Viski və kola

Viski və kola (ing. Whiskey and Coke) — adətən burbon və ya Tennessi viskisi olmaqla viskinin Koka-Kola və ya digər kolalar ilə qarışdırılmasıyla hazırlanan kokteyl. Bu içkinin məşhur versiyası "Cek və Kola" (ing. Jack and Coke) adlanır və bu versiyada Jack Daniel’s brendli viskidən istifadə olunur. İçki xüsusilə Amerikanın cənubunda məşhurdur. "Viski və kola" əsasən buzla, bəzən old feşen və ya kollins stəkanlarda, bəzən isə birdəfəlik plastik stəkanlar kimi daha ucuz qablarda təqdim edilir.[1] İçkidə burbon viskisindən istifadə edildikdə ona çox vaxt "burbon və kola" (ing. Bourbon and Coke) da deyilir. İçkinin adındakı "kola" isə Koka-Kola və ya hər hansı bir kola brendinə istinad edə bilər.[1][2]

Viski və kola
Növü Haybol kokteyl
Alkoqol Viski
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viski və kolanın qarışdırılması ilə hazırlanan bir içki haqqında ilk dəfə Amerika Birləşmiş Ştatları Kimya və Torpaqlar Bürosunun əməkdaşının 1907-ci ilə aid hesabatında məlumat verilmişdir. O, belə bir içkiyə cənuba səfər edərkən rast gəldiyini və içkinin sahibinin bunu "Koka-Kola haybol" adlandırdığını deyib.[1] Burbon viskisi brendi olan Maker's Mark-ın keçmiş usta distillyatoru Deyv Pikerell "burbon və kola"-nın içkini ilk dəfə yoxlayanlara burbonu tanış etmək üçün ümumi başlanğıc nöqtəsinə çevriləcəyini demişdir.[3]

2005-ci ildə "Cek və Kola" kokteylinin populyarlığı 21-34 yaşlılar arasında yüksəlişdə idi.[4] 2007-ci ildə Cek Danielin baş vitse-prezidenti və qlobal brend direktoru Mayk Keyes deyib: "zaman keçdikcə daha çox Jack Daniel’s məhsulu Koca-Kola kimi qarışıqlarla istehlak olunur".[4]

2016-cı ildə Motörhead metal qrupunun solisti və başçısı Lemmi Kilmisterin ölümündən sonra onun pərəstişkarları kokteylin adının dəyişdirilməsi ilə bağlı kampaniyaya başladılar. Pərəstişkarlar Kilmisterin bu içkini tez-tez istehlak etməsi ilə tanındığını əsas gətirərək içkinin onun şərəfinə adlandırılmasını istəyirdilər.[5] 12 yanvar 2016-cı ildə Food and Beverage jurnalı "Cek və Kola" kokteylini rəsmi olaraq "The Lemmy" adlandırdıqlarını deyib.[6]

Jack Daniel's və Koka-Kolanın bəzi ortaq reklamlarında "Cek və Kola" terminindən istifadə edilmişdir.[7] Təxminən 1996-cı ildə Jack Daniel's Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Cənubi Sakit okeanın bir sıra bazarlarında "Cek və Kola" ilə eyni tipli kokteyl olan "Jack Daniel's və Kola" (ing. Jack Daniel's and Cola) adlı konservləşdirilmiş içki buraxmışdı.[8]

2022-ci ildə Jack Daniel's və Koka-Kola bu kokteylin hazır şəkildə, konservləşdirilmiş formada istehsalının planlaşdırıldığını elan etmişdir.[9]

  1. 1 2 3 Miles, Jonathan. "Bourbon and Coke: A Match Made in Dixie". Garden and Gun (ingilis). August–September 2013. December 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2019.
  2. Tower, Wells. "Julian P. Van Winkle III: The Arbiter of Taste". Garden and Gun (ingilis). August–September 2012. April 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 16, 2019.
  3. Simonson, Robert. "If Jack Daniel Were a Beekeeper". The New York Times. June 24, 2013. April 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 16, 2019.
  4. 1 2 Walker, Tracy. Walker Arxivləşdirilib 2006-05-10 at the Wayback Machine. "It's clear that brown spirits have gained momentum, particularly the Tennessee whiskey segment." Retrieved February 1, 2007.  (ing.)
  5. Brandle, Lars. "Motörhead Fan Starts Campaign to Rename a Jack and Coke a 'Lemmy'". billboard (ingilis). January 8, 2016. December 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2016.
  6. "The Lemmy". Food & Beverage Magazine (ingilis). 5 December 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 December 2016.
  7. Image: Jack & Coke Bar Tap Arxivləşdirilib 2006-04-27 at the Wayback Machine. Retrieved February 2, 2007.  (ing.)
  8. Collins, Glenn. "The Media Business: Advertising – Addenda; Additional Work On Jack Daniel's". The New York Times (ingilis). January 18, 1996. December 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2016.
  9. Valinsky, Jordan. "Coca-Cola is putting Jack & Coke in a can". CNN (ingilis). June 13, 2022. February 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2023.