1990 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1990; fr. Concours Eurovision de la chanson 1990) — sayca 35-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Riva" qrupunun ifa etdiyi "Rock Me" mahnısı ilə 1989 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1990-cı ildə Yuqoslaviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Vatroslav Lisinski konsert zalında keçirilmişdir. Müsabiqə 1990-cı ilin 5 may tarixində baş tutmuşdur.
1990 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 5 may 1990 |
Aparıcı(lar) | Helqa Vlahoviç Brnobiç Oliver Mlakar |
Kanal | JRT/RTZ |
Keçirilən yer | Vatroslav Lisinski konsert zalı, Zaqreb, Xorvatiya, Yuqoslaviya |
Qalib mahnı | İtaliya "Insieme: 1992" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 22 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1989 1991 ► |
Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İtaliyanı təmsil edən dünya şöhrətli müğənni Toto Kutunyo ifa etdiyi "Insieme: 1992" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1964-cü ildə Cilyola Çinkvettinin təmsilində qalibiyyət əldə etmiş İtaliyanın müsabiqədə 26 il sonra ikinci qələbəsi idi. 1990-cı ildə Avroviziyada səslənilən mahnıların bir çoxunun sözləri mərkəzi və şərqi Avropada həmin illərdə yeni başlayan demokratik çevrilişlərə həsr olunmuşdu.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İspaniya | İspanca | Asukar Moreno | "Bandido" | Quldur | 5 | 96 |
02 | Yunanıstan | Yunanca | Xristos Kallou və Wave | "Horis skopo" (Χωρίς σκοπό) | Hədəfsiz | 19 | 11 |
03 | Belçika | Fransızca | Filipp Lafonten | "Macédomienne" | Mənim Makedoniyalım | 12 | 46 |
04 | Türkiyə | Türkcə | Kayahan | "Gözlerinin Hapsindeyim" | Gözlərinin həbsindəyəm | 17 | 21 |
05 | Niderland | Niderlandca | Maywood | "Ik wil alles met je delen" | Hər şeyi səninlə bölüşmək istəyirəm | 15 | 25 |
06 | Lüksemburq | Fransızca | Selin Karzo | "Quand je te rêve" | Səni arzulayanda | 13 | 38 |
07 | Böyük Britaniya | İngiliscə | Emma | "Give a Little Love Back to the World" | Dünyaya bir az sevgi qaytarın | 6 | 87 |
08 | İslandiya | İslandca | Stjórnin | "Eitt lag enn" | Dahar bir nəğmə | 4 | 124 |
09 | Norveç | Norveçcə | Ketil Stokkan | "Brandenburger Tor" | Brandenburq divarı | 21 | 8 |
10 | İsrail | İvritcə | Rita | "Shara Barkhovot" (שרה ברחובות) | Küçələrdə oxuyuram | 18 | 16 |
11 | Danimarka | Danca | Lonni Devantir | "Hallo Hallo" | Salam, salam | 8 | 64 |
12 | İsveçrə | Almanca | Eqon Eqemann | "Musik klingt in die Welt hinaus" | Musiqi bütün dünyada səslənir | 11 | 51 |
13 | Almaniya | Almanca | Kris Kempers və Daniel Kovaç | "Frei zu leben" | Yaşamağa azad | 9 | 60 |
14 | Fransa | Fransızca | Joel Ursull | "White and Black Blues" | Ağ və qara blyuz | 2 | 132 |
15 | Yuqoslaviya | Xorvatca | Tayçi | "Hajde da ludujemo" | Gəlin dəli olaq | 7 | 81 |
16 | Portuqaliya | Portuqalca | Nuşa | "Há sempre alguém" | Hər zaman kimsə var | 20 | 9 |
17 | İrlandiya | İngiliscə | Liam Reilli | "Somewhere in Europe" | Haradasa Avropada | 2 | 132 |
18 | İsveç | İsveçcə | Edin-Ådahl | "Som en vind" | Rüzgar kimi | 16 | 24 |
19 | İtaliya | İtalyanca | Toto Kutunyo | "Insieme: 1992" | Birlikdə: 1992 | 1 | 149 |
20 | Avstriya | Almanca | Simone | "Keine Mauern mehr" | Divar artıq yoxdur | 10 | 58 |
21 | Kipr | Yunanca | Haris Anastasiu | "Milas poli" (Μιλάς πολύ) | Çox danışırsan | 14 | 36 |
22 | Finlandiya | İsveçcə | Beat | "Fri?" | Azad? | 21 | 8 |