İveta Mukuçyan

İveta Mukuçyan (erm. Իվետա Մուկուչյան; d. 14 oktyabr 1986, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası) — Ermənistan-Almaniya müğənnisi, bəstəkarı, aktrisası və modeli.

İveta Mukuçyan
erm. Իվետա Մուկուչյան
İveta Mukuçyan 2016-cı ildə
İveta Mukuçyan 2016-cı ildə
Ümumi məlumatlar
Doğum tarixi (38 yaş)
Doğum yeri İrəvan, Ermənistan Sovet Sosialist Respublikası
Vətəndaşlığı Almaniya Almaniya
Milliyyəti erməni
Musiqiçi məlumatları
Fəaliyyəti
Fəaliyyət illəri 2009–h.h.
Janrlar pop, R&B
Musiqi aləti vokal
Təhsili
  • İrəvan Dövlət Konservatoriyası[d]
ivetamukuchyan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İveta Mukuçyan "LoveWave" adlı mahnı ilə Ermənistanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə 249 xalla 7-ci yeri qazandırmışdır[1]. Müsabiqə zamanı Azərbaycanın işğal altında olan torpaqlarında separatçı rejimin bayrağını canlı yayımda dalğalandıraraq təxribata əl atmış və müsabiqənin qaydalarını pozmuşdur.

İveta Mukuçyan 14 oktyabr 1986-cı ildə Ermənistan Sovet Sosialist Respublikasının paytaxtı İrəvanda anadan olmuşdur. 1992-ci ildə ailəsi ilə birlikdə Almaniyanın Hamburq şəhərinə köçmüşdür. Almaniyada təhsil alan İveta 2009-cu ildə ailəsinin təkidi ilə ölkəsində olan ağır vəziyyətə baxmayaraq İrəvana geri qayıtmışdır. O, həmin ildən Almaniyadakı dizayn təhsilini yarımçıq qoyaraq, İrəvan Dövlət Konservatoriyasında musiqi-caz təhsili almağa başlamışdır.

Avroviziya müsabiqəsinin qaydalarını pozması və təxribatı

[redaktə | mənbəni redaktə et]

29 aprel 2016-cı il tarixində Avropa Yayım İttifaqı bəzi tanınmayan qurumların bayraqlarının müsabiqə arenasına gətirilməsinə icazə verilməyəcəyini bəyan etmişdir. Bu siyahıya Fələstin, İŞİD və s. bayraqlar ilə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarında Ermənistanın yaratdığı qondarma Dağlıq Qarabağ Respublikasının da bayrağı düşmüşdür.[2] Buna baxmayaraq, birinci yarımfinal zamanı nəticələri gözləyərkən Ermənistanı müsabiqədə təmsil edən İveta Mukuçyan separatçı rejimin bayrağını canlı yayımda dalğalandıraraq müsabiqənin qaydalarını pozmuşdur. Hadisə Azərbaycan mediyasında böyük etiraza səbəb olmuş və finala vəsiqə qazanan ölkələr üçün keçirilən mətbuat konfransında Azərbaycanlı jurnalist Mukuçyanın hərəkətinə etirazını bildirmişdir.[3] Ermənistan təmsilçisi İveta jurnalistə cavabında "Mənim düşüncələrim ana vətənimin yanındadır və mən hər yerdə sülh olmasını istəyirəm" demişdir. Azərbaycan təmsilçisi Səmra Rəhimli isə öz çıxışında "Avroviziya mahnı müsabiqəsidir və bu sadəcə musiqi barədədir" deyərək, müsabiqənin siyasi maraqlar üçün istifadəsinə etirazını bildirmişdir. Nəticədə Avroviziya müsabiqəsinin təşkilatçıları Mukuçyanın hərəkətini pisləyərək, bunu Avroviziyanın siyasi çıxışlara qarşı olan mövqeyinin "ciddi pozuntusu" adlandırmışdır. Ermənistanda Avroviziyanı birbaşa yayımlama hüququ olan AMPTV telekanalına isə bənzər halın bir daha təkrarlanacağı halda ölkənin müsabiqədən kənarlaşdırılacağı ilə bağlı xəbərdarlıq edilmişdir[4].

  1. "Wiwiblog: Iveta Mukuchyan will represent Armenia at Eurovision 2016". 2015-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-10.
  2. "Palestinians condemn Eurovision Song Contest for flag ban". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  3. Eurovision Song Contest 2016 - Semi-Final 1 - Qualifiers Press Conference, AYİ, 10 May 2016, 16 May 2016 tarixində arxivləşdirilib, İstifadə tarixi: 17 may 2016
  4. Armenia to Face Sanctions for Eurovision Flag Incident
Əvvəlki:
Genealogy
"Face the Shadow"
Ermənistan Avroviziya Mahnı Müsabiqəsində
2016
Sonrakı:
Artsvik
"Fly With Me"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]