AVTOMEXANİK
AVTOREFERAT
OBASTAN VİKİ
Differensial (avtomobil)
Differensial — ötürmə xüsusi planetar ilişmə olub, ötürmə ədədi i0 = − 1 olan dişli çarx ilişməsidir. Avtomobillərdə mühərrikdən təkərlərə verilən ötürmə sisteminin – transmissiyanın tərkib hissəsidir. Avtomobil əyrixətli yol üzrə hərəkət etdikdə onun arxa təkərləri müxtəlif yol qət edirlər. Bununla onların fırlanma tezliyi də müxtəlif olur. Ona görə də, onların bir-biri ilə sərt birləşdirilməsi mümkün deyil. Avtomobillərin arxa təkərlərinin müxtəlif dövrlər sayında hərəkətini, yəni qeyri sinxronluğunu təmin etmək üçün differensial ötürmədən istifadə edilir. Avtomobilin dönməsi zamanı bu ötürmə arxa təkərlərin sərbəst fırlanmasına imkan verir. Nəticədə təkərlərin lazım olmayan yüklənməsi aradan qaldırılır. Differnsial ötürmə hələ b.e.ə. təxminən 100-cü ildən məlum olmuşdur.
Hibrid avtomobil
Hibrid (mələz) avtomobillərin məqsədi benzin sərfiyyatını azaltmaqdır. Buna nail olmaq üçün onlar tıxaclar zamanı və aşağı sürətlərdə hərəkət zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olmasını təmin edirlər. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə də bu avtomobillərin elektrik enerjisinə qoşularaq enerji ilə doldurulmasına ehtiyac yoxdur. Tələb olunan zaman benzin, tələb olunduğu zaman elektrik mühərriki ilə idarə oluna bilən ilk avtomobili Ferdinand Porsche 27 yaşında olarkən hazırlanmışdır. 1902-ci ildə “Mixte-Wagen” (“Qarışıq maşın”) adlandırdığı avtomobilini təqdim etmişdir. Vyanalı fayton istehsalçısı olan Ludwig Lohner ilə işləyən Porsche, 4 silindrli Daimler mühərrikinə akkumulyatorlar, generator və elektrik mühərrikləri əlavə etmişdir. Bu vəziyyəti ilə Mixte, benzin mühərriki dayandırıldığı zaman, batareyalarla işləyən elektrik mühərriki ilə irəliləməyə davam edə bilirdi. Təxminən 10 ildən sonra hibrid avtomobillərin benzinlə işləyən avtomobilləri əvəz edəcəyi düşünülür. Toyotanın Toyota Prius modeli, Hondanın Honda Insight ilə başlayan və bu gün Honda Civic Hybrid ilə davam edən seriyası hibrid avtomobillərə misal ola bilər.
Jaguar (avtomobil)
Jaguar — İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
Merkuri (avtomobil)
Merkuri — Ford Avtomobil Qrupu bünyəsində iştirak edən, yalnız Amerika bazarına satışı edilən avtomobil markasıdır. Fordun modellərini başqa bir ad altında çıxarmaqdadırlar.
Avtomobil
Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – mühərriklə hərəkətə gətirilən,sərnişin, yük və xüsusi avadanlıq daşıyan nəqliyyat vasitəsidir. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobili, yük avtomobili, avtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür.
6x6 (avtomobil)
Altı təkərdən çəkiş (6WD və ya 6×6), avtomobilin mühərriki ilə eyni vaxtda hərəkət etdirilə bilən, hər oxda ən azı iki təkəri olan üç oxdan ibarət olan dörd təkərdən çəkiş sistemli sürət sistemi konfiqurasiyadır. dörd təkərdən çəkiş sistemli sürət sistemi konfiqurasiyalarından fərqli olaraq, konfiqurasiya böyük ölçüdə yol nəqliyyat vasitələri, zirehli maşınlar və traktorlar kimi ağır yol nəqliyyat vasitələri və hərbi nəqliyyat vasitələri ilə məhdudlaşır.
Asqı (avtomobil)
Asqı — nəqliyyat maşınlarında hərəkətetdirici orqanları (təkər, vərdənə, xizək) maşının gövdəsi ilə birləşdirən mexanizm və detallar sistemi. Asqı həmçi nin yolun kələ-kötürlüyündən maşına ötürülən dinamiki yükləri azaldır, maşının dartıcı keyfiyyətini yaxşılaşdırır, rəqs və titrəyişləri söndürür, hərəkət prosesində kuzanın vəziyyətini nizamlayır və eyni zamanda maşının dinamikliyini artırır. Tarixçə: Asqı,(Pnevma) ilk dəfə Mersedes Benz tərəfindən 1998 ci ildə icad edilmiş və S-Class modelində istifadə edilmişdir Asqılar sərt, yarım sərt və yumşaq olur. S ə r t asqılarda dayaq (hərəkətverici) elementlərinin oxları maşının gövdəsinə birbaşa, aralıq hərəkətli elementlər olmadan bərkidilir. Belə asqılar hərəkət sürəti 3–4 km/saat dan çox olmayan tırtıllı qaldırıcı kranlarda, ekskavatorlarda, torfyığan kombaynlarda və s. tətbiq edilir. Y a r ı m s ə r t asqılar əksər traktorlarda istifadə olunur. Onların dayaq elementləri xüsusi çərçivədə (zəncirli arabacıq) quraşdırılır və adətən, maşının gövdəsinə arxa tərəfdən oynaqla, qabaq tərəfdən, yaxud hər iki tərəfdən isə elastik elementlə (məs., ressorla)birləşdirilir. Y u m ş a q (elastik elementləri olan) asqılar avtomobil və digər sürətli maşınlarda, bir sıra traktorlarda tətbiq edilir və böyük potensial enerji ehtiyatına malik olur. Avtomobil asqıları elastiklik xarakteristikasına görə sabit, dəyişən və artan sərtlikli, qüvvə və momentlərin ötürülmə üsuluna görə ressorlu, ştanqlı və lingli (bir və iki), istiqamətləndirici quruluşun tipinə görə asılı (əlahiddə, balansirli) və sərbəst (asılı olmayan), elastik elementin tipinə görə metal (ressor, spiral yay, torsion və kombinəedilmiş) və qeyri-metal (pnevmatik, hidropnevmatik, rezin və kombinəedilmiş), rəqssöndürücü quruluşun (amortizatorun) tipinə görə lingli (mexaniki, hidravliki) və teleskop şəkilli (bir və iki borulu) və s.
Avtomobil benzinləri
Avtomobil idmanı
Avtomobil idmanı və ya avtoidman — ilk dəfə 1894-cü ildə Fransada avtomobillərin iştirakı ilə keçirilmiş idman yarışlarının bir növüdür. Bu gün dünyanın ən populyar idman növlərindən biridir. İlk rəsmi avtomobil yarışı 22 iyul 1894-cü ildə təşkil edilmiş və Paris-Ruan şəhərləri arasındakı 126 km-lik məsafəni əhatə etmişdir. "Le Petit Journal" qəzetinin təşkil etdiyi yarışda buxar, elektrik, dizel və benzin mühərrikli 19 avtomobil iştirak etmişdir. Avtomobillər saatda 18 km orta sürət nümayiş etdirə bilmişdilər. Sonrakı illərdə avtomobil idmanının fərqli sahələri inkişaf etmişdir.
Avtomobil kranı
Avtomobil kranı — relssiz və ya relslə hərəkət edən avtomobillərə quraşdırılmış kranlardır. Tikinti işlərində tırtıllı gediş mexanizminə malik olan avtomobillərdə quraşdırılmış kranlardan və kiçik məsafədə yerdəyişmə imkanına malik səyyar kranlardan da istifadə olunur. Hal hazırda avtomobil kranlarının layihələndirilməsində ferma strukturlu və ya teleskop tipli kranlara üstünlük verilir (şəkil 1). Bu kranların yükqaldırma qabiliyyəti maks. 1000t-a çatır. Automobil kranlarında hərəkətli hissə üçün adi avtomobil və ya onlarla oxşar olan quruluşlar tətbiq tapır. Bu kranların üstünlükləri onların qısa zamanda yığıla bilməsidir. Buna görə də, avtomobil kranları dəyişən tapşırıqlar üçün qısa zamanda uyğunlaşdırıla bilir.
Avtomobil kuzası
Avtomobil kuzası (avtomobil kuzovu və avtomobil banı) — avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Konstruksiyanın tipinə görə kuzalar avtomobilin yüksaxlayan sistemini təşkil edir (daşıyıcı avtomobil kuzası), yaxud da yüksaxlayan çərçivəyə bərkidilir (yüksüzləşmiş, çərçivəli avtomobil kuzası). Bu kuzalar adətən daşıyıcı olur və bir-birinə birləşdirilmiş ayrı-ayrı panellərdən ibarətdir. Avtomobil kuzası əsasən, poladdan hazırlanır; XX əsrin sonlarından kompozisiya materiallarından daha geniş istifadə edilməyə başlanmışdır. Kuzanı xaricdən enerji udan bamperlər mühafizə edir. Avtomobilin ümumi kompanovka sxemindən və sərnişin yerlərinin sayından asılı olaraq kuzalar bir neçə tipə ayrılır. Sedan: Minik avtomobilləri üçün əsas tip olan sedan (B.Britaniya və Yaponiyada Saloon, almandilli ölkələrdə Limousine) üç bölməyə (birinci bölmə – mühərrik, ikinci – sərnişinlər, üçüncü – yük üçündür) ayrılmış qapalı kuzadır; 4 (bəzən 2, yaxud 6) qapısı, iki (bəzən üç) cərgə oturacağı olur. Sedanın damının bir hissəsi arxa oturacağın üstündən açılırsa, bu kuza lando , qabaq oturacağın üstündən açılan – broqam , ortadan açılan – tarqa , tam açılan yumşaq tentli avtomobil kuzası kabriolet , çıxarılabilən sərt tentli isə kabriolet — hardtop adlanır. Əgər yumşaq tentin yan pəncərələri və divarları endirilən deyil, çıxarılandırsa bu faeton (fayton) tipli kuzadır.
Avtomobil mühərriki
Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrik. Avtomobil mühərriki kimi daxili yanma mühərriki, xariciyanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış nazim çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər. Müasir avtomobillərdə, əsasən, daxiliyanma mühərriki işlədilir. Daxiliyanma mühərriki konstruksiyasına görə rotorlu və porşenli olur. Geniş yayılmış porşenli Avtomobil mühərriki silindrlərinin sayına və yerləşməsinə, işçi həcminə (litraj), təyinatına və s. görə növlərə ayrılır. Porşenli daxiliyanma mühərrikinin silindrlərinin sayı 1-dən 16-ya qədərdir. Birsilindrli mühərrikin işi müntəzəm olmadığından avtomobillərdə nadir hallarda quraşdırılır. Silindrlərin sayı artdıqca mühərrikin işinin müntəzəmliyi və avtomobilin hərəkət səlisliyi yüksəlir. Bununla yanaşı sürtünmə itkiləri artdığına görə avtomobillərdə 12-dən artıq silindr nadir hallarda tətbiq edilir.
Avtomobil nəqliyyatı
Avtomobil nəqliyyatı - Quruda ən geniş yayılmış nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avtomobil nəqliyyatının inkişaf səviyyəsi yolların uzunluğu və keyfıyyətindən, avtomobillərin sayından və bu sahədə xidmətin səviyyəsindən asılıdır. Dünyada ilk avtomobillərin istehsalına XIX əsrin əvvəl- lərində başlamlmış və yalnız 1923-cü ildə ABŞ-də və İtaliyada avtomobil yolları inşa edilmişdir. Müasir dövrdə dünyada asfalt və bərk örtüklü avtomobil yollarmın uzunluğu 31 mln. km-ə çatır. Onların təxminən yarısı inkişaf etmiş ölkələrin payına düşür (cəd. 1.5.4 Avtomobil yollarının uzunluğuna görə aparıcı ölkələr Avtomobil yollarının sıxlığına görə dünyanın aparıcı ölkələri Azərbaycanda avtomobil yollarınm ümumi uzunluğu 59,1 min km təşkil edir. İstifadə edilən bərk örtüklü avtomobil yolların uzunluğu 29,2 min km-dir, onlardan — 1,684 min km beynəlxalq, 2,669 min km — strateji və 13 min km yerli əhəmiyyət daşıyan yollardır. Avtomobil nəqliyyatı ilə dünyada sərnişin daşmmalarınm 80%-i təmin olunur. Dünyada avtomobil parkı daim genişlənir.
Avtomobil olayları
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Avtomobil qatarı
Avtomobil qoşunları
Avtomobil qoşunları və ya nəqliyyat qoşunları — döyüş əməliyyatına lazım olan döyüş sursatı, yanacaq, ərzaq və s., həmçinin yaralıları, xəstələri, texnikanı daşıyan xüsusi qoşun növü. Avtomobil qoşunları avtomobil nəqliyyatı olmayan qoşunları da daşıya bilər. Военный энциклопедический словарь (ВЭС), Москва (М), Военное издательство (ВИ), 1984 г., 863 стр. с иллюстрациями (ил.), 30 листов (ил.); Большая советская энциклопедия (БСЭ), Третье издание, выпущенной издательством «Советская энциклопедия» в 1969—1978 годах в 30 томах; Под редакцией: В. А. Золотарева, В. В. Марущенко, С. С. Автюшина. «Во Имя России: Российское государство, армия и воинское воспитание» / учебное пособие по общественно-государственной подготовке (ОГП) для офицеров и прапорщиков Вооружённых Сил Российской Федерации. М.: «Русь-РКБ». 1999. 336 + вкл. ISBN 5-86273-020-6.
Avtomobil qəzası
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Avtomobil sənayesi
Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi. Avtomobil sənayesi ümumiyyətlə, XIX əsrin axırlarında, SSRİ-də isə İkinci Dünya müharibəsindən əvvəlki beşilliklərdə yaranmışdır. SSRİ-də AMO-F-15 markalı ilk 1,5 tonluq yük avtomobili 1924-cü ildə Moskva Avtomobil Cəmiyyəti zavodunda buraxılmışdır. 1925-ci ildə Yaroslavl, 1931-ci ildə yenidən qurulmuş Moskva Avtomobil Cəmiyyəti və 1932-ci ildə Qorki avtomobil zavodları işə düşmüşdür. İkinci Dünya müharibəsi illərində Çelyabinsk vilayətinin Miass şəhərində işə salınan Ural Avtomobil Zavodu 1944-cü ildə 3 tonluq yük avtomobilləri istehsalına başlamışdır. Müharibədən sonra mövcud zavodların yenidən qurulması və genişləndirilməsi ilə yanaşı Minsk, Kutaisi, Ulyanovsk yük avtomobilləri, Lvov və Pavlovo avtobus zavodları tikilmişdir. 1959–1971-ci illərdə avtomobil sənayesi daha çox inkişaf etmişdir. Kremençukda 10-12 tonluq yükünü özüboşaldan və 12–14 tonluq kuzovlu avtomobil, Belorusiyada nəhəng (25–40, 74v80, 120 tonluq) yükünü özüboşaldan avtomobil, Zaporejyada mikrolitrajlı, İjevskdə və Tolyattidə azlitrajlı minik avtomobili, Likino-Dulyovo (Moskva vilayəti) və Kurqanda avtobus, Riqada mikroavtobus və s. istehsalı təşkil olunmuşdur. 1970-ci ildə Tatarıstan MSSR-də Kama Avtomobil Zavodunun tikintisinə başlanmış, 16 fevral 1976-cı ildə ilk KamAZ-5320 markalı 16 tonluq yük avtomobilləri buraxılmışdır.
Oka (avtomobil)
"Oka" ВАЗ (СеАЗ, КамАЗ) – 1111 — SSRİ və Rusiyanın birinci dərəcəli şəhər minik avtomobili. Avtomobil Voljsk Avtomobil Zavodunda işlənib, 1988–2008-ci illərdə AvtoVAZ, Kamaz və SeAZ-da buraxılıb. Bütün zavodlarda 700 min ədəd buraxılıb. 2004-cü ilin dekabırında Gəncə Avtomobil Zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil "Oka" işıq üzü görüb. 2013-cü ildə AvtoVAZ “Oka” avtomobilinin buraxılışını bərpa etmək istəyini bildirib.
Proton (avtomobil)
PROTON Holdinq — avtomobil dizaynı, istehsalı, paylanması və satışını həyata keçirən Malayziyanın ən böyük yerli avtomobil şirkətidir. Proton avtomobilləri hazırda ən azı 15 ölkədə satılır, əksəriyyəti Asiyada yerləşir. Şirkətin qərargahı Shah-Alam, Selanqor şəhərində yerləşir və Proton, Perakda filialları mövcuddur. Proton 1985-ci ildən fəaliyyətə başlamış və 1993-cü il Perodua yaradılana qədər ölkədə tək milli sertifikatlaşdırılmış avtomobil şirkəti olmuşdur. Başlanğıcda, fəaliyyət Mitsubishi avtomobillərinin təkmilləşdirilməsindən ibarət idi. 90-cı illərin ikinci yarısından şirkət yerli modelləri inkişaf etdirir. Şirkət 2000-ci ildə ilk yerli avtomobilini istehsal edərək Malayziyanı dünyada avtomobil istehsalına malik olan 11-ci ölkə olaraq tanıtdı. Şirkətin loqosu bir aypara və on dörd guşəli ulduz idi. Yalnız 90-cı illərin sonunda Proton bir pələng başı təsviri və "Proton" yazısı ilə yeni bir logoya sahib oldu. 3 avqust 2008-ci ildə Proton 3 milyonuncu avtomobilini buraxdı.
Yığcam avtomobil
Yığcam avtomobil, Yığcam maşın, Kompakt avtomobil, Kompakt maşın, Aşağı orta sinif, Alt orta sinif, Avropada C seqmenti, Kiçik ailə avtomobili və ya Orta avtomobil kimi də tanınan bu avtomobillər təxminən 4100-4600 mm uzunluğunda, kifayət qədər avadanlıq və performans təklif edən avtomobillərdirlər. Geniş model diapazonuna malik olan yığcam avtomobil sinfində hər bir kuzov tipli avtomobil tapmaq mümkündür. Buna görə də, avtomobil dünyasında ən çox satılan sinif kompakt sinifdir.
Özügedən avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Krossover (avtomobil)
Krossover və ya CUV (crossover utility vehicle) SUV və minik avtomobilinin birləşməsidir. Krossoverlər FWD, RWD və ya 4WD tərtibatındakı sistemlər ilə mövcuddurlar və yüngül yolsuzluq imkanlarına malikdirlər.
Sükansız avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
SAZ (avtomobil)
SAZ (rus.: ОАО « Сара́нский заво́д автосамосва́лов» - İxt: Saranskiy Zavod Avtosamosvalov - Az.: Saransk yük maşınları zavodu), Sovet Rusiyasında yük maşınları istehsalçısı olmuşdur. Şirkət özüboşaldan yük maşınlarının, yol qatarlarının, zibil daşıyan maşınların istehsalında ixtisaslaşmış və Saransk şəhərində (Mordoviya, Rusiya) yerləşir. Şirkət QAZ Qrupun daxilində yerləşir.
D1 avtomobil yolu (Slovakiya)
D1 avtomobil yolu (slovak. Diaľnica D1) - hazırda tikintisi aparılan Slovakiyada avtomobil yolu. Plana görə, magistral Bratislavadan başlayacaq, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçəcək və Slovak-Ukrayna sərhədində sona çatacaq. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir. O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir. Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla). Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi.
E-119 nömrəli avtomobil yolu
Azərbaycan Respublikası ərazisində "E" Beynəlxalq yollar şəbəkəsinə daxil olan "E-97" nömrəli Xerson-Poti-Bakı-Trabzon ("Tarixi İpək yolu" marşrutu ilə) və "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir. E-119 avtomagistral yolu Azərbaycan-İran sərhəddindəki Astara rayonundan Rusiyanın Moskva şəhərinə qədər uzanır. Uzunluğu 2630 km-dir. Avtomobil yolunun keçdiyi məntəqələr: Astara - Ələt - Bakı - Quba - Maxaçqala - Volqoqrad - Povorino - Tambov - Moskva. E-119 nömrəli avtomobil yolu Azərbaycan daxilində 2 marşrutdan ibarətdir. Bu Bakıdan şimal sərhəddinə qədər olan M2, Bakıdan Astaraya qədər olan M3 nömrəli avtomobil yolllarıdır.
Elektrik avtomobili
Elektrik avtomobili — elektrik enerjisi ilə işləyən bir və ya bir neçə mühərrikdən ibarət avtomobil. İlk praktiki elektrik avtomobili 1880-ci illərdə istehsal edilmişdir. Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsa da, daxili yanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdur. 2008-ci ildən etibarən batareyaların inkişafı, neft qiymətlərinin daha da bahalaşma qayğıları və havaya buraxılan zəhərli qazların azaldılması istəyi elektrik avtomobillərinin istehsalında yeni bir dalğa yaratmışdır. Çoxlu ölkə və yerli hökumətlər elektrik maşınlarının kütləviləşməsi üçün güzəştli kreditlər, vergi güzəştləri və s tətbiq etməyə başlamışdır. Daxili yanma mühərrikləri ilə işləyən avtomobillərlə müqayisədə elektrik avtobilləri daha az səs çıxarır. Çox ölkədə neft idxal edildiyi üçün elektrik avtomobilləri neft idxalının azaldılmasına gətirib çıxaracaq. Elektrik avtomobillərinin əsas problemlərindən biri yenidən elektrik qidalanmasının çox uzun müddət çəkməsidir. batareyaların baha olması, elektrik avtomobillərinin digər avtomobillərdən baha olmasına gətirib çıxarır, amma hal-hazırda batareya qiymətlərində eniş müşahidə olunur. Bundan başqa sürücülər növbəti mənzilə çatana qədər batareyanın tamami ilə bitməsindən qorxurlar.
Ermənistanın avtomobil yolları
Ermənistanın avtomobil yolları — respublikanın nəqliyyat sisteminin mühüm tərkib hissəsidir. İnkişaf etməmiş dəmir yolu şəbəkəsi ilə Ermənistanın yolları ölkənin sosial-iqtisadi inkişafında həlledici əhəmiyyətə malikdir. Ermənistanın avtomobil yollarının beynəlxalq daşımalarda da rolu əvəzsizdir. Ermənistanda formalaşmış ümumi istifadədə olan avtomobil yolları şəbəkəsi 7637 km-dir ki, bunun da 96,7%-i bərk örtüklüdür. Respublika ərazisinin hər 1000 km²-ə 258 km yol düşür. Müasir mənasında anladığımız ilk yollar Ermənistanda 19-cu əsrdə yaranıb. Ermənistanın paytaxtı İrəvandan dörd çoxzolaqlı “avtomagistral” yol ayrılır - Ararat, Əştərək, Armavir və Göycə. İrəvan-Ararat hissəsindəki Meqri şossesi ikixətlidir: cənubda şəhərlərdən yan keçərək sürətli “avtomobil” var, şimaldan isə ona paralel köhnə marşrut. Ermənistanda qış üçün bağlı keçidlər yoxdur. Ermənistanın ən çox trafikə malik əsas şosselər bunlardır: М1: İrəvan - Əştərək - Gümrü - Bavra (Gürcüstanla sərhəddə yol keçid məntəqəsi).
Formula 1 avtomobili
Formula 1 avtomobili — Bu avtomobillər tək oturacaqlı, açıq sükanlı, arxa və öndə iki qanada sahib yüksək sürətli yarış avtomobilləridir. Təyin olunmuş nizamnamələrə əsasən komandalar tərəfindən hazırlanan güclü mühərriklərlə təchiz edilmişdir. Avtomobilləri idarə edən tənzimləmələr çempionata xasdır və istehsalın kənardan təmin edilə bilməsinə baxmayaraq avtomobillər yarış komandalarının özləri tərəfindən hazırlanmalıdır. Formula 1 avtomobilləri böyük miqdarda aerodinamik asfaltayatma qüvvəsi yaratma vasitəsilə çox yüksək manevr etmə sürətinə sahib olaraq dünya yarış treklərində ən sürətli avtomobillərdir. Əylənmə qüvvəsinin və ümumi dönmə sürətinin nəticəsi olaraq, Formula 1 sürücüləri tez-tez 5g-dən çox g yüklənmələrinə məruz qalırlar, bu yüklənmələr pik dönmə şiddətlərində 7g-yə qədərdir. İcazə verilən minimum çəki 740 kq(1631 lb)-dır, bu çəkiyə yanacaq xaric olmaqla sürücü daxildir. Avtomobillər quru hava təkərləri quraşdırılmış şəkildə ölçülür.
Frankfurt Beynəlxalq Avtomobil Sərgisi
Almaniya Beynəlxalq Avtomobil Sərgisi , Frankfurt Avtomobil Sərgisi, Beynəlxalq Avtomobil Sərgisi və ya Internationale Automobil-Ausstellung (IAA) dünyanın ən böyük avtomobil sərgisidir. Beynəlxalq Automobil-Ausstellung hər iki ildən bir Almaniyanın Frankfurt şəhərində keçirilir IAA Alman Avtomobil Sənayesi Assosiasiyası (VDA) tərəfindən tənzimlənir. 1989-cu ildən sonra sıx maraq səbəbindən yarmarka minik avtomobili və yük maşını/avtobus sərgiləri olaraq ikiyə bölündü: tək sayılı illərdə Hannoverdə kommersiya məqsədləri üçün nəzərdə tutulmuş olan nəqliyyat vasitələri, cüt saylı illərdə isə Frankfurtda minik avtomobilləri və motosikletlər üçün sərgi təşkil edilir. 2009-cu ildə ümumilikdə 100 dünya premyerası göstərilib. Onlardan 55-i alman avtomobil istehsalçılarının buraxdıqları məhsullar olmuşdurlar.
Füzuli-Şuşa avtomobil yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Füzuli–Şuşa avtomobil yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. 7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir. 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir.
Günəş avtomobili
Günəş avtomobili günəş enerjisini istifadə etməklə hərəkət edən nəqliyyat vastiəsidir. Günəş avtomobili adətən enerjini günəşdən alsa da, bəzi modellər əlavə batareyalardan da istifadə edirlər, amma bu batareyalar günəş enerjisi vastiasi ilə yenidən doldurula bilir. İlk günəş avtomobili 1955-ci ildə General Motorsun işçisi Viliam Cobb tərəfindən yaradılmışdır.
Gəncə Avtomobil Zavodu
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
Kama Avtomobil Zavodu
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
Kommersiya avtomobili
Kommersiya avtomobili (CV) motorlu nəqliyyat vasitələrinin bir növüdür. Kommersiya nəqliyyatı mənfəət əldə etmək məqsədilə malların və sərnişinlərin daşınması üçün istifadə edilən və kommersiya nömrələri alan nəqliyyat vasitələridir. Avropa İttifaqı “kommersiya məqsədləri üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi”ni hər hansı bir mühərrikli magistral yol nəqliyyat vasitəsi kimi müəyyən etmişdir. Daha kiçik tipi yüngül kommersiya nəqliyyat vasitəsidir.
Kosovo avtomobil dövlət yol nişanı
Kosovo avtomobil dövlət yol nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Kosovo Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. Kosovo Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilir. Kosovanın yeni dövlət yol nişanları 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır. 1 noyabr 2011-ci il tarixindən etibarən Kosovonun şimalındakı köhnə Serbiya nəqliyyat vasitəsi lövhələri UNMİK lövhələri ilə dəyişdirilmişdir. Kosovanın yeni dövlət qeydiyyat nişanı dizaynı 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır. Yeni lövhəyə RKS ifadəsi əlavə olunub. Söz mövzusu olan RKS (Republic of Kosovo) hərfləri Kosovo Respublikasının beynəlxalq ölkə kodudur. Lövhənin sol yuxarısında mavi lent içində RKS ifadəsi vardır. Lövhədə mavi zolağın sağdan iki xana olaraq regionun qeydiyyat nömrəsi, sonra Kosovo gerbi, üç rəqəmli say və iki rəqəmli hərf sırası yer alır. Üç rəqəmli say sırası 101-dən, iki rəqəmli hərf sırası isə AA-dan başlayır.
Kəlbəcər-Laçın avtomobil tuneli
Kəlbəcər tuneli — Kəlbəcər rayonu ərazisində, Ağdərə-Kəlbəcər yolundan cənubda, Lacın-Kəlbəcər yolunun üzərində yerləşən strateji əhəmiyyət daşıyan tunel. Tunel 1960-cı ildə istifadəyə verilmişdir. Tərtər çayının qollarından biri olan Tutqun çayının kanyona bənzər dar dərəsinin qarşısında inşa edilmişdir. Tunel rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirir. Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulan ən uzun tuneldir. Əhəng daşından təşkil olunmuş qayanın daxilindən oyulmuş tunel təxmini olaraq 200 m uzunluğa malikdir. Tunelin hündürlüyü 4.70 mt, eni isə 4 mt olmaqla yalnız bir avtomoibilin hərəkətinə hesablanmışdır. Tuneldə işıqlandırma həyata keçirilməmişdir. 1993-cü ilin aprel ayının 2-sindən erməni birləşmələri tərəfindən ələ keçirilmişdir. Tunelin yerləşdiyi ərazi 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələrinin Kəlbəcər rayonunu boşaldması ilə Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.
Litvada avtomobil yolları
Litvada avtomobil yolları — Litva ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yollar. Dövlət yolları əsas (lit. magistraliniai), regional (lit. krašto) və rayon (lit. rajoniniai) yollarına bölünür. Qeyri-dövlət yolları (küçələr, yerli yollar, giriş yolları) yerli özünüidarəetmə orqanlarına aiddir. Litvada ilk yollardan biri XVI əsrdə tikilmiş Klaypeda qəsri yaxınlığındakı yoldur. 2006-cı ildə ölkədəki ümümi yolların uzunluğu 21.320 km olmuşdur ki, bunun da 1.748 km-i avtomobil yolları (o cümlədən 309 km-i avtomagistrallar təşkil edir), 4.946 km-i respublika əhəmiyyətli, 14.625 km-i isə digər yollardır. Litva Yol Muzeyi Litva yollarının və avtomobil sənayesinin tarixinə həsr olunub. 2019-cu ildə Litvada avtomobil magistrallarının ümumi uzunluğu 365,83 km-dir.
M2 nömrəli avtomobil yolu (Azərbaycan)
M2 — Azərbaycanın paytaxtı Bakı ilə ölkənin şimal-qərb hissəsini birləşdirən avtomobil yolu. E-119 Avropa marşrutunun tərkib hissəsidir. Uzunluğu təxminən 503 kilometrdir. Yol Bakıda Avtovağzal Kompleksindən başlayır, Ələtdə M3 magistralı ilə ayrılır və sonra şimal-qərb istiqamətində Hacıqabul, Kürdəmir, Ucar, Yevlax, Goranboy, Gəncə, Şəmkir, Ağstafa və Qazax ilə davam edərək, Gürcüstan Respublikası ilə dövlət sərhədində bitir. Örtüyü asfalt-betondur. Eni hər tərəfdən 2-3 zolaqdan ibarətdir.
Mini (avtomobil modeli)
Mini 1959–2000-ci illər arasında istehsal edilmiş mini sinif avtomobil modelidir. Avtomobilin orijinalı 1960-cı illərin Britaniya simvolu hesab olunur. Avtomobil Sir Alec Issigonis tərəfindən hazırlanmışdır. Mini əvvəlcə Austin və Morris markaları altında satıldı. Avtomobil üç əsas yeniləməyə malikdir və hetçbeklə birlikdə station wagon, sedan, pikap, furqon və Moke adlı maşın modellərində istehsal edilmişdir. Bundan əlavə, onun idman modelləri olan Mini Cooper və Cooper S 1964, 1965 və 1967-ci illərdə Monte Karlo rallilərində qalib gələrək uğurlu ralli avtomobilləri olmağı bacarmışdırlar. 1999-cu ildə aparılan sorğuya görə, Ford Model T-dən sonra XX əsrin ən təsirli avtomobili seçilmişdir. Avtomobilin istehsalı 2000-ci ildə dayandırılmışdır və 2001-ci ildə tamamilə yenilənmiş ikinci nəsil ilə əvəz olunmuşdur.
Minik avtomobili
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərini yerinə yetirdiyi funksiyalara görə Fərdi minik avtomobilləri, Taksi minik avtomobili ləri, İdarə, müəssisə və Təşkilatlara məxsus olan minik avtomobilləri və qeyri müntəzəm sərnişin daşımalarını yerinə yerirmək üçün istifadə edilən minik avtomobilləri kimi təsnifata ayırmaq olar. Minik avtomobillərinin təsnifatı Kuzasının növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabrolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir.
Minik avtomobillərinin tərtibatı
Minik avtomobili kimi bir motorlu nəqliyyat vasitəsinin tərtibatı ümumiyyətlə mühərrikin və idarə olunan təkərlərin mövqeyi ilə müəyyən edilir. Tərtibatlar təxminən üç kateqoriyaya bölünə bilər, ön təkərdən çəkməli, arxa təkərdən çəkməli və dörd təkərdən çəkməli. Praktikada bir çox fərqli mühərrik mövqeyi və idarə olunan təkər birləşmələri mövcuddur və hər birinin mövqeyi avtomobilin istifadə ediləcəyi tətbiqdən asılıdır. FF = Qabaqda mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FR = Qabaqda mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı MF = Ortada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FMR = Ön ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RMR = Arxa ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RR = Arxada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RF = Arxada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı F4 = Qabaqda mühərrik, dörd təkərdən çəkiş tərtibatı M4 = Ortada mühərrik, dörd təkərdən çəkiş tərtibatı R4 = Arxada mühərrik, dörd təkərdən çəkiş tərtibatı Qabaqda mühərrik; Ortada mühərrik; Arxada mühərrik.
Minik avtomobillərinin təsnifatı
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərinin təsnifatı Banın növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabriolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir. Kuzasının növünə görə; Qapalı, Limuzin, Sedan, Furqon – Van, Universal, Hetçbek.

Значение слова в других словарях