Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ARMSK
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. == Əsas vəzifəsi == MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. == Yaradılma qaydası == MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. == Fəaliyyət və səlahiyyətləri == Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Amrak xaqan
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Arman Qiyomen
Jan-Batist Arman Qiyomen (fr. Jean-Baptiste Armand Guillaumin; 16 fevral 1841, Paris, Fransa — 26 iyun 1927, Orli, Val-de-Marn, Fransa) — fransız rəssam, daha çox kimi Arman Qiyomen tanınır . == Bioqrafiya == Arman Qiyomen 1841-ci il fevralın 16-da Parisdə anadan olmuşdur. Eyni ilin sonunda Arman ailəsi Parisdən ayrılaraq Mulin şəhərinə köçmüşdür. 1856-cı ildə 16 yaşında Arman Parisə qayıdaraq heykəltaraş Keilu tərəfindən öyrədilən bələdiyyə məktəbində incəsənət siniflərinə təhsilinə başlamışdır. 1860-cı ildə Qiyomen Paris-Orlean dəmiryolu şirkətində işə başladı. Amma Arman sənət siniflərini unutmadı və tezliklə Parisdə İsveçrə Akademiyasında iştirak etdi, burada Fransisko Olyer, Kamil Pissarro və Pol Sezann ilə tanış oldu. 1863-cü ildə Qiyomen, Eduard Mane, Kamil Pissarro və Pol Sezann ilə birgə, əsərlərini Armandın əsərləri altında qeyd edilməməsinə baxmayaraq, məşhur «Rədd edilənlər salonu» sərgisində nümayiş etdirdi. 1891-ci ildə şəhər lotereyasında 100 min frank qazandı və bu gözlənilməz zənginlik, nəhayət, Parisdəki inzibati işlərini açma və yeni, daha fərqli motiflər və növləri axtarmaq üçün səyahət etməyə başladı. Əvvəlcə sənətçi "Saint-Palais, Girondun ağzı" (1892), "Saint-Palais dağları" (1893) yazdığı Saint-Palaisdə olub.
Armik Karamyan
Armik Aleksandroviç Karamyan (erm. Արմիկ Ալեքսանդրի Քարամյան; 3 avqust 1918, Kerki – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri (1971–1972). == Həyatı == Armik Aleksandroviç Karamyan 1918-ci ildə Buxara əmirliyinin (hazırda Türkmənistan) Kerki şəhərində kəndli ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsinə daxil olmuş, 1934-cü ildən Lenin komsomolu fəalı olmuşdur. Böyük Vətən müharibəsinin başlanğıcında Sovet Ordusu sıralarınanda hərbi xidmətə çağırılmış və 1943-cü ildə hərbi topçular məktəbini bitirərək 1945-ci ilədək müharibə cəbhələrində vuruşmuşdur. Müharibədən sonra Armik Karamyan Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda diplomunu müdafiə etmişdir. 1946–1950-ci illərdə "Orconikidzeneft" idarəsinin mədənlərində baş geoloq vəzifəsində çalışmış, eyni zamanda buradakı ilk partiya təşkilatının katibi olmuşdur. 1950-ci ildə partiya işlərində irəli çəkilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, sonralar isə neft sənayesi şöbəsi rəisinin müavini vəzifələrində işləmişdir. 1952–1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsinin ağır sənaye şöbəsinin müdiri olmuş, 1953-cü ildə Azərbaycan KP Bakı Komitəsinin neft sənayesi şöbəsinin rəisi, 1954-cü ildə isə bu komitənin katibi seçilmişdir. Armik Karamyan 1963–1971-ci illərdə Bakı Şəhər Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini olmuşdur.
Arşak Atayan
Arşak Gevorqi Atayan (erm. Արշակ Աթայան; 20 iyun 1877, Böyük Tağlar, Şuşa qəzası – 19 avqust 1938) — Ermənistan-sovet şairi, nasiri, dramaturqu, tərcüməçisi və ictimai xadimi. 1935-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Arşak Gevorqi Atayan 20 iyun 1877-ci ildə Rusiya imperiyasının Böyük Tağlar kəndində (indiki Azərbaycanda) anadan olmuşdur. O, Üçkilsə, Tiflis və Şuşada təhsil almışdır. Atayan 1898–1902-ci illərdə çar ordusunda xidmət etmişdir. O, 1903–1904-cü illərdə Tiflisdə çıxan "Molot" jurnalının redaksiyasında korrektor işləmişdir. Atayan Salmas yaxınlığındakı erməni kəndləri haqqında məlumatları qələmə almış, xalq mahnılarını və folklorunu toplamışdır. O, 1907–1911-ci illərdə Qacar ​​dövlətinin bir hissəsi olan İsfahan şəhərinin Yeni Culfa məhəlləsində dərs demiş, Rusiya–İran Bankının İsfahan şöbəsinə rəhbərlik etmişdir. Atayan 1922-ci ildən Ermənistan SSR-də yaşamağa başlamışdır.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır. 1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Euphorbia ammak
Euphorbia ammak (lat. Euphorbia ammak) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Irmak iyesi
Çağan Irmak
Çağan İrmak (4 aprel 1970, Səfərihisar, İzmir ili) - türk rejissor və ssenarist. == Həyatı == 4 aprel 1970-ci ildə İzmirdə anadan olub.
Artak Qulyan
Artak Qulyan (erm. Արտակ Ղուլյան; 28 dekabr 1958, Gülüstan, Şaumyan rayonu) — Ermənistan memarı və dizayneri, memarlıq elmləri doktoru, dosent, Beynəlxalq Memarlıq Akademiyasının professoru. 2013-cü ilin sentyabrında "Ermənistan Respublikasının əməkdar memarı" adını almışdır. O, 2013-cü ilin dekabrında Müqəddəs Üçkilsə Ana Taxtında Vatçe və Tamar Manukyan adına Əlyazmalar Kitabxanası binasının layihəsinə görə Ermənistan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Qulyan bir çox mülki binaların və abidələrin müəllifidir, lakin onun şöhrəti əsasən yeni erməni kilsələrinin təkamül dizaynlarına əsaslanır. == Həyatı == Artak Qulyan 1958-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Şaumyan rayonunun (indiki Goranboy rayonunun bir hissəsi) Gülüstan kəndində erməni ailəsində anadan olmuşdur. Valideynləri kənd məktəbində müəllim olmuşdular. 1976-cı ildə doğulduğu kənddə orta təhsilini fəxri fərmanla başa vuran Qulyan İrəvana köçmüşdür. O, burada Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində təhsil almışdır. 1981-ci ildə universitetdən məzun olmuşdur.
Arşak Çobanyan
Arşak Çobanyan (erm. Արշակ Չոպանեան, 15 iyul 1872, Beşiktaş, Konstantinopol, Osmanlı imperiyası – 8 iyun 1954, ‎IV arondisman (Paris)) — erməni povest yazıçısı, jurnalist, redaktor, şair, tərcüməçi, ədəbiyyatşünas, dramaturq, filoloq və romançı. == Həyatı == Atası qızıl ustası idi. 1898-ci ildə "Anahit" jurnalını təsis etmişdir. Onun Fransanın ədəbiyyat və ziyalıları ilə əlaqələri "Mercure de France" kimi fransızdilli qəzetlərində sərbəst şəkildə Erməni soyqırımı haqqında yazmağa imkan vermişdir. O, erməniləri Osmanlı hökumətinin zülmündən xilas etmək üçün qərbin dəstəyinin güclü tərəfdarına çevrilmişdir. "Ramqavar" partiyasına qoşulduqdan sonra Poqos Nübarla görüşmüş və 1919-cu ildə Paris Sülh Konfransı zamanı Ermənistan Milli Nümayəndəliyində iştirak etmişdir. == Ədəbi fəaliyyəti == Arşak Çobanyan fundamental erməni realist yazıçılarından sayılır, baxmayaraq ki, onun romantik üslubda da çoxlu əsərləri var. Bu yazıları oxuyanların bəziləri arasında Fransa yazıçısı Anatol Frans da var idi.
Amak adası
Amak adası (ing. Amak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Coğrafiya == Alyaska yarımadasının qərb qutaracağından şimalda yerləşir. Adada fəaliyyətdə olan Amak vulkanı vardır. Sahəsi 15,094 km². Makimal hündürlüyü 488 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Yaşayışı olmayan bir qayalıq adadır.
Ana de Armas
Ana Seliya de Armas Kaso (30 aprel 1988, Havana, Kuba) — Kuba və İspaniya aktrisası. Karyerasına Kubada başlamış və 2006-ci ildə romantik dram filmi "Una rosa de Francia"-da baş rolda oynamışdır. 18 yaşında olarkən İspaniyanın Madrid şəhərinə köçərək, 2007-ci ildən 2010-cu ilə qədər məşhur yeniyetmə drama serialı "El İnternado"-da altı mövsüm çəkilmişdir. O, Los-Ancelesə köçdükdən sonra, psixoloji triller "Knock Knock" (2015) və komediya-cinayət filmi "War Dogs" (2016) filmində ingiliscə danışan rollar oynamışdır. 2016-cı ildə "Hands of Stone" filmində köməkçi rolda çıxış etmişdir. O, 2017-ci ildə ekranlara çıxan "Ülgüc üzərində qaçan 2049" elmi fantastika filmində holoqrafik süni intellekt proyeksiyası rolu ilə məşhurlaşdı. Ana de Armas 2019-cu ildə "Bıçaqlar çəkildi" adlı müəmma filmində ifa etdiyi performansa görə "Komediya və ya Musiqili Ən Yaxşı Aktrisa" nominasiyasında "Qızıl Qlobus" mükafatına namizəd oldu və "Ən Yaxşı İkinci Plan Aktrisa" kateqoriyasında "Saturn" mükafatını qazandı. 2021-ci ildə nümayiş olunan Ceyms Bond filmi, "Ölməyə vaxt yoxdur"da Paloma rolunda çəkildi, 2022-ci ildə işıq üzü görən "Sarışın" filmində Merilin Monronu canlandırdı.
Arnak-syur-Durdu
Arnak-sür-Durdu (fr. Arnac-sur-Dourdou, oks. Arnac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12009. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 125 km şərqdə, Rodezdən isə 75 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 23 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 12 yaşdan yuxarı (15-64 yaş arasında) 8 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 50.0%).
Arnak-sür-Durdu
Arnak-sür-Durdu (fr. Arnac-sur-Dourdou, oks. Arnac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12009. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 125 km şərqdə, Rodezdən isə 75 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 23 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 12 yaşdan yuxarı (15-64 yaş arasında) 8 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 50.0%).
Ermak (Mortal Kombat)
Ermak (ing. Ermac) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Ermak haqqında ilk məlumatlar == Bir sıra jurnallarda Ermak personajının Mortal Kombat videooyunun birinci hissəsində gəldiyini dərc edirdilər. Əslində, Ermak personajı səhv nəticəsində yaranmışdır. "Skorpion" personajının qırmızı rəngə boyanan zaman oyunda belə bir ifadə çıxmışdır: "Error Mace". Məhz bu sözün sayəsində həmin personaj "Ermak" adını qazanmışdır. == Həyatı == Ermak personajı bir çox ruhların birləşməsindən yaranmışdır. Kano-nun qulu olmuşdur. Ondan yaxşı qatil çıxırdı. Bu halından normal hala dönməsini isə gözləri görməyən, yaxşı qılınc oynadan Kenşi təmin etmişdir.
II Arşak (opera)
II Arşak — erməni bəstəkarı Tiqran Çuxacyan tərəfindən 1868-ci ildə yazılmış və İstanbulda təqdim edilmiş ilk milli erməni operasıdır. II Arşak Şərq musiqi mədəniyyəti tarixində ilk operadır. Operanın librettosunun müəllifi Tovmas Terzyandır. == Yaradılması tarixi == İlk erməni milli operası olan II Arşak, bəstəkar Çuxacıyanın ən böyük əsəridir. Bəstəkar opera üzərində işi 1868-ci ildə İstanbulda tamamlamışdır. Əsərin iki dilli (italyan və erməni dili) librettosunun müəllifi şair və dramaturq Tovmas Terzyandır. Opera ilk dəfə 1871-ci ildə nəşr edilmişdir. Öz stilinə görə operanın librettosu lirik-dramatik janra aiddir. Terzyanın kitabında verilmiş italyan dilində operanın tamamlanması haqqında qeyd erməni milli operasının yaranması kimi qəbul edilir. Operanın ilk səhnələşdirilməsi 10 mart 1868-ci ildə (əsərin hissələri göstərilmişdi) "Naum" teatrında, italyan opera truppasının ifasında baş tutmuşdur.
Mahmud Sadi Irmak
Mahmud Sədi İrmaq (15 may 1904, Konya Seydişəhər - 10 noyabr 1990 İstanbul), Türkiyəli tibb həkimi və siyasətçi, millət vəkili. == Həyatı == Sədi İrmaq 1904-cü ildə Konya Seydişəhərdə anadan olub. Vəkil Səbri bəy və Səliha xanımın oğludur. İbtidai təhsilini, Rüşdiyyəni və Konya Sultanisi liseyini birinciliklə bitirərək biologiya müəllimi olub. Eyni ildə İstanbul Universitetinin İstanbul Tibb fakültəsinə daxil olub. 1923-cü ildə İstanbul Universitetində tələbə olduğu illərdə universitetin Dövlət Bursu proqramı ilə Avropaya tələbə göndəriləcəyi ilə bağlı elanı universitetin divarlarında görüb elana baş vurub və baş vuran 150 nəfər içindən seçilən 11 insandan biri olur. Bununla da Berlin Universitetində tibb və biologiya təhsili alaraq 1929-cu ildə çox yaxşı dərəcə ilə tibb doktoru olub. Hagen və Düsseldorf xəstəxanalarında köməkçi olaraq işləyib, öz ölkəsinə döndükdən sonra Ankara Hökumət Təbibliyi və Gazi Tərbiyə İnstitutunda biologiya müəllimi olaraq çalışıb. 1933-cü ildə İstanbul Tibb fakültəsində dosent elmi dərəcəsi alıb. 1940-cı ildə isə fiziologiya professoru olub.
II Arşak (İberiya çarı)
II Arşak və ya Arsuk (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33 və ən geci e.ə. 30 – ən tezi e.ə. 3 və ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberiya çarı. Farnavazianlar sülaləsinə mənsub olmuşdur. O, öz hakimiyyətini Romaya münasibətdə müstəqilliyinin təsdiqi və ölkənin daxili işlərinin həlli ilə əsaslandırmışdır. Buna baxmayaraq, onun tənəzzülünə səbəb olan məhz Roma imperiyası və onun erməni müttəfiqləri ilə pis münasibətləri olmuşdur. == Mənşəyi == Gələcək kral Arşak II Mirianın yeganə oğlu olmuşdur.
I Arşak (İberiya çarı)
I Artaksias yaxud Arşak — erməni əsilli İberiya çarı. Parnajoma üsyan edən əyanlar tərəfindən İberiya taxtına oturdulmuşdu. Hakimiyyət dövrü sakit keçmiş, Cavaxeti bölgəsindəki Tsunda qalasını möhkəmlətmişdi. Yerinə oğlu Artuş keçdi.
Arman Pyer Kossen de Perseval
Arman Pyer Kossen de Perseval (fr. Armand-Pierre Caussin de Perceval; 11 yanvar 1795 – 15 yanvar 1871, Paris) — fransız şərqşünası və ərəbşünası. == Həyatı == Arman Pyer Kossen de Perseval 13 yanvar 1795-ci ildə Parisdə doğulmuşdu. Şərqşünas olan atası Jan-Jak Antuan Kossen de Persevalın təsiri ilə Şərq dillərinə yaxın maraq duydu. 1817-ci ildə Türkiyəyə gəldi. Bir müddət sonra Livana getdi və orada üç il qaldı. Ərəb ölkələrindəki Fransız səfarət və konsulluqlarında tərcüman olaraq çalışdı. Dönüşündə Parisdəki "École des Langues Orientales Vivantesa" məktəbinə Ərəb dili müəllimi təyin edildi (1822). 1833-cü ildə "Collège də FrancEt" məktəbində Ərəb dili və ədəbiyatı profesoru vəzifəsinə yiyələndi. Arman Pyer Kossen de Perseval 15 yanvar 1871-ci ildə Paris şəhərində vəfat etdi.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
ARDSK
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. == Fəaliyyəti == statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Abzak
Abzak (Baymak)
Aksak
Aksak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında kənd adı. İrəvan xanlığı dövründə bir mahal bu kəndin adı ilə Seyidli-Axsaqlı (Ayrım elinin Seyidli qolunun adı) adlanırdı. XIX əsrin II yarısında bu mahal İrəvan quberniyasının İrəvan qəzasının tərkibində idi. Axsaqlının əsl adı Aksakludur. Kəndin adı isə Türkiyədə orta əsrlərdə Aksakqala nahiyəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində XIX əsrdə Anqar-Saq (Əngər-sak), Sarsaxlı (Sarı-Saklı), Seyid-Axsaqlı, Talış dağ silsiləsində Mirzə-Saq dağ adı və Pir-Sak toponimləri ilə sıra təşkil edir. Türk dillərində rəng bildirən ak və sak — "içməli su" sözlərindən ibarətdir.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.