1991 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1991; fr. Concours Eurovision de la chanson 1991) — sayca 36-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dünya şöhrətli müğənni Toto Kutunyonun ifa etdiyi "Insieme: 1992" mahnısı ilə 1990 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1991-ci ildə İtaliya 26 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İtaliyanın paytaxtı Roma şəhərində "Cinecittà" zalında keçirilmişdir. Avroviziya 1991-in aparıcıları müsabiqədə İtaliyaya qələbə qazandırmış Cilyola Çinkvetti və Toto Kutunyo idi. Müsabiqə 1991-ci ilin 4 may tarixində baş tutmuşdur.
1991 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 4 may 1991 |
Aparıcı(lar) | Cilyola Çinkvetti Toto Kutunyo |
Kanal | RAI |
Keçirilən yer | Studio 15 di Cinecittà, Roma, İtaliya |
Qalib mahnı | İsveç "Fångad av en stormvind" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 22 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Malta |
İştirakdan imtina edən ölkələr | Niderland |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1990 1992 ► |
1991-ci ildə Malta adası 15 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin Niderlandın müharibədə həlak olan əsgərləri Anım günü ilə üst-üstə düşməsi səbəbindən Niderlandın Romada keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İsveçi ikinci dəfə təmsil etmək hüququ qazanan Karola ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Müsabiqənin maraqlı məqamlarından biri səsvermənin sonunda İsveç və Fransa təmsilçilərinin bərabər səslə birinci yerdə qərarlaşmaları olmuşdur. Bənzər hal sonuncu dəfə Avroviziyada 1969-cu ildə baş vermişdir. Həmin il Avroviziyada səslərin bərabərliyi halında müsabiqədə ümumi qayda olmadığı üçün birinci yerdə qərarlaşan dörd ölkə müsabiqənin qalibi elan edilmişdir, lakin 1991-ci ildə qalibin seçilməsi üçün xüsusi hesablama aparılmışdı. Belə ki, hər iki ölkə bərabər sayda 12 xal qazansa da, Fransa təmsilçisi dörd 10 xal, İsveç təmsilçisi isə beş 10 xal qazanmışdı. Nəticə olaraq, İsveç təmsilçisi Karola müsabiqənin qalibi elan edilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1984-cü ildə "Herreys" qrupunun təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə üçüncü qələbəsi idi.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Yuqoslaviya | Serbcə | Baby Doll | "Brazil" (Бразил) | Braziliya | 21 | 1 |
02 | İslandiya | İslandca | Stefan və Eyfi | "Draumur um Nínu" | Nina haqqında yuxu | 15 | 26 |
03 | Malta | İngiliscə | Corcina və Pol Cordimaina | "Could It Be" | Ola bilər | 6 | 106 |
04 | Yunanıstan | Yunanca | Sofia Vossu | "I anixi" (Η άνοιξη) | Bahar | 13 | 36 |
05 | İsveçrə | İtalyanca | Sandra Simo | "Canzone per te" | Sənin üçün mahnı | 5 | 118 |
06 | Avstriya | Almanca | Tomas Forstner | "Venedig im Regen" | Venesiya yağışında | 22 | 0 |
07 | Lüksemburq | Fransızca | Sara Bre | "Un baiser volé" | Oğurlanmış öpüş | 14 | 29 |
08 | İsveç | İsveçcə | Karola | "Fångad av en stormvind" | Fırtınaya qapılan | 1 | 146 |
09 | Fransa | Fransızca | Amina | "C'est le dernier qui a parlé qui a raison" | Sonuncu kim danışırsa, o doğrudur | 2 | 146 |
10 | Türkiyə | Türkcə | İzel Çeliköz, Reyhan Karaca və Can Uğurluer |
"İki Dakika" | İki dəqiqə | 12 | 44 |
11 | İrlandiya | İngiliscə | Kim Cekson | "Could It Be That I'm In Love" | Yəni mən aşiq olmuşam? | 10 | 47 |
12 | Portuqaliya | Portuqalca | Dulse Ponteş | "Lusitana paixão" | Luzitan ehtirası | 8 | 62 |
13 | Danimarka | Danca | Anders Frandsen | "Lige der hvor hjertet slår" | Qəlbin döyündüyü yerdə | 19 | 8 |
14 | Norveç | Norveçcə | Just 4 Fun | "Mrs. Thompson" | Missis Tompson | 17 | 14 |
15 | İsrail | İvritcə | Duo Datz | "Kan" (כאן) | Burada | 3 | 139 |
16 | Finlandiya | Fincə | Kaiya Kyarkinen | "Hullu yö" | Çılğın gecə | 20 | 6 |
17 | Almaniya | Almanca | Atlantis 2000 | "Dieser Traum darf niemals sterben" | Bu arzu heç vaxt ölməməlidir | 18 | 10 |
18 | Belçika | Niderlandca | Clouseau | "Geef het op" | Boş ver | 16 | 23 |
19 | İspaniya | İspanca | Serxio Dalma | "Bailar pegados" | Qucaqlaşaraq rəqs etmək | 4 | 119 |
20 | Böyük Britaniya | İngiliscə | Samanta Yanus | "A Message to Your Heart" | Qəlbinə ismarış | 10 | 47 |
21 | Kipr | Yunanca | Elena Patroklu | "SOS" | - | 9 | 60 |
22 | İtaliya | Neapolca | Peppino di Kapri | "Comme è ddoce 'o mare" | Necə də zərif yağış | 7 | 89 |