1992 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1992; fr. Concours Eurovision de la chanson 1992) — sayca 37-ci Avroviziya Mahnı Müsabiqəsidir. Karolanın ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə 1991 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1992-ci ildə İsveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü ən böyük şəhəri olan Malmödə "Malmömässan" arenasında keçirilmişdir. Müsabiqə 1992-ci ilin 9 may tarixində baş tutmuşdur.
1992 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 9 may 1992 |
Aparıcı(lar) | Lidiya Kappoliçio Harald Trütiqer |
Kanal | SVT |
Keçirilən yer | Malmömässan, Malmö, İsveç |
Qalib mahnı | İrlandiya "Why Me?" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 23 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Niderland |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1991 1993 ► |
1992-ci ildə Niderland bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 23 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiyanı ikinci dəfə təmsil etmək hüququ qazanan Linda Martin ifa etdiyi "Why Me?" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1987-ci ildə Conni Loqanın təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə dördüncü qələbəsi idi.
Avroviziya 1992 eyni zamanda daha sonra beş müstəqil dövlətlərə parçalanan Yuqoslaviyanın müsabiqədə son iştirakı ilə yadda qalmışdır.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İspaniya | İspanca | Serafin | "Todo esto es la música" | Bunların hamısı musiqidir | 14 | 37 |
02 | Belçika | Fransızca | Morqan | "Nous, on veut des violons" | Biz skripkalar istəyirik | 20 | 11 |
03 | İsrail | İvritcə | Dafna Dekel | "Ze Rak Sport" (זה רק ספורט) | Bu sadəcə idmandır | 6 | 85 |
04 | Türkiyə | Türkcə | Aylin Vatankoş | "Yaz Bitti" | Yay bitdi | 19 | 17 |
05 | Yunanıstan | Yunanca | Kleopatra | "Olou tou kosmou i Elpida" (Όλου του κόσμου η Ελπίδα) |
Bütün dünyanın ümidi | 5 | 94 |
06 | Fransa | Fransızca, Haiti kreolca |
Kali | "Monté la riviè" | Çaya gediş | 8 | 73 |
07 | İsveç | İsveçcə | Krister Byörkman | "I morgon är en annan dag" | Sabah yeni bir gün olacaq | 22 | 9 |
08 | Portuqaliya | Portuqalca | Dina | "Amor d'água fresca" | Təmiz suyun sevgisi | 17 | 26 |
09 | Kipr | Yunanca | Evridiki | "Teriazoume" (Ταιριάζουμε) | Biz eyniyik | 11 | 57 |
10 | Malta | İngiliscə | Meri Spiteri | "Little Child" | Balaca uşaq | 3 | 123 |
11 | İslandiya | İslandca | Heart 2 Heart | "Nei eða já" | Hə yoxsa yox | 7 | 80 |
12 | Finlandiya | Fincə | Pave Maiyanen | "Yamma, yamma" | - | 23 | 4 |
13 | İsveçrə | Fransızca | Deyzi Ovre | "Mister Music Man" | Cənab musiqiçi | 15 | 32 |
14 | Lüksemburq | Lüksemburqca | Marion Velter və Kontinent | "Sou fräi" | Necə də azad | 21 | 10 |
15 | Avstriya | Almanca | Toni Vegas | "Zusammen geh'n" | Bir yerdə gedək | 10 | 63 |
16 | Böyük Britaniya | İngiliscə | Maykl Boll | "One Step Out of Time" | Zamandan bir addım kənar | 2 | 139 |
17 | İrlandiya | İngiliscə | Linda Martin | "Why Me?" | Niyə mən? | 1 | 155 |
18 | Danimarka | Danca | Kenni Lübke və Lotte Nilsson | "Alt det som ingen ser" | Heç kəsin görmədiyi şeylər | 12 | 47 |
19 | İtaliya | İtalyanca | Mia Martini | "Rapsodia" | Rapsodiya | 4 | 111 |
20 | Yuqoslaviya | Serbcə | Extra Nena | "Ljubim te pesmama" (Љубим те песмама) | Səni nəğmələrimlə öpürəm | 13 | 44 |
21 | Norveç | Norveçcə | Merete Tröan | "Visjoner" | Görüntü | 18 | 23 |
22 | Almaniya | Almanca | Wind | "Träume sind für alle da" | Arzular hər kəs üçün var | 16 | 27 |
23 | Niderland | Niderlandca | Hamfri Kempbell | "Wijs me de weg" | Mənə yol göstər | 9 | 67 |