Ənvər Əlixanov

Ənvər Nəzər oğlu Əlixanov (17 (30) aprel 1917, Bakı31 iyul 1992, Bakı) — Azərbaycan SSR Nazirlər Sovetinin sədri, geologiya-mineralogiya elmləri doktoru, professor.

Ənvər Əlixanov
29 dekabr 1961 – 10 aprel 1970
ƏvvəlkiMəmməd İsgəndərov
SonrakıƏli İbrahimov
bayraq
Azərbaycan KP MK-nın katibi
bayraq2
1959 – 1961
bayraq
Azərbaycan SSR neft sənayesi naziri
bayraq2
30 avqust 1958 – 31 iyul 1959
ƏvvəlkiSüleyman Vəzirov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR neft sənayesi nazirinin birinci müavini
bayraq2
1955 – 30 avqust 1958
NazirSüleyman Vəzirov
bayraq
Azərbaycan SSR neft sənayesi nazirinin müavini
bayraq2
1954 – 1955
1948 – 1950
1947 – 1948
Şəxsi məlumatlar
Doğum tarixi 17 (30) aprel 1917
Doğum yeri
Vəfat tarixi 31 iyul 1992(1992-07-31) (75 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini ateizm
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Lenin" mükafatı

Ənvər Nəzər oğlu Əlixanov 1917-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. O, 1924-cü ildə Bakı şəhəri 19 saylı natamam orta məktəbə get-miş, məktəbi müvəffəqiyyətlə bitirib 1931-ci ildə Bakı şəhəri Sabunçu qəsəbəsindəki texnikuma daxil olmuşdur. Ə. Əlixanov 1934-cü ildə texnikumu bitirib texnik-geoloq peşəsinə yiyələnir. O, gənc texnik-geoloq kimi Zığda neft mədənlərində əmək fəaliyyətinə başlayır, 1936-cı ilin sentyabrına kimi burada çalışır. 1936–1941-ci illərdə Ə. Əlixanov Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) kəşfiyyat-geologiya fakültəsinin tələbəsi olmuş, 1941-ci ilin mayında institutu bitirib mədən mühəndis-geoloqu ixtisasını almışdır. Ə. Əlixanov institutu bitirdikdən sonra Kaqanoviçneft trestinin 3-cü mədəninə geoloq göndərilir. Burada bir neçə ay işlədikdən sonra orduya çağırılır.

1941–1942-ci illərdə Böyük Vətən müharibəsində cəbhədə döyüşmüşdür. O, əvvəl Tbilisi şəhərindəki topçuluq məktəbində oxumuş və leytenant rütbəsi almışdır. O, gənc topçu zabit kimi Krım və Şimali Qafqaz cəbhələrində gedən döyüşlərdə iştirak etmişdir.

Ə. Əlixanov neftçi olduğu üçün 1942-ci ilin oktyabrında Dövlət Müdafiə Komitəsinin əmri ilə ordudan tərxis olunub Bakıya qayıdır. 1942–1945-ci illərdə Ə. Əlixanov Leninneft trestinin 7-ci mədənində baş geoloq kimi çalışmışdır. İstehsalatda özünü yüksək səviyyəli və bacarıqlı, çalışqan mütəxəssis, fəal ictimaiyyətçi kimi göstərmiş Ə. Əlixanov irəli çəkilərək 1945–1947-ci illərdə Azərbaycan KP MK-nın neft şöbəsində təlimatçı, Bakı Komitəsində isə neft qazma şöbəsi müdirinin müavini vəzifələrində işləmişdir. rayon Partiya Komitəsinin əvvəlcə ikinci, sonra birinci katibi olmuşdur. O, bu vəzifələrdə mədən və idarələrdə ilk partiya təşkilatlarının möhkəmləndirilməsi, fəhlələr, mühəndis-texniki işçilər arasında siyasi işin yaxşılaşdırılması, bacarıqlı və hazırlıqlı mütəxəssislərlə təmin olunması, neftçilər arasında yarışların genişləndirilməsi sahəsində xeyli əmək sərf etmişdir. Onun gərgin fəaliyyəti nəticəsində Kaqanoviçneft tresti neft və qaz çıxarılması və emalı üzrə qabaqcıllar sırasına çıxmış, dövlət tapşırıqlarını vaxtında və artıqlaması ilə yerinə yetirmişdir. 1950–1951-ci illərdə Ə. Əlixanov Azərbaycan KP MK-nın əvvəlcə ağır sənaye şöbəsi müdirinin müavini, sonra isə müdiri olmuşdur.

Azərbaycan KP MK neft sənayesini bacarıqlı mütəxəssislərlə möhkəmləndirmək məqsədi ilə onu neft sənayesinə rəhbər vəzifəyə göndərir. Ə. Əlixanov 1950–1951-ci illərdə Azərbaycan neft kəşfiyyatı birliyinin, 1951–1952-ci illərdə Azərdənizneft birliyinin rəisi, 1953–1954-cü illərdə Azərneft birliyi rəisinin əvvəlcə müavini, sonra isə birinci müavini, 1954–1955-ci illərdə Azərbaycan SSR neft sənayesi nazirinin müavini, 1955–1958-ci illərdə isə Azərbaycan SSR neft sənayesi nazirinin birinci müavini, 1958–1959-cu illərdə isə Azərbaycan SSR neft sənayesi naziri vəzifəsində işləmişdir.

1961-ci ildə bir qrup Azərbaycan neftçisi, o cümlədən Ə. Əlixanov Azərbaycanda dənizdə neft yataqları kompleksinin, əsasən Xəzərin dərinlik akvatoriyasının kəşf olunması və istismara verilməsi sahəsində əldə etdikləri nailiyyətlər üçün Lenin mükafatına layiq görülmüşdür.

1957-ci ildə "Abşeron vilayətinin şərq hissəsinin qırmakualtı dəstəsi və onun neft-qazlılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1965-ci ildə isə "Xəzər dənizinin neft və qaz yataqları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə professor rütbəsi almışdır.

O, 1959–1961-ci illərdə Azərbaycan KP MK katibi vəzifəsini aparmışdır. Ə. Əlixanov 1961–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1970–1976-cı illərdə Ə. Əlixanov Azərbaycan EA Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru olmuşdur. İnstitut bilavasitə onun rəhbərliyi altında faydalı qazıntı yataqlarının yeni proqnoz metodlarının işlədilməsi, respublikanın perspektivli rayonlarında mühüm faydalı qazıntı növlərinin axtarışı və kəşfiyyat işlərinin müəyyən edilməsi və s. problemlər sahəsində elmi-tədqiqat işləri aparmışdır. Ə. Əlixanov 1976–1990-cı illərdə Azərbaycan EA Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutundu dəniz geologiyası laboratoriyasına rəhbərlik etmiş, burada da öz əsas işini – Xəzərin neft-qazlı sahələrinin tədqiqini davam etdirmişdir. Ə. Əlixanov 1950–1970-ci illərdə dəfələrlə Azərbaycan KP MK və BK üzvlüyünə namizəd və üzvü, büro və rəyasət heyətinin üzvü, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü, plenum, konfrans və qurultayların nümayəndəsi, sessiyaların deputatı olmuşdur.

Əlixanov Ə. N. 100-ə yaxın elmi işin, "Xəzər dənizinin neft-qazlılığı" və "Xəzər dənizinin geologiyası" adlı 2 monoqrafiyanın müəllifidir.

O, iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla mükafatlandırılmışdır.

Ənvər Əlixanov 31 iyul 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

  • Musa Qasımlı, Cavid Hüseynov, "Azərbaycanın baş nazirləri"
  1. Əlixanov Ənvər Nəzər oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.