Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsğər Fərdi
Əsğər Fərdi – şair, yazıçı. İranın "Səhər" telekanalının əməkdaşı, == Həyatı == Əsğər Fərdi 1963-cü il noyabrın 19-da Təbriz şəhərində dünyaya gəlmişdir. Uşaq ikən Təbrizdə Azərbaycanın böyük şairlərilə taniş olub onlardan ədəbi incəlikər və ədəbiyyat tarixi və klassiklərin əsərlərini öyrənmişdir. 11 yaşında Azərbaycanin milli şairi Mir Mehdi Etimad Natiqi, Abbas Bariz, Yəhya Şeyda, Cavad Azar, Ustad seyid Məhəmməd Hüseyn Şəhriyar və … kimi şairlər və Qulam hüseyn Saidi, Rza Bərahəni, Rəhim Rəyisniya, Qulamhüseyn Fə rnud kimi yazıçılarla yaxından tanış olmuşdur. Yeni üsul tahsil sistemini dəvam etməklə eyni zamanda dini mədrəsədə ərəb ədəbiyyatının müqəddimatı və fiqh elmi təhsilinidə sürdürmüşdür.[mənbə göstərin] O islam əlifbasını və Quran oxumasını anası Hmidə xanım Hicazi dən örənməyə başlayaraq digər müxtəlif elm sahələrində Təbrizdə və Tehranda yaşayan dövrü alimlərdən istifadə etmişdir. Xəttatlıq sənanətini mərhumlar Hacı mirzə Həsən və mirzə Hüseyn Heisinin yanında meşq etmeklə öyrənmişdir. Azərbaycan musiqisinin muğamlarını və guşələrini əli ağa Səlimidən və iran musiqi dəstgahları və guşələrini Ağa Qulamhüseyn Bəycəxani və Hacı Qulamrza Qeytançı dan öyrənmişdir.[mənbə göstərin] Mətnşünaslığı Mirzə Cəfər Sultan ul qurrai dən, Məntiq və Fəlsəfəni Mirzə Böyük ağa ədib ül üləma dan, klassik ərəb ədabiyatını Ustad seyid Həsən Qazi Təbatəbai dən, Qərb fəlsəfəsini Dr. əbdülkərim Suruş dan, Nəhc ül bəlağə – Mövlana Cəlaləddin Ruminin məsnvisini əllamə Şeyx Məhəmməd Tağı Cə`fəri dən, Muasir Iran – Rus – Fransa ədəbiyyat tarixini Yəhya Mirzə Aryənpurdan, Nizami Gəncəvi və Xaqani şirvaninin irsini Cavad ağa Azər dan, Azərbaycan folkloru və klassik ədəbiyyatını Yəhya Şeyda dan, Dilçiliyi (Linqvistika) Dr. Həmid Nıtqi den, muasir Fars dilli publisistikani Şems Aləhməd dən, Piyes və sennari yazmaq üsullarını Qulamhüseyn Saidi dən, Rejissorluğu möhsün Məxmlbaf dan, senedli film montajını Məhərrəm Zeynalzadə dən, Fransız dillinin müqəddimatını – Quran i kərim – Hafiz – Sə`di və badi` Qafiyə – Şeir incəlikləri və bir çox elmi və ədəbi məsələri Ustad Şəheiyar dan öyrenmişdir.[mənbə göstərin] Həmin yeni yetmə yaşlarında siyasi cərəyanlarla irtibata keçib dəfələrlə həbs edilmişdir. Uzun illər ictimai haqlardan məhrum yaşamışdır.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Əli Əsğər Əli oğlu
Məhəmməd əl-Əsğər ibn Əli
Məhəmməd əl-Əsğər ibn Əli (ərəb. محمد الأصغر بن علي‎) — Əlinin oğullarından biridir. Anasının adının kim olduğu haqqında müxtəlif rəvayətlər var, məsələn, Leyla bint Məsud, Ümamə binti Əbi əl-As, Vərha və Əsma binti Umeys. Bəzi mənbələr onun Kərbəla döyüşündə iştirakını qeyd etməsələr də, əslində bu barədə şübhəli olsalar da, onu Kərbəla şəhidlərindən sayan bir çox mənbələr var; və onun adı həm şiə həm sünni mənbələrində şəhid kimi mövcuddur. O, Əlinin övladlarından idi və Məhəmməd əl-Əsğər adlanırdı və Məhəmməd ibn əl-Hənəfiyyədən kiçik idi. Məhəmməd ibn Əli qardaşının (Hüseynin) düşmənləri ilə ağır müharibədə oldu və Kufə ordusunun çoxunu öldürdü. Nəhayət, Bəni Əban ibn Darimdən olan bir nəfər onu öldürdü. Məhəmməd ibn Əlinin adı "Ziyarət ən-Nəhiyyə əl-Müqəddəsə"də mövcuddur və Məhəmməd əl-Mehdinin xitab və salamlarını almışdır.
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. == Haqqında == Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir.
Əsgər Məmmədov (əsgər, 1972)
Əsgər İsmayıl oğlu Məmmədov (8 yanvar 1972, Bərdə rayonu, İmirli – 26 aprel 1994, Ağdam)— Birinci Qarabağ döyüşlərində şəhidi olmuşdu. == Həyatı == Əsgər Məmmədov 1972-ci il 08 yanvar tarixində, Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1979-cu ildə ilk təhsilini imirli kəndində almışdı. 1989-cu ildə təhsilini bitirmişdi. == Hərbi xidməti == 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 26 aprel 1994-cü ildə Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə şəhid olub.
Bayraqdar əsgər
Bayraqdar — mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal, çevik və cəsur əsgərlərdən təyin olunur. O, hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində — bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində — komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı — 4 addım, dəstə bayraqdarı — 8 addım və s.)addımlayaraq çıxır. Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində — zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Ramiz Əsgər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978). Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür.
İgid əsgər
"İgid əsgər" — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir. 2016-cı ilin may ayında ATV telekanalında İlqar Mikayıloğlunun aparıcısı olduğu "Xeyirə qarşı" verilişində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının balaca istedadı 5 yaşlı Nuray Rəhmanın "İgid əsgər" ifası internetdə izlənilmə rekordu qırmışdır.
Əli Əsgər
Əli Əsgər (1968) — Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin] == Həyatı == === Ailəsi === Ailəlidir, bir övladı var. == Təhsili və pedaqoji fəaliyyəti == 1986–1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998–2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır. 2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1] == Mükafatlar == Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.
Əsgər (ad)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (dəqiqləşdirmə)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (qəzet)
"Əsgər" qəzeti — Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan qəzet. == Tarixi == Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. "Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər" qəzetinin ilk Baş redaktoru Rəfael Rzayev, Baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olmuşdur.
Əsgər (rütbə)
Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir.
Əsgər İsayev
Əsgər Mustafa oğlu İsayev (20 dekabr 1935, Saral, Böyük Qarakilsə rayonu – 11 iyun 2021) — texniki elmlər doktoru (1983), professor (1984), Azərbaycan Respublikasının Əməkdar müəllimi (2006). == Həyatı == Əsgər İsayev 1935-ci ilin dekabrın 20-də Saral kəndində anadan olmuşdur. 1942-ci ildə Saral kəndində orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. O, 1952-ci Azərbaycan Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş və 1957-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. Ə.M.İsayev 1957–1959-cu illərdə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda konstruktor vəzifəsində işləmişdir. 1959-cu ilin aprel ayından 1975-ci ilə qədər öz əmək fəaliyyətini institutun elmi-tədqiqat şöbəsində kiçik elmi işçi, 1961-ci ilin sentyabrından həmin institutun "İnşaat konstruksiyaları" sonra isə "Dəmir-beton konstruksiyaları" kafedralarında baş müəllim vəzifəsində çalışmışdır. 1964-cü ildə materiallar müqaviməti ixtisası üzrə texniki elmlər namizədi elmi dərəcəsi adını almışdır. 23 sentyabr 1983-cü ildə Moskva şəhərində Moskva İnşaat Mühəndisləri İnstitutunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək "deformasiya olunan bərk cisimlər mexanikası" üzrə texniki elmlər doktoru elmi dərəcəsini almışdır. Onun bütün elmi fəaliyyətləri nəzəri mexanika, materiallar müqaviməti, inşaat mexanikası və tətbiqi mexanika elmlərinin müxtəlif hissələrinə həsr olunmuşdur. İsayev Əsgər 1 fevral 1967-ci ildə dosent, 27 aprel 1984-cü ildə isə "İnşaat mexanikası" kafedrası üzrə professor elmi adlarını almışdır.
Əsgər İsmayılov
Əsgər Ələkbər oğlu İsmayılov — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947)
Əsgər İsmayılzadə
Əsgər Bəxtiyar oğlu İsmayılzadə (22 yanvar 2002, Gülövşə, Yevlax, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər İsmayılzadə 22 yanvar 2002-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. 2005-ci ildə Yevlax rayonu V. Mövsümov adına Gülövşə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm kollecinin "Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olmuşdur. == Hərbi xidmətləri == Əsgər İsmayılzadə 2019-cu ildə kolleci bitirdikdən sonra O, vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Hərbi xidmətini Cəlilabad rayonunda "N" saylı hərbi hissədə xidmət çəkən Əsgər, öz arzusu ilə xidmətini Xüsusi Təyinatlı Qüvvələr'de (XTQ) davam etdirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsgər İsmayılzadə Kəlbəcər, Füzulinin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Şəhidimiz Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilib.. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əsgər Əhmədov
Əsgər Əhmədov (professor) — Rusiya alimi. Əsgər Əhmədov (baş çavuş) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi.
Əsgər Əliyev
Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ləj kənd qəbiristanlığında dəfn edilmişdir. Lənkəran rayonunda adına Dostluq parkı var.
Əsgər Ələkbərov
Əsgər Ələkbər oğlu Ələkbərov (16 iyul 1954, Rəncbər, Zəngibasar rayonu) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1995–2014), polis general-leytenantı. == Həyatı == Əsgər Ələkbərov 1954-cü ildə Ermənistan SSR-in Masis rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1988-ci ildə SSRİ DİN-in Milis Akademiyasını bitirmişdir. 1988–1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmiş, nazir vəzifəsini icra etmişdir. 1993–1994-cü illərdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qərargah rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994–2002-ci illərdə Daxili İşlər Nazirinin müavini — Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Prezidentin 31 dekabr 1995-ci il tarixli 3178 №li Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 646 №li Fərmanı ilə isə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, habelə kadr hazırlığı sahəsində, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 №li Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2014-cü il tarixli №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsindən azad edilmişdir. Ailəlidir.
Əsgər Əsgərov
Əsgər Əsgərov (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü
Əsgər Əyyubov
Əsgər Əyyubov Cabbar oğlu (1926, Nuxa – 2000, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı. == Həyatı == Ə.C.Əyyubov Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə BDU-nu bitirib, SSRİ EA Coğrafiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1954-cü ildə həmin isntitutda iqlimşünaslıq ixtisası üzrə "Azərbaycanın kurortları və istirahət yerlərinin iqliminin müqayisəli təhlili" mövzusunda namizədlik, 1971-ci ildə isə "Azərbaycanın iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması" mövzusunda doktorluq dissertasiyasını (Bakı şəhəri) müdafiə etmişdir.Əsgər Əyyubov istedadlı və işgüzar iqlimşünas alim olmaqla yanaşı həm də, aqroiqlim və kurort iqlimi elmi istiqamətlərinin, bitki və insan biometeorologiyası üzrə elmi məktəbin banisi və inkişaf etdiricisidir. Həmmüəlliflərlə birlikdə "Azərbaycanın iqlimi" monoqrafiyasına görə Respublika Dövlət mükafatına, "Azərbaycan SSR iqliminin bonitirofkası" əsərinə görə SSRİ EA Coğrafiya cəmiyyətinin F.P.Litke adına qızıl medalına, "Azərbaycanın aqroiqlim rayonlaşdırılması" divar xəritəsinə görə SSRİ XTNS-nın bürünc medalına, "Azərbaycan Respublikasının aqroiqlim atlası"na görə Respublika "Təhsil" cəmiyyətinin birinci mükafatına layiq görülmüşdür. == Elmi fəaliyyəti == Ə.C.Əyyubov 1955-ci ildə coğrafiya elmləri namizədi kimi Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, sonralar baş elmi işçi olmuş. 1973-cü ildən 2000-ci ilədək "Təbiəti mühafizə", "Meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı", "İqlimşünaslıq" şöbələrinin müdiri vəzifələrində işləmişdir. 1970–1990-cı illərdə YUNESKO-nun "İnsan və biosfer" (MAB) proqramı üzrə işçi qrupunun və ABƏŞ-də işçi qrrupunun rəhbəri idi. Respublika radiosunda 20 il müddətində "Təbiət" jurnalının aparıcısı olmuş, Bakı ali məktəblərində pedaqoji fəaliyyət göstərmiş, bir neçə elmi-texniki və müdafiə şuralarının üzvü, respublika prezidenti yanında Ali Attestasiya komissiyasının eksperti, bir çox monoqrafik əsərlərin redaktoru, EA "Xəbərlər" jurnalının (Yer Elmləri bölməsi üzrə) baş redaktorunun müavini olmuşdur == Elmi əsərləri == 200-dən artıq elmi əsər və 7 monoqrafiya çap etdirmişdir. Onlardan "Azərbaycanın iqlimi haqqında oçerklər" (1962), "İstisu kurortu" (Həmmüəlliflə) (1965), "İqlim və hava (1967)", "Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması (1968)", "Azərbaycan SSR iqliminin bonitirovkası (1975)", "Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi" (1987), "Azərbaycanın iqlimi" (həmmüəlliflərlə), "Azərbaycan SSR-in iqlim ehtiyatları" (1984) və s.
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. == Bioqrafiya == Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub. 1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib. Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. == Karyerası == Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.
Ramiz Əskər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978). Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür.
Əsgər Abbasov
Abbasov Əsgər Məmmədismayıl oğlu (28 aprel 1916 – 9 fevral 1970) — teatr rəssamı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1964). == Həyatı == Əsgər Abbasov 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1933-cü ildən Azərbaqycan Milli Dram Teatrında dekorçu rəssam kimi çalışmağa başlamışdır. 1933-1936-cı illərdə Bakı Rəssaqmlıq Məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində əmək fəaliyyətinə də ara verməmişdir. 1945-1949 və 1956-1969-cu illərdə Azərbaycan Musiqili Komediya Teatrında baş rəssam işləmişdir. == Yaradacılığı == Əsgər Abbasov Azərbaycan Milli Dram Teatrında işlədiyi dövrdə Mir Cəlalın "Mirzə Xəyal", Mixail Lermontovun "İki qardaş", K.Simonovun "Bizim şəhərli oğlan", Kondrat Krapivanın "Son gülən", S.Rəhmanın "Toy" pyeslərinin tamaşalarının quruluşçu rejissoru olmuşdur. Habelə, Səməd Vurğunun "Fərhad və Şirin" pyesində və Sabit Rəhmanın "Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifi olmuşdur. Əsgər Abbasovun yaradıcılığının parlaq dövrü Musiqili Komediya Teatrına təsadüf edir. O, S.Ələsgərovun "Ulduz" (1957), Ü.Hacıbəyovun "Arşın mal alan" (1959) və "O olmasın, bu olsun" (1964), "Məşədi İbad", Z.Hacıbəyovun "Aşıq Qərib", S.Rüstəmov "Durna" (1965), Ş.Qurbanov və S.Ələsgərovun "Özümüz bilərik", M.Əlizadə və F.Əmirovun "Gözün aydın", İmre Kalmanın "Silva" (1960) və "Bayadera" tamaşalarının quruluşçu rəssamı olmuşdur.
Əsgər Abdullayev
Əsgər Abdullayev (futbolçu)
Əsgər Akayev
Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çüy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005).
Əsgər Cəlilov
Əsgər Xəlil oğlu Cəlilov — Azərbaycanlı şəhid. == Həyatı == Cəlilov Əsgər Xəlil oğlu 1936-cı ildə Gədəbəy rayonunun Mutudərə kəndində kolxozçu ailəsində anadan olmuşdur. Uşaqlıq illərini yoxsulluq içərisində keçirmişdir. Yaşının yetkinlik çağlarında kolxozda fəhləlik etmişdir. 1981-ci ildən Gədəbəy rayon rabitə qovşağının İsalı poçt şöbəsində poçtalyon işləmişdir. İşlədiyi müddətdə əhalinin dərin hörmətini qazanmışdır. == Hərbi xidməti == 1990-cı il 20 yanvar hadisələrindən on gün sonra xidməti vəzifəsini yerinə yetirərkən erməni quldurları tərəfindən faciəli surətdə 5 nəfər rabitə işçisi ilə birlikdə qətlə yetirilmişdir. == İrsi == Gədəbəy rayon qəbiristanlığında dəfn olunub. == İstinadlar == http://www.gedebey-ih.gov.az/page/77.html.