuşdur. Bu İtaliyanın Avroviziyada ilk qalibiyyəti idi. == Format == === İtən kasetlər === Müsabiqənin lent yazısı günümüzə qədər gəlib çıxmamışdır.
1964 UEFA Avropa Çempionatı Finalı
1964 UEFA Avropa Çempionatı Finalı — 1964-cı il 21 iyun tarixində İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Santyaqo Bernabeu stadionunda SSRİ və İspaniya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Final matçında İspaniya milli komandası Pereda və Marselinonun qolları ilə yekunda 2-1 hesabı ilə qələbə qazandılar.
1965 Avroviziya Mahnı Müsabiqəsi
1965 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1965; fr. Concours Eurovision de la chanson 1965) — sayca 10-cu Avroviziya Mahnı Müsabiqəsidir. Cilyola Çinkvettenin ifa etdiyi "Non ho l'età" adlı mahnı ilə 1964 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan İtaliya 1965-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Neapol şəhərində RAI konsert zalında keçirilmişdir. Müsabiqə 1965-ci ilin 20 mart tarixində baş tutmuşdur. 1965-ci ildə İrlandiya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1965-in qalibi olmuşdur. Bu Lüksemburqun Avroviziyada ikinci qalibiyyəti idi.
1966 Avroviziya Mahnı Müsabiqəsi
1966 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1966; fr. Concours Eurovision de la chanson 1966) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur. 18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürqens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur. Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürqens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.
1990 Avroviziya Mahnı Müsabiqəsi
1990 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1990; fr. Concours Eurovision de la chanson 1990) — sayca 35-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Riva" qrupunun ifa etdiyi "Rock Me" mahnısı ilə 1989 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1990-cı ildə Yuqoslaviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Vatroslav Lisinski konsert zalında keçirilmişdir. Müsabiqə 1990-cı ilin 5 may tarixində baş tutmuşdur. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İtaliyanı təmsil edən dünya şöhrətli müğənni Toto Kutunyo ifa etdiyi "Insieme: 1992" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1964-cü ildə Cilyola Çinkvettinin təmsilində qalibiyyət əldə etmiş İtaliyanın müsabiqədə 26 il sonra ikinci qələbəsi idi. 1990-cı ildə Avroviziyada səslənilən mahnıların bir çoxunun sözləri mərkəzi və şərqi Avropada həmin illərdə yeni başlayan demokratik çevrilişlərə həsr olunmuşdu.
1991 Avroviziya Mahnı Müsabiqəsi
1991 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1991; fr. Concours Eurovision de la chanson 1991) — sayca 36-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dünya şöhrətli müğənni Toto Kutunyonun ifa etdiyi "Insieme: 1992" mahnısı ilə 1990 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1991-ci ildə İtaliya 26 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İtaliyanın paytaxtı Roma şəhərində "Cinecittà" zalında keçirilmişdir. Avroviziya 1991-in aparıcıları müsabiqədə İtaliyaya qələbə qazandırmış Cilyola Çinkvetti və Toto Kutunyo idi. Müsabiqə 1991-ci ilin 4 may tarixində baş tutmuşdur. 1991-ci ildə Malta adası 15 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin Niderlandın müharibədə həlak olan əsgərləri Anım günü ilə üst-üstə düşməsi səbəbindən Niderlandın Romada keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İsveçi ikinci dəfə təmsil etmək hüququ qazanan Karola ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir.
1992 Avroviziya Mahnı Müsabiqəsi
1992 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1992; fr. Concours Eurovision de la chanson 1992) — sayca 37-ci Avroviziya Mahnı Müsabiqəsidir. Karolanın ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə 1991 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1992-ci ildə İsveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü ən böyük şəhəri olan Malmödə "Malmömässan" arenasında keçirilmişdir. Müsabiqə 1992-ci ilin 9 may tarixində baş tutmuşdur. 1992-ci ildə Niderland bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 23 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiyanı ikinci dəfə təmsil etmək hüququ qazanan Linda Martin ifa etdiyi "Why Me?" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1987-ci ildə Conni Loqanın təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə dördüncü qələbəsi idi. Avroviziya 1992 eyni zamanda daha sonra beş müstəqil dövlətlərə parçalanan Yuqoslaviyanın müsabiqədə son iştirakı ilə yadda qalmışdır.
1993 Avroviziya Mahnı Müsabiqəsi
1993 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1993; fr. Concours Eurovision de la chanson 1993) — sayca 38-ci Avroviziya Mahnı Müsabiqəsidir. Linda Martinin ifa etdiyi "Why Me?" adlı mahnı ilə 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1993-cü ildə İrlandiya dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın Kork qraflığında yerləşən Milstrit şəhərində Green Glens Arenada keçirilmişdir. Müsabiqə 1993-cü ilin 15 may tarixində baş tutmuşdur. 1993-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanmasının ardınca müstəqillik əldə edən Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk dəfə Avroviziyaya qoşuldular. Həmin illərdə Avroviziyanın ildə cəmi bir gün keçirildiyinə görə müsabiqənin yayım vaxtı 25 ölkədən artıq iştirakçının olmasına şərait yaratmırdı. 1993-cü ildə müsabiqəyə ilk dəfə qoşulmaq istəyən ölkələrin çoxluğunu nəzərə alan Avropa Yayımlar Birliyi müsabiqədə iştirak üçün Sloveniyanın paytaxtı Lyublyanada "Kvalifikacija za Milstreet" adlı seçim turu təşkil etmişdir. 7 ölkənin iştirak etdiyi seçim turunda Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk üçlükdə yer alaraq, Avroviziya 1993-də iştirak hüququ əldə etmişdirlər.