Ramiz Əskər

Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu22 may 2024, Bakı) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 1980-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Ramiz Əskər
Doğum tarixi 10 yanvar 1954(1954-01-10)
Doğum yeri
Vəfat tarixi 22 may 2024(2024-05-22) (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Solmaz Əskər
Uşaqları Leyla Əskər, Ayla Əskər, Atilla Əskər
Atası Baxşəli
Təhsili
  • Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsi[d]
Fəaliyyəti tərcüməçi, publisist, ədəbiyyatşünas
İlk əsəri iqlimdən iqlimə, təqvimdən təqvimə
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010
2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2024 "Şöhrət" ordeni"Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019

Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. 1978-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1978–1983-cü illərdə Azərbaycan Radiosunda redaktor, 1983–1984-cü illərdə "Azərbaycan bu gün" jurnalının baş redaktoru, 1984–1991-ci illərdə "Odlar yurdu" qəzetinin baş redaktoru, 1991–1993-cü illərdə "Hürriyet" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, 1993–1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi, 1994–1996-cı illərdə "XXI əsr" qəzetinin baş redaktoru, 1993–1997-ci illərdə "Yeni Forum" jurnalının Bakı təmsilçisi olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, 2003-cü ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri, 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru olmuşdur.

Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).

Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev tərəfindən Şöhrət ordeni verilmişdir.[1]

15 yanvar 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Evlidir, üç övladı var.

Türkcə, rusca, almanca və ermənicə bilir.

Ramiz Əskər 22 may 2024-cü ildə ürək xəstəliyindən dünyasını dəyişib.[2]

  1. İqlimdən-iqlimə, təqvimdən-təqvimə. Bakı, İşıq, 1987,104 s.
  2. Qutadğu bilig. Bakı, Elm, 2003, 320 s.
  3. M. K. Atatürk TBMM’in banisidir. Bakı, Milli Məclisin mətbəəsi, 2003, 26 s.
  4. Mahmud Kaşğari və onun "Divanü lüğat-it-türk" əsəri. Bakı, MBM, 2008, 432 s.
  5. Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici. Bakı, MBM, 2008, 96 s.
  6. Mahmud Kaşğarinin "Divanü lüğati-it-türk əsəri üzrə biblioqrafik və qrammatik göstərici. Bakı, MBM, 2008, 192 s.
  7. Mahmud Kaşğari və onun "Divanü lüğat-it-türk" əsəri. Bakı, MBM, 2009, 532 s.
  8. Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinin tədrisi. Bakı, MBM, 2010, 112 s.
  9. Tük xalqları ədəbiyyatı oçerkləri. Bakı, MBM, 2011, 320 s.
  10. Orxon abidələri. Bakı, Elm və təhsil, 2012, 272 s.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Masalları. Bakı, Yazıçı, 1982, 196 s.
  2. M. B. Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1991, 248 s.
  3. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992, 432 səhifə. ISBN 5560005118
  4. Yusif Balasağunlu. Qutadğu bilig. Bakı, Azərnəşr, 1994, 492 s.
  5. Murad Tağı. Həyatım. Bakı, Oka Ofset, 1998, 92 s.
  6. Erik Fichtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, AJB, 2002, 192 s.
  7. Bahəddin Ögəl. Türk mifologiyası. Bakı, Səda, 2004, I cild, 626 s.
  8. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, I cild, 512 s.
  9. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, II cild, 400 s.
  10. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, III cild, 400 s.
  11. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, IV cild, 752 s.
  12. N. Ozerov. İlham Əliyev: Mən Azərbaycanıma inanıram. Bakı, Azərnəşr, 2007, 376 s.
  13. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, I том, 512 с.
  14. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, II том, 400 с.
  15. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, III том, 492 с.
  16. Oraz Yağmur. Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s.
  17. XX əsr özbək şeiri antologiyası. Bakı, MBM, 2009, 96 s.
  18. Molla Nəfəs. Bu məqana gəlmişəm. Bakı, MBM, 2010, 160 s.
  19. Molla Nəfəs. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 240 s.
  20. Todur Zanet. Ana dilim. Bakı, MBM, 2010, 104 s.
  21. Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 448 s.
  22. Türk ədəbiyyatı tarixi. Bakı, MBM, 2010, I cild, 602 s.
  23. Türk ədəbiyyatı tarixi. Bakı, MBM, 2010, II cild, 658 s.
  24. Nurməhəmməd Əndəlib. Şeirlər. Poemalar. Dastanlar. Bakı, MBM, 2011, 292 s.
  25. Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 328 s.
  26. Sultan Hüseyn Bayqara. Divan. Bakı, MBM, 2011, 248 s.
  27. Abdulla Tukay. Millətim. Bakı, MBM, 2011, 268 s.
  28. Abdulla Tukay. Seçilmiş əsərləri. Bakı, Nağıl evi, 2011, 268 s.
  29. Mehri Xatun. Divan. Bakı, MBM, 2011, 368 s.
  30. Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı, BXQR, 2011, 432+32 s.
  31. Qurbanqulu Berdimühəmmədov. Axaltəkə atı – iftixarımız və şöhrətimiz. Bakı, CBS, 2011, 232 s.
  32. Türkmən şeiri antologiyası. Bakı, MBM, 2011, 400 s.
  33. Abdulla Şahbəndə. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 104 s.
  34. Türkmən müəmmaları, deyişmələri və vücudnamələri. Bakı, MBM, 2011, 128 s.
  35. Monqolların gizli tarixi. Bakı, MBM, 2011, 360 s.
  36. Əli Ağbaş. Seçilmiş şeirləri. Bakı, Elm və təhsil, 2011, 150 s.
  37. Bəkir Çobanzadə. Seçilmiş şeirləri. Bakı, Nurlan, 2011, 160 s.
  38. Bəkir Çobanzadə. Seçilmiş bədii əsərləri. Bakı, BXQR, 2012, 240 s.
  39. Dövlətməmməd Azadi. Seçilmiş əsərləri. Bakı, BXQR, 2012, 264 s.
  40. Faruq Sümər. Oğuzlar (Türkmənlər). Bakı, BXQR, 2013, 456 s.
  41. Qleb Qolubev. Uluğbəy (çap prosesindədir).
  1. İlham Əliyev. "R.B.Əskərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2014-01-13. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  2. "Ramiz Əskər vəfat etdi". Qafqazinfo (az.). 2024-05-22. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]