Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Metanol
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. == Tarixi == Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. == Alınması == Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Metateza
Metateza — söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelərini dəyişmə hadisəsi metateza adlanır. Məsələn, məşhur əvəzinə məşhur, yanlış əvəzinə yanlış deyilir. Müasir Azərbaycan dilində metateza hadisəsinə, xüsusilə, şivələrdə yol verilir və bir sıra sözlər müxtəlif çalarlıqda yerdəyişmə hadisəsinə uyğun tələffüz olunur. Məsələn, qeyrət-qiryət(yr-ry), süfrə-sürfə(fr-rf), pəhriz-pərhiz(hr-rh) və s. Yerdəyişmə də şivələrə xas olan fonetik hadisələrdəndir. Bu hadisə şivələrdə iki şəkildə özünü göstərir: 1) yanaşı yerdəyişmə; 2) yanaşı olmayan yerdəyişmə. Yanaşı yerdəyişmə. Yanaşı yerdəyişmədə qonşu səslər dəyişir. Əsas tipləri bunlardır: rb>br: Tərbiz, İrbahım yb>by: loyba zğ>ğz: vazğal yd>dy: maydan, bayda rg>gr: örgənir pr>rp: kirpik ur>ru: doğrudan hr>rh: Fəhrad Yanaşı olmayan yerdəyişmə. Yanaşı olmayan yerdəyişmə də müxtəlif mövqeli səslər dəyişilir.
Mətanət
Mətanət — Qadın adı.
Mezotel
Mezotel — mezodermal mənşəli sadə skuamöz epitel hüceyrələrindən ibarət membran. Bir neçə bədən boşluqlarının selikli qişasını təşkil edir: plevra (ağciyərlərin ətrafındakı plevra boşluğu), periton (qarın boşluğu, omentum, falsiform ligament və o cümlədən qarın boşluğu və perimetrium) və perikard (ürəyin ətrafında). Mezotelial toxuma həmçinin kişi xayasını və bəzən sperma kordonunu əhatə edir. Daxili orqanları örtən mezotel visseral mezotel, ətrafdakı bədən divarlarını örtən mezotel isə parietal mezotel adlanır. Əsas funksiyası seroz maye ifraz etməkdir. == Mənşəyi == Mezotel embriondakı bədən boşluğunu əhatə edən embrion mezoderma hüceyrə təbəqəsindən əmələ gəlir. Bədənin daxili orqanlarının əksəriyyətini əhatə edən və qoruyan hüceyrə qatına çevrilir. == Tərkibi == Mezotel — sıx qeyri-müntəzəm birləşdirici toxuma ilə dəstəklənən nazik membran üzərində dayanan yastılaşmış skuamözəbənzər epitel toxumasından ibarət bir təbəqə təşkil edir. Kub formasında olan mezotel hüceyrələri zədələnmiş yerlərdə, omentumda və diafraqmanın qarın tərəfində, üst-üstə düşən limfa boşluqlarında tapıla bilər. Mikrovillilər tərəfində sıxışan zülallar və seroz maye daxili orqanların bir-birinin yanından sürüşməsi üçün sürüşkən bir səth təmin edir.
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. == Metalların ümumi xarakteristikası == Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). == Metalların fiziki xassələri == Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. === Metalların plastikliyi === Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. === Metal parıltısı === Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Muğatel (Urmiya)
Muğatel (fars. مقيطالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Əhalinin əsas etnik tərkibini azərbaycanlılar təşkil edir. 2006-cı il məlumatına görə kənddə 42 nəfər (15 ailə) yaşayır.
Mətanət A
Mətanət Abdurrəhmanova
Mətanət Əhəd qızı Abdurrəhmanova — SSRİ Ali Sovetinin deputatı. == Həyatı == 1961-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Səməd Vurğun adına kolxozda pambıqçı işləyib. 1984-cü il tarixdə XI çağırış (1984—1989) SSRİ Ali Sovetinin deputatı seçilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib. III dərəcəli “Əmək şöhrəti” ordeni ilə təltif olunub. Zərdab rayonunun Məlikumudlu kəndində yaşayır.
Mətanət Atakişiyeva
Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002). == Həyatı == Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir. M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == İblis (H. Cavid) — qaraçı Atabəylər (N. Həsənzadə) — kəniz Sehrli alma (Y. Lada) — dayə Nişanlı qız (S. Rəhman) — Qəmər Od gəlini (C. Cabbarlı) — 2-ci qız Ah, Paris… Paris!..
Mətanət Ağamirli
Mətanət Ağamirli (tam adı: Mətanət Mirsadiq qızı Ağamirli; d. 21 dekabr Ağdam rayonu) — Əməkdar jurnalist, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İcraçı katibi == Həyatı == Mətanət Ağamirli Ağdam rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == 1995–2000-ci illərdə "Press Fakt" və "Gündəlik xəbərlər", "Bizim Əsr" qəzetlərində çalışmışdır. 2000-ci ildən etibarən Lider televiziyasında jurnalist, aparıcı, prodüser kimi çalışır. 2004–2005-ci illərdə Lider TV-nin Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində "Sədadan sonra", "Mövqe", "Portretlər silsiləsindən", "Səda+", "Gender", "Səda 24", "Seçim" kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı kimi tanınır. 2000–2003-cü illərdə Ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşdur. 2011-ci ildən paralel olaraq YAP Qadınlar Şurasının nəşri olan "Zəriflik" jurnalının redaktorudur. 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmuşdur.
Mətanət Eres
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. == Həyatı == Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Mətanət Musayeva
Mətanət Musayeva — coğrafiya üzrə fəlsəfə doktoru, hidrometeoroloq. == Həyatı == Musayeva (Əzizova) Mətanət Ağayar qızı 4 iyul 1968-ci ildə Əli Bayramlı şəhərində (indiki Şirvan) ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə Qazıməmməd şəhəri 6 N-li məktəbdə 1-ci sinifə getmiş və 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir Həmin il sənədlərimi Leninqrad (indiki Sankt-Peterburq) Hidrometeorologiya İnstitutuna vermiş və qəbul olmuşdur. 1990-cı ildə institutun Qurunun hidrologiyası fakültəsini mühəndis hidroloq ixtisası üzrə bitirmişdir. Həmin il Hidrometeorologiya Komitəsində işə başlamış və qisa müddət ərzində texnik vəzifəsindən şöbə rəisi vəzifəsinə qədər yüksəlmişdir. 2002-ci ildə AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdı. 2008-ci ildə ETSN-nin Milli Hidrometeorologiya Departamentində şöbə rəisi vəzifəsində işləmişdir. 2008-2012-ci illərdə aspiranturanı bitirib.2014-cü ilin 26 sentyabrında AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda "İqlim dəyişmələrinin Böyük Qafqazın şimal-şərq yamacında qar-buz örtüyünə təsirinin qiymətləndirilməsi" mövzusunda dissertasiya müdafiə etmiş və coğrafiya üzrə fəlsəfə doktoru elmisi dərəcə almışdır. == Ailəsi == Oğlu Orxan Vüqar oğlu Quluzadə 1995-ci ildə Bakı şəhərində anadan olub. Kipr Türk Cumhuriyyətinin Dövlət Universitetində oxuyur.
Mətanət İsgəndərli
Mətanət Məhəmmədəli qızı İsgəndərli (17 iyun 1963) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Mətanət İsgəndərli 17 iyul 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub. 1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.
Mətanət Əfəndiyeva
Mətanət Əfəndiyeva (azərb. Əfəndiyeva Mətanət Tələt qızı‎, rus. Эфендиева Метанет Талат кызы; 1960, Bakı) — Rusiya alimi, Tibb elmləri doktoru (2003), professor (2011). RBTKEM‑in baş həkiminin elmi‑tədqiqat və klinik‑sınaq işləri üzrə müavini (2004). RF Dövlət İxtiralar Reyestrində ixtiralarına 7 patenti qeydiyyatdan keçib. == Həyatı == Əfəndiyeva Mətanət Tələt qızı 1960-cı ildə Bakıda anadan olub. 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) "müalicə işi" ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında təcili yardım həkimi kimi başlayıb. 1987-ci ildə Moskvada Ümumittifaq Elmi-Tibbi Reabilitasiya və Fiziki Terapiya Mərkəzi nəzdində aspiranturaya qəbul olub. Vaxtından qabaq tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün hələ aspiranturanı bitirməzdən əvvəl "Xəstələrin qida borusunda cərrahi müdaxilədən sonra bərpaedici müalicəsi" mövzusunda dissertasiya müdafiə edib.
Mətanət Əhmədova
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. == Həyatı == Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Mətanət Əzimova
Mətanət Əzimova (azərb. Əzimova Mətanət Əlirasim qızı;‎) — Azərbaycan Televiziyası və Radio Verilişləri (QSC)- Radionun Proqram Direktorloğunun böyük redaktoru, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının müəllimi, Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı == Əzimova Mətanət Əlirasim qızı 29 iyun, 1963-cü ildə müəllim ailəsində anadan olub. 1971–1981-ci illərdə Astara rayonu Ərçivan kənd orta məktəbində oxumuşdur. 1992-ci ildə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsinin tam kursunu bitirmişdir. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === Tələbə olduğu dövrdən Azərbaycan radiosu və televiziyası ilə müntəzəm əməkdaşlıq edib. 1993-cü ilin noyabr ayından etibarən rəsmi işçi kimi Azərbaycan Radiosu və Televiziyasında işləyir. Televiziyanın "Xəbərlər, "Səhər", "Hərbi" proqramlar redaksiyasında fəaliyyət göstərib. Radioda isə dövr üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb edən "Misri", "Ön cəbhəyə doğru", "Qan yaddaşımız" kimi verilişlərin müəllifi və aparıcısı olmuşdur. Müəllifi və aparıcısı olduğu bu verilişlərin süjet və müsahibələrini birbaşa ön cəbhədən-Qarabağdan hazırlamışdır. Eyni zamanda geniş dinləyici auditoriyasına malik "Deməsəm olmur", "Borc", "Ailə", "Dünya bir pəncərədir" və Ümummilli lider Heydər Əliyevə həsr olunan "Zamanın sahibi" adlı silsilə verilişlərin də müəllifi və aparıcısı olmuşdur.
Sebastian Fettel
Sebastyan Fettel (alm. Sebastian Vettel‎; d. 3 iyul 1987, Heppenhaim, Almaniya) — Almaniya avtopilotu. Formula 1 seriyasının dörd dəfə dünya çempionu (2010, 2011, 2012 və 2013). 2010-cu ildə Fettel Almaniyada ilin ən yaxşı idmançısı olaraq tanınıb. == Bioqrafiya == Sebastyan Fettel 1987-ci il iyulun 3-də Almaniyanın Heppenhaym şəhərində Norbert Fettel və Heyke Fettelin ailəsində doğulub. Onun Fabian adlı özündən balaca qardaşı, Melani və Stefani adlı böyük bacıları var. Onun uşaqlıqda üç kumiri olub – Mixael Şumaxer, Maykl Cordan və Maykl Cekson. Uşaqlığında Maykl Cekson kimi mahnı oxumaq istədiyini, lakin səsi olmadığını bildirir. Fettel uşaqlıqdan tanıdığı Hanna Patter ilə münasibətdədir.
Sebastyan Fettel
Sebastyan Fettel (alm. Sebastian Vettel‎; d. 3 iyul 1987, Heppenhaim, Almaniya) — Almaniya avtopilotu. Formula 1 seriyasının dörd dəfə dünya çempionu (2010, 2011, 2012 və 2013). 2010-cu ildə Fettel Almaniyada ilin ən yaxşı idmançısı olaraq tanınıb. == Bioqrafiya == Sebastyan Fettel 1987-ci il iyulun 3-də Almaniyanın Heppenhaym şəhərində Norbert Fettel və Heyke Fettelin ailəsində doğulub. Onun Fabian adlı özündən balaca qardaşı, Melani və Stefani adlı böyük bacıları var. Onun uşaqlıqda üç kumiri olub – Mixael Şumaxer, Maykl Cordan və Maykl Cekson. Uşaqlığında Maykl Cekson kimi mahnı oxumaq istədiyini, lakin səsi olmadığını bildirir. Fettel uşaqlıqdan tanıdığı Hanna Patter ilə münasibətdədir.
İspaniya metanol zəhərlənməsi
İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur. == Səbəb == Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır. İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər.
Alternativ Metal
Alternativ metal — XX əsrin 80-cı illərinin əvvəllərində Metal Musiqiyə alternativ kimi yaranan musiqi janrı. Alternativ metal, 1980-ci illərin əvvəlində Metal Musiqinin alternativi kimi ortaya çıxmıştır. Ən vacibi isə alternativ metal qruplarının ağır musiqi ağır gitar [[riffləri xarakterizə edilməsidir. Faith No More, Three Days Grace, Linkin Park, Deftones, Evansence, Disturbed, Demon Hunter, Anthrax, Black Veil Brides, Breaking Benjamin, Fear Factory və s. alternativ metalla məşğul olan qruplardır.
Black metal
Black Metal heavy metalın bir alt növü olub, 1980-ci illərdə yaranmağa başladı. Bu illərdə proto-black metal qrupları, etdikləri növün 'black metal' olaraq adlandırılmaqdan bir az uzaq olsa da, black metalın ayrı bir növ olaraq ortaya çıxmasına liderlik etmiş qruplardır. Bu musiqi janrı adını Venom musiqi qrupunun 1982-ci ildə yayımladığı Black Metal albomundan alır. Proto-black, thrash metal və black metal arasında bir keçid formasıdır. == Tarixi == İlk Proto-black qrupu Venom hesab edilir. Venomun musiqisi ilə indiki black metal arasındakı fundamental oxşarlıqlar; narahat edici vokallar ilə sürətli və aqressiv musiqi. Venomun 1982 çıxışlı Black Metal adlı albomu növə adını verən albomdur. İsveçli Quorthon (Tomas Forsberg)'un bir nəfərlik fəaliyyəti Bathory, Venomun musiqisini sürətləndirib daha sərt vokal və qaranlıq bir atmosfer işlədərək black metalın demək olar ki ayrıca bir növ olaraq ortaya çıxmasını təmin etmişdir. Digər proto-black qrupları Hellhammer, Celtic Frost və Mercyful Fate'dir. 1990-cı illərdə bəzi Death metal qruplarından da ilham alaraq inkişafını sürətləndirib.
Blək metal
Black Metal heavy metalın bir alt növü olub, 1980-ci illərdə yaranmağa başladı. Bu illərdə proto-black metal qrupları, etdikləri növün 'black metal' olaraq adlandırılmaqdan bir az uzaq olsa da, black metalın ayrı bir növ olaraq ortaya çıxmasına liderlik etmiş qruplardır. Bu musiqi janrı adını Venom musiqi qrupunun 1982-ci ildə yayımladığı Black Metal albomundan alır. Proto-black, thrash metal və black metal arasında bir keçid formasıdır. == Tarixi == İlk Proto-black qrupu Venom hesab edilir. Venomun musiqisi ilə indiki black metal arasındakı fundamental oxşarlıqlar; narahat edici vokallar ilə sürətli və aqressiv musiqi. Venomun 1982 çıxışlı Black Metal adlı albomu növə adını verən albomdur. İsveçli Quorthon (Tomas Forsberg)'un bir nəfərlik fəaliyyəti Bathory, Venomun musiqisini sürətləndirib daha sərt vokal və qaranlıq bir atmosfer işlədərək black metalın demək olar ki ayrıca bir növ olaraq ortaya çıxmasını təmin etmişdir. Digər proto-black qrupları Hellhammer, Celtic Frost və Mercyful Fate'dir. 1990-cı illərdə bəzi Death metal qruplarından da ilham alaraq inkişafını sürətləndirib.
Dark metal
Dark metal (eləcə də sadəcə dark-, (ing. dark metal), dark — "qaranlıq" sözündən) —— musiqi cərəyanı, metal musiqinin qollarından biri. İlk dəfə 1980-ci illərdə yaranmışdır və 1994-cü ildə musiqi cərəyanı kimi tam formalaşmışdır. Dark metalın vahid cərəyan üslubu yoxdur. Bu cərəyanın ilk albomları Almaniyada, Braziliyada, Yunanıstanda, ABŞ-də, İsveçrədə və digər ölkələrdə meydana gəlmişdir.
Datura metel
Hindistan dəlibəngi (lat. Datura metel) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Sinonimləri == Brugmansia waymanii Paxton Datura aegyptiaca Vis. Datura alba Rumph. ex Nees Datura alba F.Muell. Datura alba var. africana Mattei Datura bojeri Delile Datura chlorantha Hook. Datura cornucopia Pitcher & Manda Datura dubia Rich. Datura dubia Bianca ex Tod. Datura fastuosa L. Datura fastuosa var.
Death metal
Det metal (ing. Death metal) — Qərbdə kommunizmə qarşı formalaşan hirsli təzyiq dövründə bu musiqi, nihilist bir ideya, ya da inanca qarşı bir təzyiq idi. Gitaraların tonlarındakı sərtlik, nifrət, yüksək tonlarda düzəldilmiş musiqi sistemləri və vəhşi vokallar. Hamısı bu qarşıdurmanın "inasanlığın siyasi əməllərə alət edilməsi, müharibələrin məqsədləri və s.."-yə bir simvoldur. Death metal illərdir tərəfindən hər hansı bir ad verilmədən bəzi qruplar tərəfindan icra edilirdi. Speed Metal dövründə Destruction, Thrash Metal dövründə Cryptic Slaughter və hərdən hardcore qrupu The Exploited, bu tərzi ilk vaxtlarda bu tərzdən bacarıqla istifadə edən qruplardandır. Ornegin, the Exploitedin işlətdiyi gitara rifləri bu günün Death Metalda tez-tez istifadə edilən riflərdəndir. (xüsusilə "Lets Have A War" albomu). Bir çox qrup musiqilərini, inkişaf etmiş gitara rifləri, sürətli gitara soloları və bəzi ritmlərlə bəzəyirdilər. Yeni yaranmış bu tərzin adı "Death metal" idi.