Arşak Gevorqi Atayan (erm. Արշակ Աթայան; 20 iyun 1877[1][2], Böyük Tağlar, Şuşa qəzası[1][2] – 19 avqust 1938) — Ermənistan-sovet şairi, nasiri, dramaturqu, tərcüməçisi və ictimai xadimi. 1935-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.
Arşak Atayan | |
---|---|
Doğum tarixi | 20 iyun 1877[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 1938 (61 yaşında) |
Vətəndaşlığı | |
Uşaqları | |
Təhsili |
|
Fəaliyyəti | şair, aktyor, tərcüməçi, teatrşünas, ictimai xadim, nasir, yazıçı, müəllim |
Üzvlüyü |
|
Arşak Gevorqi Atayan 20 iyun 1877-ci ildə Rusiya imperiyasının Böyük Tağlar kəndində (indiki Azərbaycanda) anadan olmuşdur. O, Üçkilsə, Tiflis və Şuşada təhsil almışdır. Atayan 1898–1902-ci illərdə çar ordusunda xidmət etmişdir. O, 1903–1904-cü illərdə Tiflisdə çıxan "Molot" jurnalının redaksiyasında korrektor işləmişdir. Atayan Salmas yaxınlığındakı erməni kəndləri haqqında məlumatları qələmə almış, xalq mahnılarını və folklorunu toplamışdır. O, 1907–1911-ci illərdə Qacar dövlətinin bir hissəsi olan İsfahan şəhərinin Yeni Culfa məhəlləsində dərs demiş, Rusiya–İran Bankının İsfahan şöbəsinə rəhbərlik etmişdir. Atayan 1922-ci ildən Ermənistan SSR-də yaşamağa başlamışdır. O, İrəvanda, Gümrüdə, Xankəndində dərs demişdir. Atayan "Sovet Ermənistanı" qəzetində məsul katib işləmişdir. O, 1935-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Atayan 1938-ci ildə repressiyaya məruz qalmış və güllələnmişdir. O, 1955-ci ildə ölümündən sonra bəraət qazanmışdır. Rafael Atayanın, Armen Atayanın və Robert Atayanın atasıdır.[3]։ Անհիմն բռնադատվել է, գնդակահարվել 1938 թվականին, հետմահու արդարացվել է 1955 թվականին[4]