Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim.
Həsənov Şahəli | |
---|---|
Həsənov Şahəli Gülmalı oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Gəgəli, Şamaxı qəzası, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Gülmalı Həsənov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | geologiya-coğrafiya |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | professor |
Fəaliyyət illəri | 1951-ci ildən |
Elmi dərəcəsi | |
Elmi adı |
Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir.
Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş,
Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.[1]
Prof. Həsənovun 220-dən artıq elmi əsəri, o cümlədən "Ağstafaçay hövzəsinin torpaqları və onlardan kənd təsərüfatında istifadə"(1958), "Azərbaycan SRİ-in üzümçülüyə yararlı torpaqları"(1961) "Kənd təsərrüfatı bitkilərinə yararlı torpaqların seçilməsi" (1968), "Arazboyu zonanın torpaqları və onlardan səmərəli istifədə" (1969), "Azərbaycam torpaq coğrafiyasının xüsusiyyətləri" (Berlin), "Azərbaycan şəraitində torpaqların morfogenetik xüsusiyyətlərinin dəyişməsində antropogen amilərin rolu" (1992) və s.monoqrafiyaları çap edilmişdir.[2]