Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buje-Şambalyu
Buje-Şambalü (fr. Bougé-Chambalud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38051. Kommunanın 2005-ci il üçün əhalisi 1131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 50 km cənubda, Qrenobldan 70 km qərbdə yerləşir.
Buje-Şambalü
Buje-Şambalü (fr. Bougé-Chambalud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38051. Kommunanın 2005-ci il üçün əhalisi 1131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 50 km cənubda, Qrenobldan 70 km qərbdə yerləşir.
Eli Puje
Elizabet "Eli" Puje (və ya İlay Puqet, ing. Elizabeth „Ely“ Pouget, 30 avqust 1961 və ya 30 avqust 1960, Nyuark, Nyu Cersi) — ABŞ aktrisası.
Juja Konts
Juja Konts (tam adı: Juja Konts, mac. Zsuzsa Koncz; 7 mart 1946) — Macarıstan pop müğənnisi. Mahnılarının sözlərində bəzən ölkənin 1990-cı ilə qədərki siyasi sistemi hədsiz dərəcədə tənqid edilirdi. Bu mahnıların sözlərinin əsas müəllifi Yanoş Brudidir. Onun karyerası 1962-ci ildə Ki mit tud? istedad yarışmasında iştirakından sonra başlamışdı. O, illərdir müxtəlif orkestrlər və musiqiçilərlə, xüsusilə də İlliş orkestri və Yanoş Brudi ilə çalışır. 1970-ci illərdə xaricə, xüsusilə də Şərq bloku ölkələrinə, eləcə də Qərbi Almaniya, Fransa, ABŞ və Yaponiyaya bir neçə uğurlu turlar etmişdir. O, indi də Macarıstanda hədsiz məşhurdur və bəzi mahnıları macar folklorunun tərkib hissəsinə çevrilmişdir. Onların arasında "A Kárpáthyék lánya", "Ha én rózsa volnék" və "Valahol egy lány" də var.
Juze Saramaqo
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Juze Saramaqu
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Panteleymon Juze
Panteleymon Krestoviç Juze, əsl adı Bəndəli ben Səliba Cövzi (1870–1942) — Rusiya şərqşünası. Görkəmli şərqşünas alim və tarixçi. == Həyatı == Azərbaycanın öyrənilməsinə dəyərli töhfələrini vermişdilər. Onların içərisində milli mənsubiyyət etibarı ilə ərəb olan tarixçi, dilçi, ilahiyyatçı və mənbəşünas alim Panteleymon Juzenin (1871–1942) özünəməxsus yeri var. Ərəb dilinin Rusiyanın şərqşünaslıq mərkəzlərində – Qazan və Peterburqda tədrisi qarşılıqlı şəkildə iki xalq arasında marağı artırmışdı. Bu da öz növbəsində dilin təbii daşıyıcılarının fəaliyyəti üçün geniş imkan yaratmışdı. Sankt-Peterburq universitetinin Şərq dilləri fakültəsində azərbaycanlı şərqşünas Mirzə Kazımbəylə birlikdə fəaliyyət göstərən ilk ərəb alimlərindən biri Əl-Əhzar məzunu, professor Şeyx Məhəmməd Ayəd Təntəvi (1806–1858) olmuşdu. Rusiya imperiyası Yaxın Şərq siyasətini daha ardıcıl və sistemli şəkildə həyata keçirmək üçün 1882-ci ildə Fələstin Pravoslav Cəmiyyətini təsis etmişdi. Bu cəmiyyət öz qarşısına müqəddəs yerlərə gedən rus zəvvarlarına yardım, yerli əhali arasında pravoslav məzhəbinin yayılması və regionun dini-tarixi baxımdan öyrənilməsi kimi biri-biri ilə bağlı üç vəzifə qoymuşdu. Pravoslavlığın təbliği xristian ərəblər arasında dini-maarifçilik işinin aparılmasını tələb edirdi.
Püje-Rostan
Püje-Rostan (fr. Puget-Rostang) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,76 km², əhalisi — 108 nəfərdir (2006) artım tendensiyası ilə: 123 nəfər (2012), əhalinin sıxlığı 12,6 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 115 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 123 nəfər.
Püje-Tenye
Püje-Tenye (fr. Puget-Théniers) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Püje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,76 km², əhalisi — 1836 nəfərdir (2006) artım tendensiyası ilə: 1840 nəfər (2012), əhalinin sıxlığı 188,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1820 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1840 nəfər.
Amberyö-an-Büje
Amberyö-an-Büje (fr. Ambérieu-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Amberyö-an-Büje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01004. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 13 835 nəfər təşkil edirdi.
Kormaranş-an-Büje
Kormaranş-an-Büje (fr. Cormaranche-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01122. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 859 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 588 nəfər (15-64 yaş) arasında 433 nəfər iqtisadi cəhətdən, 155 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 75.7%). Fəal 433 sakindən 427 nəfər (243 kişi və 184 qadın), 6 nəfəri işsiz (3 kişi və 3 qadın) idi. 155 hərəkətsiz 50 nəfər arasında şagird və ya tələbə, 59 nəfər təqaüdçü, 46 digər səbəblərə görə hərəkətsizdir.
Vo-an-Büje
Vo-an-Büje (fr. Vaux-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyö kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01431. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 747 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 588 nəfər İqtisadi cəhətdən fəal, 159 hərəkətsiz (fəaliyyət göstərici 78.7%, 1999-cu ildə 73.4%) idi. Fəal 588 sakindən 549 nəfər (303 kişi və 246 qadın), 39 nəfəri işsiz (18 kişi və 21 qadın) idi. 159 hərəkətsiz 42 nəfər arasında şagird və ya tələbə, 74 nəfər təqaüdçü, 43 digər səbəblərə görə hərəkətsizdir.
Amberyö-an-Büje (kanton)
Amberyö-an-Büje (fr. Ambérieu-en-Bugey) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Belle dairəsinə daxildir. Kantonun əhalisi 2007-ci ildə 21226 nəfər təşkil edirdi. Kodu — 0101. Amberyö-an-Büje kantonuna 8 kommun daxildir və bunlardan əsas Amberye-an-Byuje kommunası hesab edilir. == Kantonun kommunları == Sen-Moris-de-Reman — əhalisi 664 nəf. Sen-Deni-an-Büje — əhalisi 2053 nəf. Duvr — əhalisi 915 nəf.
Sen-Deni-an-Büje
Sen-Deni-an-Büje (fr. Saint-Denis-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Sorlen-an-Büje
Sen-Sorlen-an-Büje (fr. Saint-Sorlin-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Klod Jozef Ruje de Lil
Klod Jozef Ruje de Lil (fr. Claude Joseph Rouget de Lisle; 10 may 1760, Lon-le-Sonye, Yura departamenti — 26 iyun 1836, Şuazi-le-Rua, Sena və Uaza departamenti ) — fransız şairi və bəstəkarı, 1792-ci ildə "Marselyeza" inqilabi himninin sözlərini və musiqisini yazmışdır. == Həyatı == Klod Jozef Ruje de Lil 10 may 1760-cı ildə Yura departamentinin Lon-le-Sonye şəhərində anadan olmuşdur. Valideynləri burjua təbəqəsinin nümayəndələri idi. O, Klod-İqnati Ruje və Janna Madlen Qayandın səkkiz övladından yaşca böyüyü idi. Musiqiyə həvəsi hələ uşaqlıq illərindən özünü göstərmişdir: ailəsinin də yaşadığı Montegü kəndinin meydanında sərgərdan musiqiçilər konsert verməyə gəlmişdilər. Həmin konsertdən alınmış təəssürat o qədər böyük olur ki, balaca oğlan həmin musiqiçilərdən ayrıla bilmir və onları xeyli uzaqlara qədər ötürür. Hətta evdə onun itkin düşdüyünü fikirləşirlər. Atası onu hərbi məktəbə hazırlayırdı, elə bu məqsədlə də Klodu yerli kollecə göndərirlər. Valideynləri ona musiqi ilə yalnız – skripkada həvəskar səviyyədə ifa etmək hüdudunda məşğul olmağa icazə verirdi.
Anje
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Büke
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar. ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Dudə
Dudəhə (fars. دودهه‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.Əhalisi Qəzvin ostanının çoxlu bşaq bölgəri olduğu kimin azərbaycan türklərindən ibarətdir.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Duçe
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul. 1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir. Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir, lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Gülə
Gülə (Sərdəşt)
Hulə
Hulə regionu və ya Hulə düzənliyi (ərəb. الحولة‎ əl-Ḥūlə) — Suriyanın Homs bölgəsində Homs şəhərinin şimalında bir neçə kənddən ibarətdir. May 2012-ci ildən etibarən Hulə ərazisi mülki əhalinin böyük bir qırğın yeri olmuşdur və Azad Suriya Ordusu və Suriya Silahlı Qüvvələri arasında mübarizə davam edib.
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor. Soyad Afife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
Jele
Jele (fr. gelée) — kaloidli qida qarışığı (adi meyvələrdən), jelatin əlavəli (pektin, aqar), və bütün kütləni soyuduğu zaman jelatin görünüşü olur. == Haqqında == Jele həmçinin jelatinin buzağın ayaqlarından və başlarından hazırlanır. Şirin jele (fr. gelée), ətli jeledən fərqli olaraq (fr. l’aspic), yeməyin üzərinə tökülməsi isə rus-dilində xolodeç(soyuq) adlanır. Meyvələrdən və giləmeyvələrdən ibarət jele özündə çoxlu pektinləri birləşdirir. Onları jelatin əlavə etmədən də almaq olar çünki pektin ona xüsusi dad verir. Belə jeleləri turş almalardan hazırlayırlar. Jelenin ölçmə dərəcəsi litrdir.