Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Viski
Viski (ingiliscə "whisky" və ya "whiskey"; şotlandca "whiskey", bretonca "wiski", irlandca "uisce beathadh" və keltçə "uisge beatha", latınca "aqua vitae" - "həyat suyu"nun hərfi tərcüməsi) müxtəlif növ taxıllardan əldə edilən aromatik, sərt spirtli içkidir. Palıd çəlləklərində çürümə, fermentasiya, distillə və uzunmüddətli saxlanma proseslərindən keçərək alınan içkidir. Viski arpa, çovdar, buğda və ya qarğıdalıdan hazırlana bilər. Fransanın Bretan bölgəsində qarabaşaqdan belə viski hazırlayırlar. Alkoqolunluluğu adətən 40-50%-dir, lakin bəzi viski növləri daha yüksək sərtliliyə malikdir (60% -ə qədər). İçkinin rəngi açıq sarıdan qəhvəyi rəngə qədər dəyişir, şəkərin miqdarı həddindən artıq aşağı və ya heç yoxdur. Ənənəvi viski istehsal edən bölgələr Şotlandiya və İrlandiyadır. Böyük Britaniya və ABŞ-də çox içilir. Dənli bitki xammalından hazırlanan qıcqırdılmış qatı mayenin distilləsi yolu ilə alınır. Hazır viski distillə olunmuş spirt, bəzi hallarda şərab, ətirli maddələrin ekstraktları və s.
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır. 1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı. Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Tiski
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). Gəmiçilik Gəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Viki
Viki (ing. Wiki, /ˈwɪki/, WIK-ee) — veb-brauzerdən istifadə edərək öz auditoriyası tərəfindən birgə redaktə edilən və idarə olunan onlayn hipermətn publikasiya. Tipik bir viki layihənin mövzuları və ya əhatə dairəsi üçün çoxlu səhifələrdən ibarətdir. Bu, ictimaiyyət üçün açıq ola bilər və ya daxili məlumat bazasını saxlamaq üçün təşkilat daxilində istifadə edilə bilər. Yüz minlərlə, həm ictimai, həm də özəl vikilər, o cümlədən biliklərin idarə edilməsi resursları, qeydlər aparan alətlər, icma vebsaytları və intranetlər kimi fəaliyyət göstərən vikilər istifadə olunur. İlk viki proqram təminatı olan VikiVikiVebin yaradıcısı Vard Kanninqem vikini "işlənə biləcək ən sadə onlayn verilənlər bazası" kimi təsvir etmişdi. "Wiki" "sürətli" mənasını verən Havay sözüdür. Vikilər başqa cür viki mühərrikləri kimi tanınan viki proqram təminatı ilə aktivləşdirilir. Bu, məzmun idarəetmə sisteminin bir forması olan viki mühərriki bloq proqramı kimi digər veb-əsaslı sistemlərdən məzmunun heç bir müəyyən edilmiş sahibi olmadan yaradılması ilə fərqlənir. Vikilərin özünəməxsus strukturu azdır və bu, strukturun müvafiq və istifadəçilərin ehtiyaclarına uyğun olaraq ortaya çıxmasına imkan verir.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Viski və kola
Viski və kola (ing. Whiskey and Coke) — adətən burbon və ya Tennessi viskisi olmaqla viskinin Koka-Kola və ya digər kolalar ilə qarışdırılmasıyla hazırlanan kokteyl. Bu içkinin məşhur versiyası "Cek və Kola" (ing. Jack and Coke) adlanır və bu versiyada Jack Daniel’s brendli viskidən istifadə olunur. İçki xüsusilə Amerikanın cənubunda məşhurdur. "Viski və kola" əsasən buzla, bəzən old feşen və ya kollins stəkanlarda, bəzən isə birdəfəlik plastik stəkanlar kimi daha ucuz qablarda təqdim edilir. İçkidə burbon viskisindən istifadə edildikdə ona çox vaxt "burbon və kola" (ing. Bourbon and Coke) da deyilir. İçkinin adındakı "kola" isə Koka-Kola və ya hər hansı bir kola brendinə istinad edə bilər. == Tarixi == Viski və kolanın qarışdırılması ilə hazırlanan bir içki haqqında ilk dəfə Amerika Birləşmiş Ştatları Kimya və Torpaqlar Bürosunun əməkdaşının 1907-ci ilə aid hesabatında məlumat verilmişdir.
Viski brendlərinin siyahısı
Bu, mənşəyi olan ölkəyə və üslubuna görə sıralanmış viski brendlərinin siyahısıdır. Viski qıcqırdılmış taxıl horrasının destillə edilməsi ilə əldə edilən spirtli içki növüdür. Müxtəlif növləri üçün arpa, arpa səmənisi (maltı), çovdar, çovdar səmənisi, buğda və qarğıdalı da daxil olmaqla müxtəlif taxıllardan istifadə olunur. Viski adətən kömürləşmiş ağ palıd ağacından hazırlanmış taxta çəlləklərdə yaşlandırılır. == Amerikan viskisi == ABŞ-da istehsal olunan viskinin 99%-dən çoxunu səkkiz şirkətə məxsus on üç böyük spirt zavodu istehsal edir. Beam Suntory-in Booker Noe (Boston, Kentukki), Jim Beam (Klermont, Kentukki) və Maker's Mark (Loretto, Kentukki) zavodları Brown–Forman-ın Brown–Forman (Şiveli, Kentukki), Jack Daniel (Linçberq, Tenesii) və Woodford Reserve (Versal, Kentukki) zavodları Campari-in Wild Turkey zavodu (Lorensberq, Kentukki) Diageo-un George Dickel zavodu (Tullahoma, Tenessi) Heaven Hill-in Bernheim zavodu (Luisvill, Kentukki) Kirin-in Four Roses zavodu (Lorensberq, Kentukki) MGP Ingredients-in Ross & Squib zavodu (Lorensberq, İndiana) Sazerac-in Barton 1792 (Bardstaun, Kentukki) və Buffalo Trace (Frankfort, Kentukki) zavodları Bu on üç zavoddan onu Kentukki, ikisi Tennessi, biri isə İndiana ştatındadır. Hər üç ştat ABŞ-ın şərq-mərkəzi materik bölgəsində yerləşir. === Burbon === ==== Kentukki burbonu ==== Alltech-ə məxsus brendlər: ''Lexington Brewing and Distilling Company'', Leksinqton Town Branch Beam Suntory-ə məxsus brendlər: Jim Beam zavodu, Klermont: Basil Hayden's (kiçik partiya) Booker's (kiçik partiya) Baker's (kiçik partiya) Jim Beam (Booker Noe zavodunda da istehsal olunur) Knob Creek (kiçik partiya) Old Crow Old Grand-Dad Red Stag Maker's Mark zavodu, Loretto Maker's Mark (kiçik partiya, buğdalı) Brown–Forman-a məxsus brendlər: Brown–Forman zavodu, Şiveli: Early Times Old Forester Woodford Reserve zavodu, Versal (Kentukki) Woodford Reserve (kiçik partiya) Campari Group-a məxsus brendlər: Wild Turkey zavodu, Lourensberq: Russell's Reserve Wild Turkey Diageo-a məxsus brendlər: Bulleit zavodu, Şelbivil, Şelbi. Bulleit Bourbon Heaven Hill Distilleries, Inc.-ə məxsus brednlər: Heaven Hill zavodu, Luisvill: Cabin Still Elijah Craig (kiçik partiya) Evan Williams Fighting Cock Heaven Hill J.T.S. Brown Old Fitzgerald (buğdalı) Old Heaven Hill Kirin-ə məxsus brendlər: Four Roses zavodu, Lousenberq Four Roses MGP Ingredients-ə məxsus brednlər: Heaven Hill zavodu, Luisvill: Ezra Brooks Old Ezra 101 Rebel Yell (wheated) Yellowstone Pernod Ricard-a məxsus brendlər: Naməlum zavod: Jefferson's Bourbon Sazerac-a məxsus brendlər (və yalnız Sazerac tərəfindən istehsal olunan brendlər): Barton 1792 Distillery zavodu, Bardstaun: 1792 Ridgemont Reserve Kentucky Gentleman Kentucky Tavern Ten High Very Old Barton Buffalo Trace zavodu, Frankfort: Ancient Age Blanton's (Takara Holdings-in törəməsi olan Age International-a aiddir) Buffalo Trace Eagle Rare George T. Stagg Hancock's President's Reserve McAfee's Benchmark Old Charter Old Rip Van Winkle (Old Rip Van Winkle və Sazerac-ın birgə təşəbbüsü, buğdalı) Old Taylor (Klermont) Pappy Van Winkle (Old Rip Van Winkle və Sazerac-ın birgə təşəbbüsü, buğdalı) Rock Hill Farms Single-Barrel W. L. Weller (buğdalı) Willett Distillery-ə məxsus: Willett Distillery: Johnny Drum, Bardstown Kentucky Vintage (kiçik partiya) Noah's Mill (kiçik partiya) Rowan's Creek (kiçik partiya) Vintage Bourbon Willett Pot Still Reserve Yalnız Willett Distillery tərəfindən şüşələnən brendlər: Old Pogue (Pogue-a aiddir) (kiçik partiya) Digər brendlər: Kentucky Owl – SPI Group (hal-hazırda Harrodsburqda istehsal edilir;) ==== Digər burbonlar ==== Virginia Gentleman – A. Smith Bowman Distillery, Frederiksberq Cougar Bourbon – MGP Ingredients, Lourensberq (Foster's Group-a məxsusdur, sadəcə ixrac edilir və Avstraliya və Yeni Zellandiyada satlır) George Remus Bourbon – MGP Ingredients, Lourensberq Kings County Bourbon – Bruklin === Tennessi viskisi === Jack Daniel's – Brown–Forman, Linçburq George Dickel – Diageo, Tullahoma Uncle Nearest Premium Whiskey – Şelbivill Benjamin Prichard's Tennessee Whiskey– Kelso Chattanooga Whiskey – Çattanuqa (hələ ki Tennessi viskisi istehsal etmir) === Qarğıdalı viskisi === Georgia Moon Corn Whiskey – Heaven Hill Distilleries, Luisvill Kings County Distillery Corn Whiskey – Kings County Distillery, Bruklin Mellow Corn Kentucky Straight Corn Whiskey – Heaven Hill Distilleries, Luisvill Midnight Moon – Piedmont Distillers, Madison Ole Smoky – Ole Smoky Distillery, Qatlinburq Platte Valley 100% Straight Corn Whiskey – McCormick Distilling Company, Veston The Gonzales Corn Whiskey – Clifford Distilling LLC, Port-Artur === Çovdar viskisi === Beam Suntory-ə məxsus brendlər: Jim Beam Rye Knob Creek Rye Old Overholt Diageo-a məxsus brendlər: Bulleit Rye Dickel Rye MGP Ingredients-a məxsus brendlər: High West Rye Templeton Rye Sazerac-a məxsus brendlər (yalnız Sazerac tərəfindən istehsal edilən brendlər): Van Winkle Family Reserve Rye Müstəqil Copper Fox Rye George Washington's Rye Whiskey – Maunt-Vernon, Virciniya Leopold Bro's Maryland-style Rye – Denver, Kolorado Old Potrero (Anchor zavodu) Town Branch Rye – Lexington Brewing and Distilling Company, Leksinqton, Kentukki Roundstone Rye – Catoctin Creek WhistlePig Rye – Vermont, Vermont Wigle Whiskey Pennsylvania Rye, Deep Cut Rye, və Straight Rye – Pitsburq, Pensilvaniya === Səməni (malt) viskisi === American Single Malt Whiskey – Peach Street Distillers, Palisad Hamilton Distillers – Tuson McCarthy's – Mont-Hud Pearse Lyons Reserve – Lexington Brewing and Distilling Company, Leksinqton St. George Single Malt – Alamida Stranahan's – Denver Wasmunds – Copper Fox Distillery, Sperrvill Westland Distillery, Sietl Westward Whiskey – Portlend === Buğda viskisi === Bernheim Original – Heaven Hill Distillery, Luisvill === Qarışıq viski === Beam Suntory-nin brendləri – Jim Beam Distillery, Klermont Beam's Eight Star Calvert Extra Kessler Diageo-nun brendləri – Stamford Seagram's Seven Crown Heaven Hill-in brendləri – Heaven Hill Distillery, Luisvill Heaven Hill Kentucky Whiskey Sazerac-ın brendləri (və yalnız Sazerac tərəfindən istifadə edilən brendlər) – Tom Moore Distillery, Bardstoun Barton Premium Blend Kentucky Gentleman Old Thompson Sazerac-ın digət zavodlardakı brendləri Ancient Age – Buffalo Trace Distillery, Frankfort == Avstraliya viskisi == Avstraliya bir neçə tək səməni (malt) viskisi istehsal edir.
Anna Vissi
Anna Vissi - Yunan müğənni Anna Vissi 20 dekabr 1957-ci ildə anadan olub. İsraildə keçirilən 1980-ci idəki Avroviziya Mahnı Müsabiqəsində Anna Vissi və Epikouri "Autostop" ("Ωτοστόπ") adlı mahnını ifa etmişlər, 30 xal olmaqla 13-cü yeri tutublar. Böyük Britaniyada keçirilən 1982-ci ilin Avroviziya Mahnı Müsabiqəsində Anna Vissi "Tənha Sevgi" ("Mono I Agapi" (Μόνο η αγάπη)) adlı mahnını ifa etmiş və 85 xalla 5-ci yeri tutmuşdur.
Anne Veski
Anne Veski (est. Anne Veski 27 fevral 1956, Rapla) — Sovet və Estoniya müğənnisi, Estoniya SSR-nin əməkdar artisti (1984). 27 fevral 1956-cı ildə Estoniyanın Rapla şəhərində İlmar-Tınis Vaarmann (est. Ilmar-Tõnis Vaarmann; 1927-2005) və Ellen Vaarmannın (est. Ellen Vaarmann; 1930-1988) ailəsində doğulur. Orada musiqi məktəbini bitirir. Sonra Tallinn Politexnik İnstitutuna daxil olur. Universiteti itirdikdən sonra fabrikdə çalışır və Filarmoniyada pop-studiyaya işə götürülü. Mobile ansamblı ilə birlikdə çalışır. İlk estrada kompozisiyası (1980) - "Gül bağının kraliçası".
Bank Riski
Bernulli diski
Bernulli diski (Bernoulli box)-– növbə ilə dəyişdirilən və enerjidən asılı olmayan kartriclərin istifadə edildiyi böyük həcmli yaddasaxlama qurğusudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eyler diski
Eyler Diski, 1987–1990-cı illər arasında Yozef Bendik tərəfindən icad edilmiş, elmi və öyrədici oyuncaqdır. Düz və ya əyri bir səthdə dönən və fırlanan bir diskin dinamik sistemini göstərmək və öyrənmək üçün istifadə olunur. Eyler disi döndükdə disk həm potensial, həm də kinetik enerjiyə malik olur. Potensial enerji diskə yan tərəfə dik olduqda verilir. Kinetik enerji isə diskə güzgü bazasında əyildikdə verilir. Euler Diski sürtünmə və titrəmə üçün olmasa idi sonsuza qədər yuvarlana bilərdi. Eyler diskinin necə işlədiyini təsvir etməyin başqa bir yolu, diskin bucaq impulsunu nəzərə almaqdır. Eyler diski özünü dik tutmaq üçün bucaq impulsundan istifadə edir. Disk bir dairə ətrafında fırlandıqda, diski aşağı çəkən cazibə qüvvəsi və diski yuxarıda saxlayan güzgü bazası tərəfindən tətbiq olunan qüvvə tarazlığı ilə tutulur.
Likvidlik riski
Maliyyə riski
Maliyyə riski — maliyyə resurslarının (pul vəsaitlərinin) itirilməsi ehtimalı ilə bağlı risk). Maliyyə riskləri pul dövriyyəsinin yaranması və müxtəlif növ pul münasibətlərinin yaranması ilə eyni vaxtda yaranmışdır: investor — emitent, kreditor — borcalan, satıcı — alıcı, ixracatçı — idxalçı və s. Maliyyə riskləri bazar şəraitində sahibkarlıq fəaliyyətinin tərkib hissəsidir. Adam Smit sahibkarlıq mənfəətinin mahiyyətini tədqiq edərək və təhlil edərək, sahibkarlıq fəaliyyəti ilə bağlı mümkün itkilərin kompensasiyası şəklində "risk ödənişi" kimi sahibkarlıq gəlirinin strukturunda belə bir komponenti qeyd etmişdir. Maliyyə riskləri üç növə bölünür: Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklər; Kapital qoyuluşu ilə bağlı risklər (investisiya riskləri); Təşkilatın təsərrüfat fəaliyyətinin təşkili forması ilə bağlı risklər. Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklər Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklərə aşağıdakılar daxildir: inflyasiya və deflyasiya riskləri; valyuta riskləri; likvidlik riskləri. İnflyasiya riski pulun amortizasiyası (kapitalın real dəyəri) ehtimalı və inflyasiya səbəbindən real pul gəlirlərinin və mənfəətin azalması ilə əlaqələndirilir. İnflyasiya riskləri aktı: bir tərəfdən, hazır məhsulun maya dəyərinin artması ilə müqayisədə istehsalda istifadə olunan xammalın, komponentlərin maya dəyərinin daha sürətli artımı istiqamətində; digər tərəfdən, müəssisənin hazır məhsulları rəqiblərin oxşar məhsulları ilə müqayisədə daha tez bahalaşa bilər ki, bu da qiymətlərin aşağı salınması zərurətinə və müvafiq olaraq itkilərə səbəb olacaqdır. Deflyasiya riski deflyasiya artdıqca qiymətlərin düşməsi riskidir ki, nəticədə biznesin aparılması üçün daha pis iqtisadi mühit yaranır və gəlirlər azalır. Valyuta riski valyuta məzənnəsinin əlverişsiz ucuzlaşması riskinə aiddir.
Maqnit diski
Maqnit diski (İng.magnetic disk, ru. магнитный диск)-qoruyucu korpusa (sərt disk) və ya zərfə (yumşaq disk) yerləşdirilmiş çoxlu sayda kiçik seqmentlərin (maqnit domenlərin) maqnit sahəsinin gərginliyini dəyişməyə imkan verən maqnit materialla ötürülmüş disk. Sahənin dəyişməsi – maqnit materialın (informasiya daşıyıcısının) hissəciklərinin maqnit polyarlığının dəyişməsidir ki, bundan da informasiyanın ikilik formada kodlaşdırılması üçün istifadə olunur (bir polyarlıq 1-i, əksi isə 0-ı təmsil edir). Polyarlığın dəyişməsi, disksürənin oxuma-yazma başcığının diskin səthi üzərindən yüksək sürətlə keçməsi ilə yerinə yetirilir. Maqnit diski öz xassələri səbəbindən elektromaqnit sahəsi mənbələrinin təsirindən qorunmalıdır ki, ona yazılmış informasiya korlanmasın və ya dağılmasın. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vısoki adası
Vısokiy adası (Rusiya)
Vışka (qəzet)
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Vışka qəzeti
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Əməliyyat riski
Əməliyyat riski qüsurlu və ya uğursuz prosedurlar, qaydalar, texnologiyalar və ya biznesin düzgün işləməsinə mane olan hadisələr səbəbindən itkilərin baş vermə ehtimalına aiddir. Əməliyyat riski, işçilər tərəfindən edilən səhvlər, fırıldaqçılıq kimi cinayət əməlləri və fiziki hadisələr kimi amillərlə tətiklənə bilər. Əməliyyat riskinin idarə edilməsi prosesi əməliyyat riskinin idarə edilməsi kimi tanınır. Avropa Ödəniş qabiliyyəti II Direktivi ilə müəyyən edilmiş və Bazel II qaydalarına əsaslanan əməliyyat riski şirkət daxilində səhv gedən şeylər (proseslər, insanlar, sistemlər kimi) və ya gözləniləndən fərqli olan xarici hadisələr səbəbindən itki şansıdır. Əməliyyat riskinin həcmi genişdir və fırıldaqçılıq, təhlükəsizlik, məxfiliyin qorunması, hüquqi narahatlıqlar, fiziki pozuntular (infrastrukturun dayandırılması kimi) və ətraf mühit təhlükələri kimi əlavə risk kateqoriyalarını əhatə edə bilər. Eyni şəkildə, əməliyyat riskləri müştəri məmnuniyyətinə, nüfuzuna, səhmdar dəyərinə təsir edərək və eyni zamanda biznes qeyri-müəyyənliyini gücləndirərək geniş təsirlərə malik ola bilər. Bazel I-də əməliyyat riski mənfi şəkildə müəyyən edilmişdir: o, bazar riski və ya kredit riski kateqoriyalarına aid olmayan bütün riskləri əhatə edirdi. Buna görə də bəzi banklar əməliyyat riski terminini qeyri-maliyyə riskləri ilə sinonim kimi istifadə edirlər. 2014-cü ilin oktyabr ayında Bank Nəzarəti üzrə Bazel Komitəsi əməliyyat riski kapitalı üçün çərçivəni yenidən nəzərdən keçirmək təklifini irəli sürdü. Bu təklif mövcud əsas göstərici yanaşmasını və əməliyyat risk kapitalının hesablanması üçün standartlaşdırılmış yanaşmanı əvəz etmək üçün nəzərdə tutulmuş yeni standartlaşdırılmış yanaşma təqdim etdi.
Faiz riski
Faiz riski və ya faiz dərəcəsinin riski (ing. Interest rate risk) — faiz dərəcələrinin əlverişsiz dəyişməsi nəticəsində maliyyə itkiləri (zərərləri) riski (mümkünlüyü). Faiz riski tələb və öhdəliklərin tələb (ödəniş) şərtlərinin uyğunsuzluğu, habelə tələblər və öhdəliklər üzrə faiz dərəcələrinin qeyri-bərabər dərəcədə dəyişməsi ilə bağlı ola bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, sabit gəlirli maliyyə alətlərinin bazar dəyəri (məsələn, daimi kuponlu istiqrazlar) bazar gəlirlilik dərəcələrinin artması ilə azalır və onların azalması ilə artır. Və bu asılılıq nə qədər güclüdürsə, istiqrazın müddəti də bir o qədər uzundur (daha doğrusu, müddəti). Bəzi bazar dərəcələrinə bağlanmış üzən məzənnəli maliyyə alətləri birbaşa bu bazar dərəcələrindən asılıdır - dərəcələrin artması ilə alətin özünün rentabelliyi artır və əksinə, şirkətin gəlir və xərclərinə birbaşa təsir göstərir, bu alətdəki mövqedən asılı olaraq. Bəzi alətlər üçün emitentin əvvəlcədən müəyyən edilmiş vaxt çərçivəsində faiz dərəcələrinə yenidən baxa biləcəyi gələcəkdə qeyri-müəyyən dərəcə də ola bilər ki, bu da daha böyük faiz dərəcəsi riskləri yaradır. Faiz dərəcəsinin riski, itkilərin maliyyə hesabatlarında rəsmi şəkildə əks olunmamasına baxmayaraq, bazar qiymətləri olmayan alətlər üçün də mövcuddur (məsələn, adi bank kreditləri və depozitlər üçün). Sabit bir faiz dərəcəsi ilə uzunmüddətli kredit verərkən risk, bazarda kredit faizlərinin artması ilə mənfəət itkisinin olmasıdır, çünki əvvəllər uzun müddətə verilmiş kredit üçün tələblər ortaya çıxır. bazar gəlirindən az olması (əgər borcalan krediti qaytarıbsa, o zaman bu məbləği eyni kredit riski səviyyəsində daha yüksək faizlə yenidən vermək mümkün olardı).
Meta-Viki
MetaWiki (Meta-Wikimedia) - İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya istifadəçiləri arasında Meta kimi tanınır. Sayt 2001-ci il noyabrında ing. Meta-Wikipedia kimi yaradılsa da, hazırda müxtəlif rollar oyanayır: Vikimediyanın bütün layihələrinin, xüsusilə də qaydaların müzakirə olunduğu sayt; Neytral nəzər-nöqtəsinə tabe olması vacib sayılmayan şəxsi esselərin yazıldığı forum; Əlavələrin təşkil olunduğu və hazırlandığı, dillərarası problemlərin müzakirə edildiyi yer. Təkmilləşdirmələrin koordinasiya olunduğu yer; MediaWikinin istifadəsi təlimatlarının öz əksini tapdığı sayt (bu təlimatların viki prinsiplər əsasında qurulan MediaWiki.org saytına köçürülməsinə hazırlıq işləri gedir). MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların) əsas ünsiyyət və müzakirə məkanlarından biridir. Digər ünsiyyət vasitələri arasında elektron poçt vasitəsilə məlumatların göndərilməsini, IRC kanallarını, konkret məqalə və istifadəçi müzakirəsi səhifələrini göstərmək olar. IRC kanalları kimi MetaViki-də Vikipediyanın dil bölmələrinin qaydalarından fərqlənən öz şəxsi qaydalarına sahib müstəqil və avtonom layihədir. Vikipediyanın serveri ilə bağlı, müxtəlif şikayətlərlə və Vikipediyadakı idarəçilər tərəfindən həll oluna bilməyən problemlərlə bağlı çox zaman Metaya müraciət edilir. İstifadəçilər sual və təklifləri ilə də bu sayta müraciət edə bilərlər.
Sukuma viki
Şərqi Afrikanın Tanzaniya, Keniya və digər kimi ölkələrdə çox məşhurdur. O həmçinin Şahilli də adlanır. Çox zaman yaşıl rəngdə olur. Bu içki tərəvəzlərdən hazırlanır. Bu regionda hər zaman tərəvəz olduğu üçün işkini işmək olur. Bu içkinin qrup kimi adı "Akephala" (yunanca "başsız") adlanır. Bu içkinin dadı bir az kələm dadı verir. Duzluluq üçün orta səviyyədə həssasdır. Bitki yarpaqları qalın olur ancaq bununla bərabər çox yeməli yarpaqlardır. Ticarət məqsədilə becərilir.
Viki nənələr
Viki nənələr (başq. Вики-өләсәйҙәр) — Başqırdca Vikipediyada təqaüd yaşına çatmış qadın könüllülərdən ibarət bir qrup. Bir qrup yaratmaq ideyası 2016-cı ildə İjevskdə keçirilən Wiki-Ural seminarına gedərkən ortaya çıxır. Layihənin məqsədi "Eurovision" da çıxış edən Udmurt "Buranov nənələrinin" nümunəsini izləmək, yaşlı qadınların internetdə özünü tanıma potensiallarını nümayiş etdirmək idi. Əsas sütun VKontakte sosial şəbəkəsinin «Başqırd qadınları» qrupunun üzvlərindən ibarətdir. 2016-cı ildə Sankt-Peterburqda beynəlxalq konfrans zamanı digər dil bölmələrinin nümayəndələrinin istəyi ilə wiki-nənələr haqqında daha geniş məlumat geniş kütləyə təqdim olunur. 2016-cı ildə Ukrayna beynəlxalq konfransında Muxamadeeva iştirakçıları layihə ilə tanış etdi. 2017-ci ildə Berlində З. ӘЙЛЕ və Visem təxəllüsülü könüllülər (Ukraynaca Vikipediyasının könüllüləri) Wikimedia dünya ictimaiyyətinin qarşısında Viki nənələri haqqında bir təqdimat etdilər. Elə həmin il Başqırdca Vikipediyasının böyük bir heyəti, o cümlədən altı nənə viki könüllüsü, Moskva viki konfransında iştirak etdi, burada iştirakçıları öz fəaliyyətləri ilə tanış etdi. 2018-ci ildə Keyptaunda keçirilən Wikimania iştirakçıları, o cümlədən başqırd Viki-nənələri - Banat Valeeva-Yaubasarova adından qarşılandı.