Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yellicə
Yellicə (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yellicə (Vedi) — Vedi rayonunda kənd. Yellicə (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Yellicə (Kəlbəcər)
Yellicə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Yellicə kəndi Keşdək kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yellicə kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra kənd 25 noyabr 2020-ci ildə boşaldıldı. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr Yellicə adlı binə yerində saldığı üçün belə adlanmışdır. Oykonim "yelli, küləkli yer" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Yellicə (Ərdəbil)
Yellicə (fars. يلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (55 ailə).
Bulbophyllum elliae
Bulbophyllum elliae (lat. Bulbophyllum elliae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Fəllucə
Fəllucə (ərəb. الفلوجة‎) — İraqın Anbar mühafəzasında yerləşən şəhər. Paytaxt Bağdaddan təqribən 57 km qərbdə Fərat çayı üzərində yerləşir. Tez-tez məscidlər şəhəri kimi xatırlanır, belə ki, şəhərin özü və ətraf kəndlərdə 200-ə yaxın məscid tikilib. 1947-ci ildə kiçik şəhər olmasına baxmayaraq, 2011-ci il hesablamalarına görə, əhalisinin sayı 275,128 nəfər olmuşdur. 2014-cü ildə şəhər İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş və əhalinin böyük bir hissəsi şəhəri tərk etmişdir. 23 may 2016-cı ildə İraq hökumət qoşunları şəhəri işğaldan azad etmək üçün əməliyyata başladıqlarını açıqlamış və 26 iyun 2016-cı ildə İraq ordusu şəhəri tam şəkildə işğaldan azad etdiyini açıqlamışdır. Fəllucə qədim tarixə malik olmasına baxmayaraq, beynəlxalq müstəvidə 1991-ci ildə "Səhrada tufan" döyüş əməliyyatları zamanı, ələlxüsus da 2003–2004-cü illərdə İraq müharibəsi zamanı daha çox tanındı. == Tarix == Region bir xeyli minilliklər əvvəldən məskunlaşmış ərazi hesab olunur. Fəlluca şəhəri isə Babil dövründən etibarən məskunlaşmış ərazidir.
Əbilcə
Əbilcə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Toponim Əbil şəxs adına -cə şəkilçisini əlavə etməklə yaranmışdır, "Əbilə məxsus yer" mənasındadır.
Əlincə
Əlincə qalası — Culfa rayonunun Xanəgah kəndində Əlincəçayın sağ sahilində yerləşən tarixi memarlıq abidəsi. Əlincə (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Əlincə (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Ələvicə
Ələvicə — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,692 nəfər və 1,696 ailədən ibarət idi.
Əyricə
Əyricə — "ayrılmış, əyri-üyrü" mənasında işlənən əyri sözünə "cə" şəkilçisinin artırılmasından əmələ gələn söz. Kəndlər Əyricə (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Yeni Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Yeni Əyricə bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Dağlar, yaylaqlar, qışlaqlar Əyricə (dağ) — Göyçə (Sevan) gölünün şərqində dağ. Əyricə (yaylaq) — Dərələyəz və Göyçə mahalları arasında sərhəddə yerləşən yaylaq. Əyricə (qışlaq) — Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Çaylar Əyricə (çay) — Çəmbərək (Krasnoselo) rayonunda çay.
Əllamə
Əllamə — (ərəb. علامة‎) Əllamə lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Amma bu ləqəb, "Ayətullah" kimi, ərəb, fars və urdu dilli ölkələrin müsəlman alimlərinin xüsusi titullarından biridir və başqa dillərdə (xüsusən də ingiliscə və azərbaycanca) konkret qarşılığı yoxdur. == İzahı == Terminoloji baxımından İslam elmlərinə dərindən bələd olan alimə "əllamə" deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, imamiyyə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur.
Kəlicə (Soyuqbulaq)
Kəlicə (fars. كليجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (125 ailə).
Qırmızıdöş zəlicə
Qırmızıdöş zəlicə (lat. Oulema melanopus) — Yarpaqyeyən böcəklər fəsiləsinə (lat. Chrysomelidae) mənsub olub, dənli bitkilərin əsas zərərvericilərindən biridir. İlk dəfə 1758-ci ildə Karl Linney tərəfindən təsvir olunub. == Biologiyası == Oliqofaq növdür. Demək olar ki, bütün yabanı və mədəni dənli bitkilərlə qidalanır. Lakin buğda, arpa, çovdar və yulafa daha çox ziyan vurur. İldə bir nəsil verir. Qışı keçirmiş yetkin dişi fərdlər yumurtalarını qrup şəklində və ya tək-tək yarpağa qoyurlar. Yumurtalar silindr və ya şarşəkilli olub, parlaq sarı rəngdən başlayaraq tədricən tündləşir.
Yeni Əyricə
Yeni Əyricə (tarixi adı: İbrahimbəyli) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin əvvəlki adı İbrahimbəylidir. Qədim yaşayış məskənidir. Əyricə bəyləri Cavanşir tayfasının Qalabəyi tirəsindən olublar. Qalabəyov Təhməz bəy İbrahim bəy oğlu Qalabəyov Həsən bəy İbrahim bəy oğlu Qalabəyov Firudin bəy Təhməz bəy oğlu Qalabəyov Rəhim bəy Təhməz bəy oğlu Qalabəyov Hüseyn bəy Təhməz bəy oğlu Qalabəyov Alı bəy Həsən bəy oğlu Qalabəyov Calal bəy Həsən bəy oğlu == Coğrafiyası və iqlimi == Qarabağ düzündə, Kür çayının sağ sahilində yerləşir. Tərtər çayı kəndi 2 hissəyə bölür. Kəndin qərbindən Yuxarı Qarabağ kanalı keçir. İqlimi mülayimdir, yanvar ayının orta temperaturu 10 C, iyun ayınınkı isə 32 C-dir. == Əhalisi == Təqribən 3000-ə yaxın insan yaşayır. Bundan əlavə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə rayonlarından məcburi köçkünlər də məskunlaşmışdır.
Əllamə Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — ilahiyyatçı alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. == Həyatı == Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir.
Əllamə Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Əllamə Məclisi
Əllamə Məclisi — I Məclisi (ata). Əllamə Məclisi — II Məclisi (oğul).
Əllamə Qəzvini
Mirzə Məhəmməd xan Qəzvini (1874–1949)— əllamə, ədəbiyyatşünas, tarixşünas alim. == Həyatı == Mirzə Məhəmməd xan Qəzvini 1874-cü ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Əbdülvahabdan almışdı. Sonra mədrəsədə oxumuşdu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər. Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı. Mirzə Məhəmməd xan Qəzvini 1949-cu ildə vəfat edib.
Əllamə Təbatəbai
Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی‎; 1892, Cənubi Azərbaycan – 15 noyabr 1981, Tehran) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. == Həyatı == Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-ci ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir. Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir.
Əllamə Təbətəbai
Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی‎; 1892, Cənubi Azərbaycan – 15 noyabr 1981, Tehran) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. == Həyatı == Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-ci ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir. Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir.
Əyricə (Bərdə)
Əyricə — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə inzibati ərazi vahidində kənd. == Tarixi == Tərtər çayının sahilində, Qarabağ düzündədir. Əsli Ayrıcadır. Kəndin ərazisi Ağdam rayonunun Xıdırlı kəndinə məxsus əkin yeri olmuşdur. Yaşayış məntəqəsi həmin kənddən çıxmış ailələrin ayrılaraq əkin yerində məskunlaşması nəticəsində yaranmışdır. Ayrıca "kənddən ayrılmış, xüsusi icma təşkil etmiş" deməkdir.
Əyricə (dağ)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Göyçə gölünün şərqində yerləşir. Hündürlüyü 2660 m-dir. == Mənbə == İbrahim Bayramov.
Əyricə (qışlaq)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin ərazisində, Ağbulaq kəndi ilə sərhəddə yerləşir. XI–XIII əsrlərdə bura kənd olmuşdur. Sonralar kənd ləğv edilmiş, qışlağa çevrilmişdir. 1960-cı ildən sonra Toxluca kəndinin qoyun ferması yerləşirdi.
Əyricə (yaylaq)
Əyricə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda yaylaq. Dərələyəz və Göyçə mahalları arasında, sərhəddə yerləşir. == Mənbə == İbrahim Bayramov.
Əyricə (çay)
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. == Mənbə == İbrahim Bayramov.
Əyricə bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əyricə çayı
Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda çay. Rayondakı Ağbulaq və Toxluca kəndinin sərhəddindən axır. == Mənbə == İbrahim Bayramov.
Ellips
Ellips (q.yun. ἔλλειψις — endirmə, çatışmazlıq) — müstəvi üzərində fokuslar adlanan iki nöqtədən məsafələrinin cəmi sabit olub, fokuslar arasındakı məsafədən böyük qalan nöqtələrin həndəsi yeri. == Ellipsin kanonik tənliyi == Düstur ilə təyini və Ellipsin kanonik tənliyi: x 2 a 2 + y 2 b 2 = 1. {\displaystyle {\frac {x^{2}}{a^{2}}}+{\frac {y^{2}}{b^{2}}}=1.} Xüsusi halda a = b {\displaystyle a=b} olarsa x 2 + y 2 = 1 {\displaystyle {x^{2}}+{y^{2}}=1} çevrəsi alınar. == Əlaqəli təyinləri == Ellips fokusları vasitəsilə keçən və ucu ellipsə uzanan AB parçası, bu ellipsin böyük oxu adlanır. Böyük oxun uzunluğu yuxarıda göstərilən tənlikdə 2a-ya bərabərdir. CD parçası - perpendikulyar ellipsin böyük oxunun mərkəzindən keçən və elliə uzanan ox, ellipsin kiçik oxu adlan larının kəsişmə nöqtəsi oadl Abbasov eli 1706anır. Müstəvi üzərində ixtiyari nöqtənin fokuslardan ibarət r 1 {\displaystyle r_{1}} və r 2 {\displaystyle r_{2}} məsafəsi bu nöqtənin fokal radiusları adlanır. Məsafə tənliyi: c = | F 1 F 2 | 2 {\displaystyle c={\frac {|F_{1}F_{2}|}{2}}} Bu təyin fokus məsafəsi adlanır. e = c a = 1 − b 2 a 2 {\displaystyle e={\frac {c}{a}}={\sqrt {1-{\frac {b^{2}}{a^{2}}}}}} təyini eliptik ölçü adlanır.
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Atrichantha elsiae
Hydroidea (lat. Hydroidea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsin yeganə növü olan Hydroidea elsiae (Hilliard) P.O.Karis (köhnə adı Atrichantha elsiae) bitkisinin vətəni Cənubi Afrikadır.
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d], Sürix kantonu, İsveçrə) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. == İstinadlar == == Xarici keçidlər == "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.
Elliot Peyc
Elliot Peyc (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[…], Halifaks) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == Həyatı == Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib. == Karyerası == Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.
Feliçe Borel
Feliçe Plaşido Borel (ital. səslənmə: [feˈliːtʃe boˈrɛl]; 5 aprel 1914, Nitsa – 21 yanvar 1993, Turin) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya millisi ilə 1934-cü il Dünya Çempionatının qalibi olub. Futbolçu Ernesto Borelin oğlu və Aldo Borelin kiçik qardaşıdır, buna görə tez-tez II Borel kimi qeyd olunur. "Yuventus" klubunun ən yaxşı bombardirlərindən biridir — 157 qol. == Karyerası == === Klub === 1932-ci ildə peşəkar futbolda debüt edib. İlk klubu İtaliya A Seriyasında 206 oyuda iştirak edərək doqquz mövsüm keçirdiyi "Yuventus" klubu olur. Bu müddət ərzində üç dəfə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır. 1941-ci ildə Yuvenin əsas rəqibi "Torino" klubuna keçir, lakin növbəti mövsüm doğma klubuna qayıdır.
Genlicə (Meşkinşəhr)
Genlicə (fars. گنلوجه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 257 nəfər yaşayır (56 ailə).
Hydroidea elsiae
Hydroidea (lat. Hydroidea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsin yeganə növü olan Hydroidea elsiae (Hilliard) P.O.Karis (köhnə adı Atrichantha elsiae) bitkisinin vətəni Cənubi Afrikadır.
Selfice Çiu
Selfice Çiu (alb. Selfixhe Ciu, nikahdan sonra Selfice Broya alb. Selfixhe Broja, təxəllüsü Kolombja idi; 31 mart 1918, Girokastra[d] – 22 avqust 2003, Tirana) — Albaniya yazıçısı və tərcüməçisi. O, əsəri Albaniyada nəşr olunan ilk alban qadın yazıçısı idi. 28 noyabr 1935-ci ildə 17 yaşında ikən Selfice Çiunun şeiri, Kolumbiya təxəllüsü altında "Populli" qəzetində dərc olundu. == Həyatı == 1918-ci ildə Girokastra şəhərində (Albaniyanın cənubunda) anadan olmuşdur. Çiu, romanı dərc olunan ilk alban qadını Musine Kokalari ilə dostlaşdı. 1930-cu illərdə Albaniyada misli görünməmiş siyasi və sosial narazılıq hökm sürdü. Lakin ədəbi yeniləşmə 1939-cu ildə Albaniyanın İtaliya tərəfindən işğalı və II Dünya Müharibəsinin başlaması ilə dayandırıldı. Bir çox gənc yazarların əsərlərinin nəşr olunması dayandırıldı, digərləri həbsxanaya düşdülər; bəziləri ölkəni tərk etdi.
Sellick manevri
Sellik manevri, Sellik təzyiqi (ing. Sellick manoeuvre, Cricoid pressure) Qırtlağın üzüyəbənzər qığırdağa barmaqla təzyiq edib, qida borusunun mənfəzini qapamaqla mümkün aspirasiyanın (mədə möhtəviyyatının geriyə axmasının) qarşısını almaq üçün tətbiq edilən bir cəhddir. Bu manevr adətən təcili cərrahi əməliyyatlar zamanı, ümumi narkoz üçün traxeyanın intubasiyasında mədəsi boş olmayan pasientlərə tətbiq edilir. Manevr ilk dəfə 1961 ci ildə Britaniya anestezioloqu Brayn Artur Sellik (ing. Brian Arthur Sellick) tərəfində tətbiq edildiyinə görə onun adına müvafiq "Sellik manevri" adlandırılmışdır.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.