Selfice Çiu

Selfice Çiu (alb. Selfixhe Ciu, nikahdan sonra Selfice Broya alb. Selfixhe Broja, təxəllüsü Kolombja idi; 31 mart 1918, Girokastra[d]22 avqust 2003, Tirana) — Albaniya yazıçısı və tərcüməçisi. O, əsəri Albaniyada nəşr olunan ilk alban qadın yazıçısı idi. 28 noyabr 1935-ci ildə 17 yaşında ikən Selfice Çiunun şeiri, Kolumbiya təxəllüsü altında "Populli" qəzetində dərc olundu.[1]

Selfice Çiu
alb. Selfixhe Ciu
Doğum tarixi 31 mart 1918(1918-03-31)
Doğum yeri
Vəfat tarixi 22 avqust 2003(2003-08-22) (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, tərcüməçi

1918-ci ildə Girokastra şəhərində (Albaniyanın cənubunda) anadan olmuşdur. Çiu, romanı dərc olunan ilk alban qadını Musine Kokalari ilə dostlaşdı.

1930-cu illərdə Albaniyada misli görünməmiş siyasi və sosial narazılıq hökm sürdü. Lakin ədəbi yeniləşmə 1939-cu ildə Albaniyanın İtaliya tərəfindən işğalı və II Dünya Müharibəsinin başlaması ilə dayandırıldı. Bir çox gənc yazarların əsərlərinin nəşr olunması dayandırıldı, digərləri həbsxanaya düşdülər; bəziləri ölkəni tərk etdi.

Selfice 1939-cu ildə İtaliyanın Albaniyaya hücumu başlayanda Florensiyada təhsil alırdı. O, əri Cəmal Broy ilə birlikdə Albaniyaya qayıtdı və onunla Şkoderdə kitab mağazası açdı. Selfice Albaniya Kommunist Partiyasının sıralarına qoşuldu və 22 fevral 1942-ci ildə icazəsiz antifaşist nümayişinin təşkilatçılarından biri oldu. Buna görə o, həbs olundu və edam cəzasına məhkum edildi, ancaq sonra sərbəst buraxıldı. 1947-ci ildə həbs edildi, sonra isə hərəkət azadlığı məhdudlaşdırıldı. 1998-ci ildə Selfice Çiu xatirələri, eləcə də şeirləri və digər nəşrlərini "Həyat küləkləri" (alb. Tallazet e jetes, ing. Winds of life) adlı kitabda nəşr etdi. 2003-cü ildə vəfat etdi.[2]

  1. Jorgaqi, Nasho. "Nasho Jorgaqi: Zërat e parë femërorë të letërsisë shqipe". Shqiptarja. 8 March 2015. 17 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 November 2015.
  2. Isufaj, Ermira. "Kujtimet e komunistes se radheve te para". 20 May 2013. 16 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2015.