Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Game Jam
3D videooyunlar sahəsində keçirilən yarış. == Game Jam Azərbaycanda == 2017-ci ilin noyabr ayının əvvəlindən start götürən “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final mərasimi keçirilib. İlkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb. Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub. Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda iştirak hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor. Soyad Afife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
James Cameron’s Avatar: The Game
James Cameron’s Avatar: The Game (azərb. Ceyms Kameronun Avatarı: Oyun‎) - Ubisoft Montreal videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu oyun Avatar filminin çıxış tarixinə 17 gün qalmış (17 dekabr) nümayiş etdirilmişdir.
AME
Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya. == Haqqında == 20 əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı. 1965 il dekabrın 30-da Azərb. KP MK və Azərb. SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi və Azərb. SSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970 ildə ASE-nin 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı. Azərb.
Jam
Jam — Maykl Ceksonun "Dangerous" albomundakı mahnılardan biri.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Biro Jade
Biro Jade (24 yanvar 1973, Braziliya) — Azərbaycan milli futzal komandasının üzvü Biro Jade 2010-cu il yanvarın 19-dan 30-dək Macarıstanda keçirilmiş Avropa çempionatının ən məhsuldar oyunçularından olub. 37 yaşlı braziliyalı iştirak etdiyi matçlarda rəqib qapılarına 5 dəfə yol tapıb. Biro ilə yanaşı, daha 3 futzalçı 5 qol vurub. Bunlar Saad Assis (İtaliya), Xavi Rodríges (İspaniya) və Joel Keyruşdur (Portuqaliya). Hər 4 oyunçu "Qızıl buts" mükafatının sahibi olub.
Came məscidi
Came məscidi (Bakı) — Bakı şəhərində memarlıq abidəsi. Came məscidi (Naxçıvan) — Naxçıvan şəhərində memarlıq abidəsi. Came məscidi (İrəvan) — İrəvan şəhərində memarlıq abidəsi.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Game-Revolution
"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir. == Tarixi == Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.
Game Informer
Game Informer (qısa adı:GI) — "FuncoLand" müəssisəsi tərəfindən Avqust ayında 1991-ci ildə istehsal olunmuş ABŞ jurnalıdır. 2009-cu ildə bu jurnal ən böyük 12 jurnal siyahısına düşmüşdür. 2000-ci ildə ""FuncoLand" şirkəti "GameStop" tərəfindən alınmış və "Game Informer" jurnalı "GameStop" şirkəti tərəfindən nəşr edilir. "Game Informer" jurnalında video oyunlar haqqında resenziya dərc edilir.
Game Revolution
"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir. == Tarixi == Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.
Henry James
Henri Ceyms (15 aprel 1843 – 28 fevral 1916) Amerikada doğulmuş ingilis yazıçısıdır. O, 19-cu əsr ədəbi realizimin ən əsas fiqurlarından hesab edilir. O, Henri Ceyms, Sr. nın oğlu, filosof və psixoloq Uilyam Ceymsin və Alis Ceymsin qardaşı idi. Onun Amerika ilə Avropa və Avropalıların yarışını əks etdirən əsərləri onu tanidan ən əsas amildir. Ceyms bədii tənqidə əhəmiyyətli dərəcədə töhfə vermişdir. Ceyms hər hansı bir mətnin oxucular üçün aydın olması üçün ilk və ən önəmlisi real olmalı olduğunu və həyatı özündə əks etdirməli olduğu iddiasını irəli sürmüşdür. Ona görə yaxşı romanlar həyatı hadisələrdə göstərir və ən vacibi maraqlı olur. Onun məhsuldar bəddi yaradıcılığından əlavə o, məqalələr və səyahət kitabları, bioqrafiya, avtobioqrafiya, tənqidi məqalələr və pyeslər çap etdirmişdir. O, həyatının ilk iyirmi ilində Amerika və Avropa arasında tez-tez yer dəyişmişdir, lakin nəhayət 1915-ci ildə ölümündən bir il əvvəl ingilis vətəndaşlığını qəbul etməklə İngiltərəyə yerləşmişdir.
Jade Ewen
Ceyd İven (24 yanvar 1988, London) – ingilis müğənnisi və aktrisası. == Həyatı == Ceyd İven 24 yanvar 1988-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda anadan olmuşdur. 2003-cü ildən sonra Böyük Britaniyada, eləcə də Avstraliyada məşhurlaşmışdır. 2005-ci ildə bir çox televiziya serialına çəkilmişdir. Həyatını işinə həsr edən Ceyd İven R&B qrupunu quraraq işinə davam edir. 31 yanvar 2009-cu ildə Böyük Britaniya milli seçmələrini qazanaraq 2009 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək hüququnu əldə etmişdir. Ceyd İven Böyük Britaniyanı My Time mahnısı ilə təmsil etmişdir və 173 xalla 5-ci olmuşdur.
Jaime Halsey
Jaime Halsey (qızlıq soyadı: Moore; d. 16 avqust 1970; Nortqempton, İngiltərə) — Birləşmiş Krallığı təmsil edən batut gimnastı. Jaime Halsey, 2000-ci ildə Birləşmiş Krallığı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Jaime Halsey, 2000-ci ildə Birləşmiş Krallığın bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Halsey, 59.90 xal topladı və 12 idmançı sırasında sonuncu, 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. == Tarixi == Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939, Xoy, Qərbi Azərbaycan ostanı) — İran tarixçisi və professor. == Həyatı == 1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır. == Fəaliyyəti == Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir. Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir. == Əsərləri == Həyatın Zərdüşt mifi Pəhləvi dili, ədəbiyyatı və təlimatları İranın mifoloji tarixi İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə) Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli) == Mükafatları == Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.
Jalə Qədimova
Jalə Həmid qızı Qədimova (7 iyul 1954, Gəncə şəhəri)— pedaqojika elmləri doktoru, professor. ADPU-nun "Musiqi və onun tədrisi texnologiyası" kafedrasının professoru == Həyatı == Jalə qədimova 1954-cü ildə iyulun 7-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə "Fərqlənmə diplomu" ilə Gəncə Musiqi Texnikumunu, 1977-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Ailəlidir, bir oğlu və bir qızı var. == Fəaliyyəti == 1994-cü ildə "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycan maarif xadimlərinin yaradıcılığında musiqi tərbiyəsi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (1300.01) — Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə pedaqoji elmlər namizədi adını alıb. 2007-ci ildə "Müasir dövrdə Azərbaycanda musiqi tədrisi və tərbiyyəsinin problemləri və onların həlli yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək (5804.01) — Ümumi pedqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə pedaqoji elmləri doktoru adına layiq görülmüşdür. 2011-ci ildən pedqaogika üzrə elmlər doktoru, professorudur. Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. "Musiqi alətləri" kafedrasında konsertmeyster, müəllim baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1998–2016-cı illərdə "Musiqi fənləri və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsini icra etmişdir.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. == Həyatı == 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu. Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı.
Jalə Əhmədova
Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı,Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, Paralimpiya komitəsinin idarə heyətinin üzvü, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin idarə heyətinin Fəxri üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüdür. Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir, hüquq elmləri magistrı. == Həyatı == Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb. Ehtiyatda olan zabitdir. === Ailəsi === Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır.
Jamel Debbuz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. == Həyatı == 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. == Filmoqrafiya == Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
James Adomian
James Haig Adomian (ing. James Adomian; 31 yanvar 1980, Omaha, Nebraska) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
James Ingram
Ceyms İnqrem (ing. James Ingram; 16 fevral 1952, Akron[d], Ohayo – 29 yanvar 2019, Los-Anceles, Kaliforniya) - ABŞ soul musiqiçisi. O daha çox vokalçı kimi tanınsa da, bir çox musiqi alətlərində də ifa edir və musiqi prodüseri kimi də fəaliyyət göstərir.
James Rollins
Ceyms Rollins (tam adı: James Paul Czajkowski; 20 avqust 1961[…], Çikaqo, İllinoys) — amerikalı yazıçı. Daha çox James Rollins təxəllüsü ilə tanınan amerikalı baytar həkim və baytarlıq təcrübəsindən imtina edərək yazıçılıq fəaliyyətinə başlamışdır. Döyüş, macəra, triller, və texno-triller romanlarının yazıçısıdır. == Əsərləri == Qazıntı (2000) Peruda , And dağlarının aşağı hissəsində , doktor mumiyanı kəşf edir. Cənubi Amerika cəngəlliklərinin dərinliklərində olarkən Conklinin qardaşı oğlu Sem, min illər boyu insan gözündən gizlədilmiş iki zirvə arasında yerləşən əlamətdar bir yerə rast gəlir. Diqqətsiz və şübhəsiz insanları tələyə salmaq üçün dahiyanə tələlər qurulmuşdur və qorxunc naməlumla qarşılaşmaq cəsarəti olanlar üçün təsəvvür edilə bilməyəcək sərvət mükafatı ola bilər. Ancaq bu təhlükəli səyahətin bitdiyi yerdə — nəfəs kəsən nekropolun soyuq, örtülmüş ürəyində — Sam Conklin və onun kəşfiyyat partiyasını başqa bir şey gözləyir. İnsan tərəfindən yaradılan, lakin insan tərəfindən mümkün olmayan bir şey. Möcüzəli bir şey… dəhşətli bir şey… yalnız el Sangre del Diablo kimi tanınan sirli metal(və ya Şeytanın Qanı), yalnız İnkaların ən qədimlərinə məlumdur və sirlərini qorumaq üçün artıq öldürmüş və ölmüş Dominikan keşişlərinin gizli bir sektasıdır. Amazoniya (2002) Dörd il əvvəl Amazon hövzəsinin səhrasında ABŞ-nin tibbi-elmi ekspedisiyası ilə bütün əlaqəbirdən dayandı; 30 nəfərlik komanda itirilmiş və ehtimal ki, ölü elan edildi.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
АМГ-10 aviasiya yağı