Şahəli (Şəli və ya Səli) — Azərbaycan Respublikasın Qax rayonunun İlisu kəndi ərazisində kaskad tipli şəlalə.
Şahəli | |
---|---|
Şəli | |
| |
Ümumi məlumatlar | |
Hündürlüyü | 50-60 m |
Çay | Kürmükçay |
Yerləşməsi | |
41°29′08″ şm. e. 47°03′39″ ş. u. | |
Ölkə | Azərbaycan |
|
Şahəli və ya Şəli kaskad şəlaləsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Parsadan silsiləsində yerləşir. Şəlalə Qax rayonunun İlisu kəndindən 2 km şimalda, Kürmükçayının sağ sahilində, Ərtürgən dağının ətəyindədir. Şəlalə kaskad tipli olub əsas iki hissədən ibarətdir. Birinci şəlalənin hündürlüyü 10-15 metr, ikincinin hündürlüyü isə təxminən 50-60 metrdir. Şəlalənin suyu il boyu bolsuludur. Birinci şəlaləni ziyarət etmək çox asan olsa da, ikinci şəlaləni görmək üçün yetərincə çətin yolla dağa qalxmaq lazımdır.
Şəlaləyə gedən yol İlisu kəndinin mərkəzindən Sarıbaş kəndi istiqamətindədir. Yol Kürmükçayının yatağı ilə, sol sahil boyu uzanır.1 km-lik məsafədən sonra yol çayın sağ sahilinə keçir. Şəlaləyə gedən yolda, həm sağ, həm də sol sahildə mineral bulaq mövcuddur.
Şəlalənin yaxınlığında qədim Şahəli körpüsünü qalıqları yerləşir. Körpü İlisu sultanlığı zamanı inşa edilmiş və Ərtürgən dağının ətiyindən keçən qədim yolun üzərində yerləşir. Sarıbaş və Dağıstana gedən yol məhs buradan keçirdi.