Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden — Braziliya müğənni İveti Sanqalu və nəğməkar şair, New York Madison Square Garden yaşayır qeydə tərəfindən on birinci albom edir.
Tietе
Тiete (port. Rio Tietê) — Braziliya ərazisindən axan çay. Uzunluğu 1150 km təşkil edir. Çayın mənbəyi 1120 metr hündürlükdə Serra-du-Mar zirvəsindən başlayır. Salepolis şəhəri yaxınlığında, Atlantik okean sahilindən 22 km aralıda yerləşir. Çay San-Paulu ştatı ərazisindən axaraq Parana çayına tökülür. Coğrafi xəritələrə çay ilk dfə 1748-ci ildə salınmışdır. Tupi dilində Tiet sözü «əsl çay» mənasını verir. Çayda gəmiçilik inkişaf etdirilmişdir. Turistlər üçün turlar təşkil edilir.
İveta
İveta — qadın adı. İveta Veyone — Latviyanın 4-cü Birinci xanımı (2015–2019). İveta Mukuçyan — Ermənistan-Almaniya müğənnisi, bəstəkarı.
Afrika siveti
Afrika siveti (lat. Civettictis civetta) — Məməlilərin Viveralar fəsiləsinə daxil olan yırtıcı heyvan növü. Viveralar fəsiləsi, Afrika sivetləri cinsinə (Civettictis) daxil olan yeganə növ. == Təsviri == Xarici görünüş baxımından Afrika sivetləri pişiyə bənzəyir. Enli kəllə quruluşuna sahibdir. Qulaqları qısa və itidir. Bədənləri uzun və kök formada olur. Orta uzunluğa malik olan quyruqları, bədəninin yarısına bərabərdir. Onların kürkü çox kobud və çox nadirdir. Yal bədənin ortasında uzanır və quyruqda bitir.
Sifətə eyakulyasiya
Sifətə eyakulyasiya, üzə eyakulyasiya, sifətə tökmə, üzə tökmə, sifətə boşalma, üzə boşalma — Seks əsnasında, yaxud da cinsi əlaqənin sonunda kişinin cinsiyyət orqanından çıxan spermanı bir və ya bir neçə cinsi partnyorunun üzünə boşaltması seksual aktına verilən addır. Bir növ cinsi yaxınlıq olmadan həyata keçirilən cinsi əlaqə, yəni seks növü hesab olunur. Ümumiyyətlə; anal seks, oral seks, masturbasiya və ya vaginal cinsi əlaqənin sonunda həyata keçirilən cinsi aktdır. Müasir pornoqrafik filmlərdə və pornoqrafik seriallarda sifətə eyakulyasiya səhnələri müntəzəm olaraq final səhnələri kimi istifadə olunur.
Çivetel Eciofor
Çivetel Umidi Eciofor (ing. Chiwetel Umeadi Ejiofor; 10 iyul 1977) — İngilis aktyor. 2006-da yüksələn ulduz mükafatına, 2007-də isə Qızıl qlobus mükafatına ən yaxşı musiqili komediya aktyoru və ən yaxşı aktyor TV filmi kateqoriyalarında namizəd göstərilmişdir. 2007-ci ildə Academy of Motion Picture Arts and Sciences'ə qatılması üçün akademiyadan dəvət aldı.
Jives gölü
Jives gölü (pol. Jezioro Żywieckie), həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. == Coğrafiyası == Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
İvate prefekturası
İvate prefekturası — Yaponiyanın Tohoku regionunda prefektura. Ərazisi 15 279 kvadrat kilometr, əhalisi 1 332 000 nəfərdir. Mərkəzi Morioka şəhəridir.
İveta Mukuçyan
İveta Mukuçyan (erm. Իվետա Մուկուչյան; d. 14 oktyabr 1986, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası) — Ermənistan-Almaniya müğənnisi, bəstəkarı, aktrisası və modeli. İveta Mukuçyan "LoveWave" adlı mahnı ilə Ermənistanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə 249 xalla 7-ci yeri qazandırmışdır. Müsabiqə zamanı Azərbaycanın işğal altında olan torpaqlarında separatçı rejimin bayrağını canlı yayımda dalğalandıraraq təxribata əl atmış və müsabiqənin qaydalarını pozmuşdur. == Həyatı == İveta Mukuçyan 14 oktyabr 1986-cı ildə Ermənistan Sovet Sosialist Respublikasının paytaxtı İrəvanda anadan olmuşdur. 1992-ci ildə ailəsi ilə birlikdə Almaniyanın Hamburq şəhərinə köçmüşdür. Almaniyada təhsil alan İveta 2009-cu ildə ailəsinin təkidi ilə ölkəsində olan ağır vəziyyətə baxmayaraq İrəvana geri qayıtmışdır. O, həmin ildən Almaniyadakı dizayn təhsilini yarımçıq qoyaraq, İrəvan Dövlət Konservatoriyasında musiqi-caz təhsili almağa başlamışdır. == Avroviziya müsabiqəsinin qaydalarını pozması və təxribatı == 29 aprel 2016-cı il tarixində Avropa Yayım İttifaqı bəzi tanınmayan qurumların bayraqlarının müsabiqə arenasına gətirilməsinə icazə verilməyəcəyini bəyan etmişdir.
İveta Radiçeva
İveta Radiçeva (7 dekabr 1956, Bratislava) — Slovakiya tarixində ilk qadın baş nazir Sosiologiya üzrə professor olan Radiçeva 2005–2006-cı illərdə əmək naziri işləyib. O, 2009-cu ildə prezidentliyə namizəd olsa da, hazırkı prezident İvan Qaşparoviçə qalib gələ bilməyib. 2010-cu ildə Slovakiya prezidenti İvan Qaşparoviç Demokrat və Xristian İttifaqının lideri İveta Radiçevanı ölkənin baş naziri təyn edib. Həmin il iyunun 12-də keçirilmiş parlament seçkilərində keçmiş baş nazir Robret Fitsonun partiyanın parlamentdəki 150 yerdən 62-sini qazanıb, lakin sağ-mərkəzçi beş partiyanın ittifaqı İveta Radiçevanın rəhbərliyi ilə yeni parlamentdə 79 mandat qazanıb. Bu isə koalisiya yaradılmasına imkan vermişdir. Duldur, bir qız anasıdır.
İveta Veyone
İveta Veyone (4 iyul 1966) — Latviyanın 4-cü Birinci xanımı (2015–2019). == Həyatı == İveta Veyone 1966-cı il iyulun 6-da Madona şəhərində anadan olub. == Ailəsi == İveta Veyone 2015–2019-cu illərdə Latviya Prezidenti olan Raymonds Veyonis ilə ailəlidir, 2 övladı var.
İveti Sanqalu
İveti Sanqalu (port. Ivete María Dias de Sangalo Cady; d. 27 may 1972) — Braziliya axe, samba-reggae, pop müğənnisi, mahnı şairi, aktrisa, server və model.
Jilet (kommuna)
Jilet (fr. Gilette) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 10,18 km², əhalisi — 1425 nəfərdir (2006) artım tendensiyası ilə: 1516 nəfər (2012), əhalinin sıxlığı 148,9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1505 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1516 nəfər.
Jann-Fiete Arp
Jann-Fiete Arp (6 yanvar 2000-ci ildə Almaniyada anadan olub) — Bundesliqa təmsilçilərindən olan Hamburq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. == Klub karyerası == === Hamburq === Arp Hamburq akademiyası vasitəsilə inkişaf etmişdir. Arp öz peşəkar karyerasında debütünü 30 sentyabr 2017-ci ildə Verder Bremen klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Bobbi Vudu əvəz etmişdir. Həmin görüşdə Hamburq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Milli karyerası == 2017-ci ildə Arp Almaniyanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Arp Bosniya və Herseqovina, Serbiya, İrlandiya, Niderland və İspaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Bosniya və Herseqovina və İrlandiya millilərinə qarşı oyunlarda üç qolla, Niderland millisi ilə oyunda isə bir qolla yadda qalmışdır. == Karyera statistikası == === Klub === 30 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Jives su anbarı
Jives gölü (pol. Jezioro Żywieckie), həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. == Coğrafiyası == Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
Tibetə alman ekspedisiyası (1938-1939)
Tibetə alman ekspedisiyası (1938–1939) — 1938-ci ilin aprel ayından 1939-cu ilin avqustuna qədər Tibetdə aparılmış alman ekspedisiyası nəzərdə tutulur. Ekspedisiyaya alman zooloq ve SS-in zabiti Ernst Şefer rəhbərlik etmişdir. == Ekspedisiya fikri == Nasistlərin Reichsführer-SS-i Henrix Himmler Ernst Şaferin həm alim, həm də kəşfçi kimi reputasiyasından Nasist propaqandası üçün yararlanmaq istəyirdi. Onda bu fikirlər Ernstin 1930–1931-ci illəri əhatə edən Çinə və Tibetə etdiyi ilk ekspedisiyasından sonra meydana çıxmış, 1934–1936-cı illəri əhatə edən ikinci ekspedisiyasından sonra daha da güclənmişdir. Himmler Ernstdən gələcək planları barədə soruşmuş, Ernst də Tibetə yeni ekspedisiya etmək fikrinin olduğunu, bu ekspedisiyanın isə Almaniya Xarici İşlər Nazirliyinin və ya Alman Araşdırma Fondunun mədəniyyət şöbəsinin himayəsi altında həyata keçirilməsini istədiyini bildirdi. Asiya mistikasına heyran olan Himmler SS Ahnenerbe (SS Soykök İrsi Cəmiyyəti) himayəsi altında bu ekspedisiyanın həyata keçirilməsini istəyirdi. Himmler Ernstdən Hanns Hörbigerin prevdo-elmi nəzəriyyəsi olan və SS Ahnenerbe tərəfindən təkmilləşdirilən "Glacial Cosmogony"ə əsaslanan araşdırma aparılmasını istəyirdi, lakin Ernstin elmə əsaslanan istəkləri var idi, buna görə də, bu nəzəriyyənin nümayəndəsi kimi tanınan Edmund Kissi öz komandasına qəbul edilməsini rədd edib elmi azadlığın təmin edilməsi üçün 12 şərt irəli sürdü. Ahnenerbenin təmsilçisi Volfram Sievers bundan sonra ekspedisiyanın hədəfləri barədə naraht olduğunu bildirərək onu tənqid etdi. Beləliklə, ekspedisiyanın Ahnenerbe tərəfindən təşkil edilməsi fikri ortadan qalxdı. Himmler isə ekspedisiyanın təşkil edilməsi üçün bütün üzvlərin SS-dən olması şərtini irəli sürürdü.
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.