Özügedən avtomobil

Rusiyada Yandex özünü tənzimləyən avtomobil.
Junior adı verilən bu nəqliyyat vasitəsi Stenford Universitetindəki bir komanda tərəfindən Volkswagen Passat modifikasiya edilərək özügedən hala çevrilmişdir.

Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir.

Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlabALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər.

General Motors-un yaratdığı Firebird II metal keçirici döşənərək yaradılmışdır avtoyol zolaqlarını izləyərək gedə bilən ilk "elektron beyin"ə sahib avtomobil.

Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq. Sürücüsüz ya da avtonom avtomobillərinin yaxın gələcəkdə oxşarı görülməmiş bir iqtisadi, sosial və ekoloji bir dəyişikliyə də yol açacaqları düşünülür. Xüsusiyyətlər vətəndaşlar üçün mükəmməl bir sosial status bərabərliyinə yol açacağı da açıq-aşkar ortadadır. Avtonom avtomobil gənclərin, yaşlıların və ya fiziki əlillərin şəxsi səyahət etmə azadlıqlarını bərabər bir səviyyədə gəlməsini təmin edir.

Texnologiya sahəsində qarşılanan bir neçə köklü dəyişikliklə birlikdə istifadəçilərin tələblərindəki dəyişikliklərə gün keçdikcə daha güclü batareyaların istehsal edilməsi, daha təbiətsevən yanacaqların təmin edilməsi və avtonom avtomobillərin istehsal edilməsi kimi qüvvələr də səbəb ola bilir. İstehlakçıların tələblərindəki bu dəyişimlər istehsalat firmaların etdiyi planlaşdırmalarda köklü dəyişikliklərə gedilməsinə də səbəb olur. Bununla birlikdə paylaşım ekonomiyası da BMW-nin Parisdəki DriveNow və ya Autolib kimi fərqli hizmətləri ilə birlikdə avtotexnologiya sektoruna qədər çatdı. Tesla bu zamana qədər bunun kimi bəzi inkişaflardan faydalanaraq bazara ən uğurlu namizədlər arasında təqdim edilə biləcək məhsullar irəli sürdü. Lakin Silikon Vadisindəki BMW, Toyota, General Motors kimi digər şirkətlərin qurduğu istehsalçılar da bu sahədə vacib inkişaflara imza atırlar. Bu inkişafların avtotexnologiyada 4-cü sənaye inqilabına doğru atılmış ən böyük addımlardan biri kimi görünür.

Özügedən avtomobilinin rahatlığını göstərən təsvir
Sber AutoTech real yol şəraitində neyroset üçün təcrübə toplayır (noyabr 2022)

Özügedən maşın özünü idarə edən kömpüterlə idarə olunan avtomobildir. Narahat Alimlər birliyi bildirir ki, özünü idarə edən avtomobillər, avtomobil və ya yük maşınlarıdır ki, orada insan sürücülərin nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək üçün heç vaxt nəzarət etmələri tələb olunmur. [1]Sürücüsüz avtomobillər nəqliyyat vasitəsini idarə etmək, naviqasiya etmək üçün sensorları və proqram təminatını birləşdirir.[2] Britaniyanın Avtomatlaşdırılmış və Elektrikli Nəqliyyat vasitələri haqqında 2018-ci il qanununda deyilir ki , əgər avtomobil "nəzarət olunmayan və fiziki şəxs tərəfindən nəzarətə ehtiyacı olmayan bir rejimdə işləyirsə" nəqliyyat vasitəsini "özü idarə edən" kimi təyin edir."[3]

  1. "Self-Driving Cars Explained". Union of Concerned Scientists. 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  2. "Automated and Electric Vehicles Act 2018 becomes law". www.penningtonslaw.com. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-24.
  3. "self-driving car Definition from PC Magazine Encyclopedia". pcmag.com. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]