Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avinyon əsarəti
Avinyon əsarəti — papalığın tarixində papaların Romada deyil, Fransanın cənubunda yerləşən Avinyon şəhərində 1309–1377-ci illərdə məcburi yaşadıqları dövr. Fransa kralı IV Filiplə dini və mülki hakimiyyətlərin səlahiyyətləri haqqında mübahisədə papalar məğlub edildikdən sonra kralın tələbi ilə katolik kilsəsinin başçısı V Klement papanın iqamətgahını 1309-cu ildə Avinyon şəhərinə köçürmüşdü. Avinyon əsarəti dövründə papalar fransızların əllərində oyuncaq olub təsirlik baxımından dərin böhrana uğramışdır. Papaların özləri və saray əyanlarının əxlaqi pozğunluqlarına qiymət verən, o zamanlar Avinyonda yaşayan italyan humanisti, şair və alim Françesko Petrarka yazırdı ki, bu şəhər "dünyada mövcud olan bütün şərlərin yuvasına çevrilib", xəyanət yuvasına dönübdür. Papaların və onların əyanlarının Romaya qayıtdıqdan sonra Avinyon əsarətinin bilavasitə təsiri özünü katolik kilsəsinin "böyük parçalanmasında" göstərdi, çünki bu dövrdə kardinalların bir qismi (xüsusən ingilis, alman və italyanlar) papanın birini Romada, digərləri isə (fransız, ispan və şotlandlar) başqasını Avinyonda seçirdilər. Babilistanda qədim yəhudilərin əsarətini nəzərdə tutub Avinyon əsarətini bəzən Babil əsarəti də adlandırırlar.
Qəşəm İsabəyli
İsabəyli Qəşəm İsa oğlu — şair, nasir, 1986-cı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1983). == Həyatı == Qəşəm İsabəyli 1948-ci il avqustun 14-də Azərbaycanın Kürdəmir rayonundakı Xəlsə kəndinda ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Xəlsə kəndində, onbirillik məktəbi qonşu Axtaçı kəndində bitirmişdir (1966). Üç aya yaxın Bakıda metro tikintisində, sonralar isə Xəlsədə işləmişdir. ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirmişdir (1967-1972). Kürdəmir rayonunun Axtaçı və Beyi kənd məktəblərində müəllim işləmişdir (1972-1975). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir olmuşdur (1975-1976). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər birliyində inzibatçi, sifariş filmləri redaktoru vəzifələrində çalışmışdır (1976-1982). "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində redaktor olmuşdur (1982-1984). "İşıq" nəşriyyatında sifariş ədəbiyyatı redaksiyasının müdiri (1984-1992) işləmişdir.
İsabəyli (Xudabəndə)
İsabəyli (fars. عيسي بيگلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Əbabəyli (Germi)
Əbabəyli (fars. عبابيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 322 nəfər yaşayır (68 ailə).
Əlaqəli hüquqlar
Əlaqəli hüquqlar – Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılmasında iştirak edən vasitəçilərin müəlliflik hüququ ilə təmasda olan hüquqları. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli model
Əlaqəli model (ing. Relational model) — verilənlərin əlaqələr əsasında təşkil olunduğu model; çağdaş verilənlər bazalarının idarəolunması sistemlərinin əksəriyyətində bu model gerçəkləşdirilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli siyahı
Əlaqəli siyahı (en. linked list) – proqramlaşdırmada: verilənlər strukturunun göstəricilərlə (POINTER) bir-birinə bağlanmış bəndlərinin və ya elementlərinin siyahısı. Sadə bağlantılı siyahının hər bir bəndində bir göstərici var ki, həmin göstərici siyahının növbəti bəndinə göndərir (müraciət etdirir); ikiqat bağlantılı siyahının (DOUBLE-LINKED LIST) hər bir bəndində iki göstərici var ki, onlardan bir növbəti, o biri isə əvvəlki bəndə göndərir; dairəvi siyahıda birinci və axırıncı bəndlər əlaqəlidir. Massivlər kimi, bağlantılı siyahılardan da tez-tez siyahıların, steklərin və verilənlər növbələrinin yaradılmasında istifadə olunur. Bağlantılı siyahılar daha əlverişlidir, çünki onlarda bəndlər dinamik paylanır və bütün bəndlərin eyni tipdən olması tələb olunmur; massivlər isə, öz növbəsində, verilmiş bəndə birbaşa erişməyə imkan verir. == Həmçinin bax == Dövrün tapılması == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlavəli avtobus
Əlavəli avtobus və ya Dəstəkli avtobus, birləşdirici vasitə ilə bir-birinə bağlanılmış iki hissədən ibarət olan və şəhər daxili nəqliyyatda istifadə olunan, adi avtobuslarla müqayisədə sərnişin tutumu artırılmış bir avtobus növüdür. Bəzi metrobuslarda olduğu kimi uzunluğu 11 metrdən 25 metrə qədər ola bilər. Tək əlavəli, cüt əlavəli, iki mərtəbəli əlavəli kimi növləri mövcuddur. Avtobusun manevrini asanlaşdırmaq üçün ən arxa təkərin dönməsinə imkan verən 4WS sisteminə bənzər bir sistem istifadə olunur.
Əlaqəli damarlar
Əlaqəli damarlar — eyni venoz sistemin 2 fərqli nöqtəsi ilə əlaqə quran venalar. Səthi venoz sistemi dərin venoz sistemlə birləşdirən digər venalara perforator venalar deyilir. Onlar böyük dəri altı venasını kiçik dəri altı vena ilə əlaqələndirə bilərlər (məsələn, Giakomini venası). == Giakomini venası == Giakomini venası — böyük dərialtı vena (BDV) və kiçik dərialtı vena (KDV) arasında birləşdirici damardır. Giakomini venası ya gövdənin proyeksiyası kimi, ya da kiçik dərialtı venanın qolu kimi budun arxası boyunca uzanır. Giakomini venasının çatışmazlığı təcrid olunmuş şəkildə özünü göstərə bilər, lakin daha çox böyük dərialtı vena çatışmazlığı ilə birlikdə müşahidə olunur. Bunun ya endovenöz lazer ablasiyası, ya da ultrasəslə idarə olunan skleroterapiya ilə effektiv şəkildə müalicə olunduğu bildirilir.
Typhlodromips sabali
Typhlodromips sabali (lat. Typhlodromips sabali) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromips sabali Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Əsabil Qasımov
Əsabil Qarakişi oğlu Qasımov (8 noyabr 1955, Qaralar, İmişli rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin 79 saylı İmişli seçki dairəsindən seçilmiş IV çağırış deputatı. Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Əsabil Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışmışdır. 1995-ci ildən "Karat" holdinqinin direktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Çexiya, Gürcüstan, İtaliya, Qətər, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Bankın əlaqəli şəxsləri
Şahəli
Şahəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadədir. Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vahaqni qoyulmuşdur.
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. == Funksiyası == PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır. 2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir. O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. === Diş çıxarmada === Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.
Senecio isabelis
Senecio isabelis (lat. Senecio isabelis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Əşareyi-Mübəşşirədəndir
Əşareyi-Mübəşşirə (ərəb. العشرة المبشرون بالجنة‎) — İslam termini olub, Məhəmməd peyğəmbər tərəfindən sağlığında Cənnət-lə müjdələnmiş (Cənnətə girəcəkləri Allah tərəfindən vəd edilmiş) on nəfər üçün istifadə edilən ifadə. == Ortaq xüsusiyyətləri == Hamısının ilk müsəlmanlardan olmaları İslamı və İslam Peyğəmbərini axıra qədər qoruyacaqlarına Hudeybiyyə günündə söz vermiş olmaları == Əşareyi-Mübəşşirə == Əbu Bəkr Ömər ibn Xəttab Osman ibn Əffan Əli ibn Əbu Talib Təlhə ibn Ubeydullah Zübeyr ibn Əvvam Əbdurrəhman ibn Ovf Səd ibn Əbu Vəqqas Səid ibn Zeyd Əbu Übeydə ibn Cərrah == İstinadlar == == Mənbə == Əhməd ibn Hənbəl, 1-ci cild, səh.
Əşareyi-Mübəşşirə
Əşareyi-Mübəşşirə (ərəb. العشرة المبشرون بالجنة‎) — İslam termini olub, Məhəmməd peyğəmbər tərəfindən sağlığında Cənnət-lə müjdələnmiş (Cənnətə girəcəkləri Allah tərəfindən vəd edilmiş) on nəfər üçün istifadə edilən ifadə. == Ortaq xüsusiyyətləri == Hamısının ilk müsəlmanlardan olmaları İslamı və İslam Peyğəmbərini axıra qədər qoruyacaqlarına Hudeybiyyə günündə söz vermiş olmaları == Əşareyi-Mübəşşirə == Əbu Bəkr Ömər ibn Xəttab Osman ibn Əffan Əli ibn Əbu Talib Təlhə ibn Ubeydullah Zübeyr ibn Əvvam Əbdurrəhman ibn Ovf Səd ibn Əbu Vəqqas Səid ibn Zeyd Əbu Übeydə ibn Cərrah == İstinadlar == == Mənbə == Əhməd ibn Hənbəl, 1-ci cild, səh.
Saveli Kramarov
== Həyatı ==
İsabel Paqan
İsabel Paqan (d. 24 iyul 1986) — İspaniyanı təmsil edən bədii gimnast. İsabel Paqan, İspaniyanı 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarında və 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == İsabel Paqan, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Barbara Qonzalez, Karolina Rodrigez, Marta Linares və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. İsabel Paqan növbəti dəfə, Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Şahəli Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. == Həyatı == Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. == Elmi fəaliyyəti == Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır. Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
Şahəli Şıxıyev
Şahəli Əflatun oğlu Şıxıyev (1 may 1999; İmişli rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahəli Şıxıyev 1999-cu il mayın 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahəli Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahəli Şıxıyev oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şahəli şəlaləsi
Şahəli (Şəli və ya Səli) — Azərbaycan Respublikasın Qax rayonunun İlisu kəndi ərazisində kaskad tipli şəlalə. == Ümumi məlumat == Şahəli və ya Şəli kaskad şəlaləsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Parsadan silsiləsində yerləşir. Şəlalə Qax rayonunun İlisu kəndindən 2 km şimalda, Kürmükçayının sağ sahilində, Ərtürgən dağının ətəyindədir. Şəlalə kaskad tipli olub əsas iki hissədən ibarətdir. Birinci şəlalənin hündürlüyü 10-15 metr, ikincinin hündürlüyü isə təxminən 50-60 metrdir. Şəlalənin suyu il boyu bolsuludur. Birinci şəlaləni ziyarət etmək çox asan olsa da, ikinci şəlaləni görmək üçün yetərincə çətin yolla dağa qalxmaq lazımdır. Şəlaləyə gedən yol İlisu kəndinin mərkəzindən Sarıbaş kəndi istiqamətindədir. Yol Kürmükçayının yatağı ilə, sol sahil boyu uzanır.1 km-lik məsafədən sonra yol çayın sağ sahilinə keçir. Şəlaləyə gedən yolda, həm sağ, həm də sol sahildə mineral bulaq mövcuddur.
Şahəlı Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. == Həyatı == Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. == Elmi fəaliyyəti == Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır. Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
İsabel Peron
İsabel Martines de Peron (isp. isaˈβel maɾˈtinez de peˈɾon), İsabel Martinez de Peron və ya İsabel Peron; (4 fevral 1931[…]) — 1974-1976-cı illərdə Argentinanın prezidenti. Xuan Peronun həyat yoldaşı (1961-1974). Ərinin 1973-1974-cü illərdəki prezidentliyi dövründə İsabel həm vitse-prezident kimi çalışmış, həm də ölkənin birinci xanımı olmuşdur. Xuan Peronun 1974-cü ildə vəfat etməsindən sonra, 1 iyul 1974-cü ildən 24 mart 1976-cı ilədək Argentinanın prezidenti olmuşdur. Kraliça və ya baş nazirdən fərqli olaraq, tarixdə "prezident" tituluna sahib olan ilk qadındır. 1981-ci ildə İspaniyaya sürgün edilmişdir. 1976-cı ilin fevralında itkin düşmüş şəxsin Argentina silahlı qüvvələrinin "təxribatçılara" qarşı əməliyyat keçirməsinə icazə verən fərmanları imzalaması səbəbi ilə 2007-ci ildə Argentina məhkəməsinin hökmü ilə həbs edilməsinə qərar verildi. O, 12 yanvar 2007-ci ildə İspaniyadakı evinin yaxınlığında həbs edildi. Bundan sonra İspaniya məhkəmələri onun Argentinaya verilməsini rədd etdi.
İllik hesablı səviyyə