Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.
Mərkəzi Seçki Komissiyası | |
---|---|
| |
(MSK) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 26 iyun 1990 |
Baş qərargah | Bakı |
Ünvan | S. S. Axundov 7, AZ1115 |
Rəhbərlik | |
Sədr | Məzahir Pənahov |
Sədr müavini | Rövzət Qasımov |
|
|
Rəsmi saytı |
www.msk.gov.az www.cec.gov.az www.infocenter.gov.az |
MSK Azərbaycan Respublikası Prezidenti seçkilərinin və Azərbaycan Respublikasının Milli Məclisinin deputat seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.
MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.
Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası:
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər. Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar və normativ xarakterli aktlar dövlət orqanları, bələdiyyə qurumları, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir
# | Adı | Vəzifəsi | İlk seçildiyi tarix | Son seçildiyi tarix | Namizədliyini irəli sürən partiya |
---|---|---|---|---|---|
1 | Məzahir Pənahov | Sədr | 19 may 2000 | 27 aprel 2021 | Yeni Azərbaycan Partiyası |
2 | Rövzət Qasımov | Sədr müavini | 23 oktyabr 2019 | Yeni Azərbaycan Partiyası | |
3 | Mikayıl Rəhimov | Katib | 8 oktyabr 2010 | Ədalət, Hüquq, Demokratiya Partiyası | |
4 | Arifə Muxtarova | Katib | 22 fevral 2011[1] | Bitərəf | |
5 | Fuad Cavadov | Üzv | 18 iyul 2000[2] | Bitərəf | |
6 | Şaitdin Əliyev | Üzv | 8 iyun 2010[3] | Yeni Azərbaycan Partiyası | |
7 | Bəxşeyiş Əsgərov | Üzv | 22 fevral 2011 | Böyük Quruluş Partiyası | |
8 | Nailə Əsgərova | Üzv | 27 aprel 2021[4] | Bitərəf | |
9 | Tofiq Həsənov | Üzv | 7 fevral 2006[5] | Demokratik İslahatlar Partiyası və Vətəndaş Birliyi Partiyası | |
10 | Ramiz İbrahimov | Üzv | 22 fevral 2011[6] | Yeni Azərbaycan Partiyası | |
11 | Validə Kazımova | Üzv | 11 iyun 2001[7] | Yeni Azərbaycan Partiyası | |
12 | İlham Məmmədov | Üzv | 3 oktyabr 1995[8] | Bitərəf | |
13 | Nizami Nadirxanlı | Üzv | 7 fevral 2006[9] | Bitərəf | |
14 | Qabil Orucov | Üzv | 11 iyun 2001[10] | Bitərəf | |
15 | Hüseyn Paşayev | Üzv | 18 iyul 2000[11][12] 12 aprel 2016[4](Yenidən) |
Yeni Azərbaycan Partiyası | |
16 | Almas Qəhrəmanlı | Üzv | 15 dekabr 2006[13] | Vətəndaş Həmrəyliyi Partiyası | |
17 | Etibar Quliyev | Üzv | 22 fevral 2011[14] | Ana Vətən Partiyası | |
18 | İlkin Şahbazov | Üzv | 12 aprel 2016[4] | Azərbaycan Demokratik Maarifçilik Partiyası |