Klod Jozef Ruje de Lil (fr. Claude Joseph Rouget de Lisle; 10 may 1760, Lon-le-Sonye, Yura departamenti — 26 iyun 1836, Şuazi-le-Rua, Sena və Uaza departamenti [a]) — fransız şairi və bəstəkarı, 1792-ci ildə "Marselyeza" inqilabi himninin sözlərini və musiqisini yazmışdır.
Klod Jozef Ruje de Lil | |
---|---|
fr. Claude Joseph Rouget de Lisle | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lon-le-Sonye, Yura departamenti |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Şuazi-le-Rua, Sena və Uaza departamenti |
Dəfn yeri | Paris, Fransa |
Milliyyəti | fransız |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
bəstəkar şair |
Fəaliyyət illəri | 1784–1793 |
Janr | klassik musiqi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Klod Jozef Ruje de Lil 10 may 1760-cı ildə Yura departamentinin Lon-le-Sonye şəhərində anadan olmuşdur. Valideynləri burjua təbəqəsinin nümayəndələri idi. O, Klod-İqnati Ruje və Janna Madlen Qayandın səkkiz övladından yaşca böyüyü idi.[1]
Musiqiyə həvəsi hələ uşaqlıq illərindən özünü göstərmişdir: ailəsinin də yaşadığı Montegü kəndinin meydanında sərgərdan musiqiçilər konsert verməyə gəlmişdilər.[2] Həmin konsertdən alınmış təəssürat o qədər böyük olur ki, balaca oğlan həmin musiqiçilərdən ayrıla bilmir və onları xeyli uzaqlara qədər ötürür. Hətta evdə onun itkin düşdüyünü fikirləşirlər.
Atası onu hərbi məktəbə hazırlayırdı, elə bu məqsədlə də Klodu yerli kollecə göndərirlər. Valideynləri ona musiqi ilə yalnız – skripkada həvəskar səviyyədə ifa etmək hüdudunda məşğul olmağa icazə verirdi.
1776-cı ildə o, Parisə gəlir və hərbi məktəbə daxil olur. Orada oxumaq üçün soyada mütləq "de" zadəgan hissəciyinin əlavə olunması tələb olunurdu. Bu faktı həmin nəslin davamçılarından olan Amadey Ruje de Lil 1863-cü ildə nəşr olunmuş qeydlərində təsdiq edirdi:
"Marselyeza"nın müəllifinin atasının adı Klod Ruje idi. "De Lil" hissəciyi onların ulu babalarından birinin adı ilə bağlıdır. Bu əlavə mənim tanınmış qohumumun hərbi məktəbə daxil olmasını asanlaşdırmaq üçün edilmişdi. Çünki həmin məktəbə o zaman yalnız zadəganlar daxil ola bilərdi. Amadey Ruje de Lil
|
1782-ci ildə hərbi məktəbi bitirən Ruje de Lil hərbi mühəndis oldu və kapitan rütbəsinə alanadək xidmətini davam etdirdi. Onun adını əbədiləşdirən "Marselyeza" isə 1792-ci ildə Strasburqda yazılmışdır. Mahnının birinci hissəsi "Reyn ordusunun mübariz mahnısı" (fr. Chant de guerre de l’armée du Rhin) adlanırdı. "Marselyeza" adının qoyulması isə nisbətən sonrakı dövrdə siyasi xadim Şarl Jan Mari Barbarunun adı ilə bağlıdır.[3]
İstehkam zabiti olan Ruje de Lil mötədil respublikaçı idi. O, yakobinlərin hakimiyyətə gəlişindən sonra istefa verdi. Daha sonra əksinqilabi fəaliyyətdə ittiham olunaraq, həbsxanaya salındı. Robespyer rejiminin çökməsi Rujenin həyatını xilas etdi. O, termidor çevrilişindən sonra azadlığa çıxdı.
Ruje de Lil "Marselyeza" üslubunda bir neçə başqa mahnılar da yazmışdır. Onlar 1825-ci ildə "Fransız mahnıları" (fr. Chants français) toplusunda çap olunmuşdur. Orada həmçinin digər müəlliflərin əsərlərinə Ruje de Lilin musiqi yazdığı 50 mahnı da yer almışdı. Onun 1797-ci ildə yazdığı "Şeir və nəsrdə esse" (fr. Essais en vers et en prose) əsərinə bu yazılar daxil edilmişdi:
O, İvan Krılovun təmsillərini fransız dilinə tərcümə etmişdir. Ruje sensimonistlər hərəkatının üzvü idi və onlar üçün ayrıca himn yazmışdı. Ömrünün sonlarında Şuazi-le-Rua şəhərində yoxsulluq içində yaşayırdı.[4] 1836-cı ildə elə həmin şəhərdə vəfat etmişdir.
Onun külü Şuazi-le-Ruadan Parisdəki Əlillər evinə aparılıb. 14 iyul 1915-ci ildə Napoleonla yanaşı dəfn olunub.[5][6]