Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mürdad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Murtaz Xurtsilava
Murtaz Xurtsilava (tam adı: Murtaz Kalistratoviç Xurtsilava, gürc. მურთაზ კალისტრატოვიჩი ჰურცილავა, translit. Murtaz K’alist’rat’ovichi Hurtsilava; Bandza kəndi, Gegeçqori rayonu, Gürcüstan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ idman ustası (1962). SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1966). SSRİ-nin əməkdar idman ustası (1969).
Mürtəd Yulian
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. == Həyatı == Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
Dəllək Murad
Dəllək Murad (XVII əsr və ya XVIII əsr – XVIII əsr) – XVIII əsr aşıqlarından biri. == Həyatı == Dəllək Murad XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsihətlərə rast gəlmək olar. == Yaradıcılığı == == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri: I. Bakı: 1983, səh.147–151. Azərbaycan Ədəbiyyatı İnciləri/Bayatı, Qoşma, Təcnis. Bakı: 1988, səh.265. Telli saz ustadları. Bakı: 1964, səh.20–23.
Fərid Murad
Fərid Murad (14 sentyabr 1936[…] – 4 sentyabr 2023) — əslən alban olan amerikalı həkim və farmakoloq, 1998-ci ildə tibb və fiziologiya üzrə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Nobel mükafatçısı olub. == Həyatı == Ferid Murad, 1936-cı ildə 14 sentyabr ABŞ-də İndiana ştatında, Whiting şəhərində anadan olub. 1958–1965-ci illərdə Klivlenddə Western Reserve Universitetində oxuyub və tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) adına layiq görülüb. 1975–81 — Vircinia Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1971–81 — Vircinia Universitetində kliniki tədqiqat mərkəzinin direktoru 1973–81 — Vircinia Universitetində İç Xəstəliklər kafedrasında Kliniki Farmakologiya bölməsinin direktoru 1981–89 — Stanford Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1981–86 — Palo Alto veteranlar administrasiyasında tibbi mərkəzin müdiri 1988 - Çikaqoda (İllinoys ştatı) Northwestern Universitində professor Farmakologiya kafedrasının professoru 1990–92 — Dünyaca ünlü Abbott Laoratories (İllinoys ştatında) əczaçı konsernində farmasevtik tədqiqat və inkişaf bölməsinin işçisi, vise-presidenti 1993–95 — CEO/President, Molecular Geriatrics Corporation, Lake Bluff, Illinois == Təqaüd və ödüllər == Ciba Award, 1988 Albert Lasker Basic Medical Research Award, 1996 == İstinadlar == == Həmçinin bax == Nobel mükafatı == Xarici keçidlər == Fərid Muradın Nobel Mühzairəsi (ingiliscə) Fərid Muradla müsahibə (ingiliscə) Mədəniyyət kanalı.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1816, Xunzax, Avar Xanlığı — 5 may 1852, Qax) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. == Həyatı == 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
III Murad
III. Murad (osman. مراد ثالث) (4 iyul 1546, Manisa, Osmanlı imperiyası – 16 yanvar 1595, Konstantinopol, Osmanlı imperiyası), 12-ci Osmanlı padşahı və 91-ci İslam xəlifəsidir. Səltənəti zamanında Osmanlı dövlətinin sahəsi 19.902.000 km²-ə qədər yüksəlmişdir. 21 il hakimiyyətdə qalan III. Murad dönəmində 11 sədrəzəm, 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III. Muradın ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur. == Həyatı == === Şahzadəliyi === 4 iyul 1546 tarixində atası II Səlimin Manisa sancaqbəyliyi dövründə Manisanın Bozdağ yaylağında dünyaya gəlmişdir. Əsl adı Cecilia Baffo olan Venesiya əsilli Nurbanu Sultanın oğludur. İlk təhsilini Manisa sarayında aldı və 1557-ci ilin aprelində sünnət mərasimi burada keçirildi. Atasının 1558-ci ildə Qaraman əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi və babası Qanuni Sultan Süleymanın xeyir-duası ilə Akşehir sancaqbəyi seçildi. Burada ikən atası ilə əmisi Şahzadə Bəyazid arasında gedən Konya döyüşü əsnasında Konya qalasının mühafizəsi ilə vəzifələndirildi.
II Murad
II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; iyun 1404, Amasya – 3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur. == Şahzadəliyi == Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar.
IV Murad
IV Murad (osman. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. == Həyatı == === Şahzadəlik illəri === 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
I Murad
Hakimiyyət illəri:1362-1389 I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı. == Həyatı == Şəhzadəlik illəri 29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi. Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi. İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi.
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 - 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. == İstinadlar == == Mənbə == ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. == Xarici keçidlər == Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد... Leyla Murad — IMDb səhifəsi.
Murad Hüseynov
Murad Hüseynov (futbolçu) — Azərbaycanlı futbolçudur. Murad Hüseynov (general-mayor) — Azərbaycanlı general-mayor. Murad Hüseynov (pianoçu) — Azərbaycan pianoçusu.
Murad Hüseynzadə
Murad Mahmud oğlu Hüseynzadə (8 yanvar 1998, Şağlaser, Lənkəran, Azərbaycan — 11 noyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Hüseynzadə 8 yanvar 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlasər kəndində anadan olub. Murad 2013–2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla "Tibb təlimatçısı" ixtisasına yiyələnib. Lənkəran rayonlararası narkoloji xəstəxanada tibb qardaşı kimi çalışıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murad Hüseynzadə Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub. Lənkəranda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Hüseynzadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Hüseynzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Murad Həbibov
Murad Asəf oğlu Həbibov (15 may 2001, Quba, Azərbaycan – 3 noyabr 2020, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həbibov Murad Asəf oğlu 15 may 2001-ci ildə Quba şəhərində anadan olmuşdur. 2008-ci ildə Quba şəhər 6 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş və həmin məktəbi 2019-cu ildə bitirmişdir. Elə həmin ilin iyul ayında hərbi xidmətə çağırılmış və Azərbaycan Ordusu sıralarına qatılmışdır. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Hərbi xidmətini Goranboy rayonunda başlamış və hərbi təlimləri bitirdikdən sonra xidmətini davam etdirmək üçün Tərtər rayonuna göndərilmişdir. Murad Həbibov hərbi xidmətdə olarkən komandirləri və döyüş yoldaşları tərəfindən cəsur bir minaatan kimi tanınmışdır. O,hərbi xidmətini düşmənlə üzbəüz postlarda aparmışdır. 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlayan mübarizəyə ilk qoşulanlardan biri olmuşdur. Belə ki, düşmənin Tərtər rayonu istiqamətində başladığı təxribatçı hücumlarının qarşısını kəsənlər Murad və onun döyüş yoldaşları olmuşdur. Düşmənin hücumlarının qarşısını alan əsgərlərimiz əks-hücuma keçərək düşmənə ağır itkilər vermişdir.
Murad Həşimov
Murad Həşimov (3 iyun 1988, Şəki, Azərbaycan SSR) —azərbaycanlı aparıcı. == Həyat və karyerası == Murad Əhməd oğlu Həşimov 3 iyun 1988-ci ildə Şəki şəhərində anadan olub. İbtidai və orta təhsili Şəkidə 18 saylı məktəbdə alıb. 2008-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitini bakalavr diplomu ilə bitirib. Elə həmin ildən televiziya və radio sahəsində fəaliyyətə başlayıb. 2008-2009-cu illərdə "Kanal S" televiziyasında aparıcı işləyib. 2009-cu ildə Türkiyədə "Maltepe Universiteti"ndə televiziya sahəsində təhsil alıb. İstanbulun bir sıra televiziyalarında təcrübələr keçib. 2009-2010-cu illərdə bir müddət "TQDK"da məsləhətçi olaraq fəaliyyət göstərib. 2010-cu ildə "GRBS Şirkətlər Qrupu"nun PR manager-i və mətbuat katibi olub.
Murad Kajlayev
Murad Kajlayev (15 yanvar 1931, Bakı – 23 dekabr 2023, Mahaçqala) — bəstəkar və pedaqoq, dirijor. SSRİ xalq artisti (1981), == Həyatı == Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRİ-də görkəmli lorinqoloq idi. Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxır. Və onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul edirlər. 1949-cu ildə M. Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olur. O, təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alır. SSRİ Bəstəkarlar İttifaqının Nizamnaməsinə görə hər bir bəstəkar Ali musiqi məktəbini bitirib, iki il sınaq yaradıcılığı mərhələsini keçir, sonra isə Ittifaqa daxil olmaq haqqında ərizə vermək hüququnu qazanırdı. Lakin istisna olaraq M. Kajlayev hələ tələbəlik illərində SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul olunur. Əlbəttə, bu onun çox böyük fitri istedadından və yazdığı əsərlərin yüksək səviyyəsindən xəbər verirdi.
Murad İmanov
Murad Həsən oğlu İmanov — Azərbaycanlı alim, riyaziyyat üzrə elmləri doktoru. = Həyatı = Murad Həsən oğlu İmanov Qərbi Azərbaycanın Zəngəzur bölgəsi Sisian rayonunun Ərəfsə kəndində ziyalı ailəsində anadan olmuşdur. Naxçıvan şəhər internat məktəbini qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir, riyaziyyat üzrə elmlər doktorudur. Azərbaycan Respublikası Təhsil Nazirliyində çalışır. 1214.01 – “Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə mütəxəssisdir. "Faza məhdudiyyətli optimal idarəetmə məsələlərinin requlyar həllərinin oxşar həllər metodu vasitəsilə tədqiqi” mövzusu üzrə dissertasiya müdafiə etmişdir. Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib. Azərbaycanda elmin inkişafındakı xidmətləri vardır.
Murad Əflətov
Murad İlyas oğlu Əflətov (3 noyabr 2000, Nəsimikənd, Saatlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Murad Əflətov 2000-ci il noyabrın 3-də Saatlı rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Əslən axısqa türküdür. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Murad Əflətov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Əflətova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Əflətov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Əflətov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Əflətov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edidi. == Təltifləri == (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (9.
Murad Əliyev
Murad Əliyev (jurnalist)
Murad Əsədov
Murad Rüstəm oğlu Əsədov (15 dekabr 1999; Şərəfxanlı, Ağcabədi rayonu, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Əsədov 15 dekabr 1999-cu ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Ağcabədi rayon şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində orta təhsil almışdır. == Hərbi xidməti == Murad Əsədov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Murad Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 29 sentyabrdan vuruşmuşdur. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Əsədov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əsədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əsədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadiya Murad
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه‎; 10 mart 1994, Koço[d], Neynəvə mühafəzəsi) Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi. 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən tutulur. Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq və yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır. 2018-ci ildə insan haqları üzrə fəallar Nadiyə Murada və Denis Mukveqeyə "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh Mükafatına layiq görüldülər. == Erkən həyatı və İŞİD tərəfindən tutulması == Murad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub. Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi. 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi. O,15 avqust 2014-cü ildə tutuldu.
Nadiyə Murad
Nadiyə Murad Base Taha (ərəb. نادية مراد باسي طه‎; 10 mart 1994, Koço[d], Neynəvə mühafəzəsi) Almaniyada yaşayan 1993-cü ildə doğulmuş İraqlı Yezidilərdən olan insan hüquqları müdafiəçisi. 2014-cü ildə məmləkəti Koçodan qaçırılaraq üç ay müddətində İraq Şam İslam Dövləti tərəfindən tutulur. Murad, "soyqırım, kütləvi vəhşiliklər və traffikinq (insan alveri) qurbanları olan qadınların və uşaqların həyatlarını və icmalarını sağaltmaq və yenidən qurmaqda köməklik edən" "Nadiyə Təşəbbüsü" təşkilatının yaradıcısıdır. 2018-ci ildə insan haqları üzrə fəallar Nadiyə Murada və Denis Mukveqeyə "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə" Nobel sülh Mükafatına layiq görüldülər. == Erkən həyatı və İŞİD tərəfindən tutulması == Murad, İraqın Səncər qəzasının Koço kəndində anadan olub. Ailəsi, yezidi azlığından olan əkinçi ailəsi idi. 19 yaşında, İraq Şam İslam Dövləti döyüşçüləri kənddəki Yezidi camaatını yaxaladıqda, Murad İraqın şimalındakı Səncar qəzasının Koço kəndində yaşayan bir tələbə idi, Nadiyənin altı qardaşı və ögey qardaşları da daxil olmaqla 600 nəfər öldürülür və gənc qadın və qızlar kölə kimi aparılır. Həmin il, Murad İraq Şam İslam Dövləti tərəfindən İraqda əsir götürülmüş 6.700-dən çox yezidi qadın və qızlarıdan biri idi. O,15 avqust 2014-cü ildə tutuldu.
Sivaslı Murad
Murad Sebastatsi (erm. Սեբաստացի Մուրադ) – erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. (1874 Sivas – 4 avqust 1918 Bakı). XIX əsrin sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur. 1904-cü il Sasun üsyanı zamanı osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə Azərbaycan kəndlərinə hücum edir, kəndlər talan edilir, yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1908-ci il "gənc türklər inqlabından sonra erməni icmasının həyatında aktiv iştrak edir. 1916-cı ildə Ərzincanda erməni milli komitəsinə rəhbərlik edir.
Sultan Murad
Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz – 1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun Həsən və I Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı. == Həyatı == 31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir. == Hakimiyyəti == Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı. == Hakimiyyətdən getməsi == 21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi. Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı. Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Kürşad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Multan
Multan (urdu ملتان, ing. Multan, q.pənc. ملتان) - Pakistanda yerləşən bir şəhər. == Tarixi == Dilimizdə işlənən “Moltanı” sözü Pakistanın Multan şəhəri ilə bağlıdır. Orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olub. Multanlılar bizim ərazilərə (xüsusən Bakıya) ticarət səfəri edər, el arasında onlara multani (moltanı) deyərdilər.
Murzay
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlarda inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün düzəldilən dəri qab isə murzay adlanır.
Mutand
Mutant, orqanizmin X, Y, Z, Qamma və buna bənzər hiper şüalanmaya məruz qalması nəticəsində hüceyrə nüvəsindəki DNT ardıcıllığının və qıvrımlarının dəyişdirilməsi nəticəsində canlıların fizioloji və bioloji xüsusiyyətlərində göz ilə görünən dəyişikliklərin müşahidə edilməsidir.
Muxtar
Muxtar — Azərbaycan kişi adı və təxəllüs. Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor. Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri Muxtar İbadov — aktyor, inzibatçı. Yaşayış məntəqələri Muxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
MÜSİAD
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (türk. Müstakil Sanayici ve İşadamları Derneği) və ya qısaca MÜSİAD — 5 may 1990-cı ildə bir qrup türk iş adamı tərəfindən qurulan qeyri-hökumət təşkilatıdır. Dərnəyin məqsədi Türkiyəni yerli və ümumbəşəri dəyərləri qoruyan, öz bölgəsində fəal olan, dünyada hörməti olan firavan bir ölkəyə çevirmək; Türkiyənin və dünyanın sosial, mədəni, iqtisadi və texnoloji sahələrdə inkişafını təmin etmək. == Tarixçə == Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahiq olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi" dir. Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır. 1990-cı ildən bu yana dünyada 11.000 üzvü ilə, təxminən 1.6 milyon şəxsə iş imkanı verən, Türkiyədə 87, Ölkə xaricində 81 fəqli ölkədə, ümumilikdə 164 məntəqə ilə xidmət edən, üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır. == Azərbaycanda == MÜSİAD Azərbaycan (türk. MÜSİAD Azerbaycan) 01.01.2018 tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda müxtəlif sahələrdən olan 63 üzvü ilə 3750 nəfər işçiyə iş imkanı verməkdədir. 10 nəfərlik İdarə heyəti və 5 komitə ilə fəaliyyətini davam etdirir.
Mümtaz
Mümtaz — Kişi adı, təxəllüs. "Mümtaz" sözü Ərəbcədən tərcümədə (ərəb. ممتاز) "seçilmiş", "digərlərindən fərqlənən" mənasını verir. Mümtaz (aktrisa) — Mümtaz Mahal — Salman Mümtaz — Azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf.
Xürdad
Xürdad (fars. ‎) — İran və Əfqanıstanın rəsmi təqviminin üçüncü ayı. Xürdad ayında 31 gün var. Bu ay may ayında başlayıb iyun ayında sona çatır. Xürdad yazın üçüncü ayıdır.
Şurtan
Aşağı Şurtan
Kurtaj
Kurtaj (fr. courtage, ing. courtage) — komissiya. == Mənası == Birja işində birja əməliyyatlarında vasitəçiyə görə birja dəllalının və ya birja brokerinin aldığı mükafat. Dəyər bağlanmış alqı-satqı əməliyyatının həcminin 1000 payı ilə hesablanır və malı həm satıcı, həm də alıcı tərəfindən brokerə ödənilir. Təchizat qiymətli kağızların növünə görə (dövlət qiymətli kağızları, digər istiqrazlar, dividendli qiymətli kağızlar) və bazar dəyərindən və ya əməliyyatların növündən asılı olaraq fərqləndirilir. Pulsuz brokerlər üçün sabit dərəcələr müəyyən edilmir. Banklar brokerə ödənilən haqqı müştəriyə verilən qaimə-fakturaya daxil edirlər. Sığorta işində sığorta brokerinin sığortaçı üçün təşkil edilmiş əməliyyata görə aldığı mükafat. Vasitəçinin aralarında müqavilə bağlamaq üçün 2 tərəf arasında əlaqə qurduğu, bunun üçün müqavilənin icrasından asılı olmayan bir mükafat aldığı müqavilə.
Mürşid
Mürşid (ərəb. مرشد‎) — tərbiyəçi, müəllim. O, düz yolu, yəni İslamı göstərən, zəlalətdən hidayətə yönəldəndir. Təsəvvüfün qəbulu tələbənin seçdiyi mürşid müəllimə beyət etməsi ilə başlayır. Bundan sonra tələbəyə mürid deyirlər. Mürşidin vəzifəsi öz naşılarına təsəvvüf yolunu öyrətməkdir. İslam ilahiyyatçısı Həsən əl-Bəsrini sufizmin sələfi hesab edirdi. Mürşid kamil insan nümunəsidir. Demək olar ki, bütün İslam təsəvvüf məktəblərində Quran və Sünnənin meyarlarını həyata keçirərək, özlərində bu standartları yaşayaraq, öz tərəfdarlarını Din, Dini həyat, Tövhid, Marifetullah öyrətmək məqsədinə çatmağa aparan müəllim (hərfi mənada: hidayət edən). Ustad şagirdin tərbiyəsində oynadığı rola görə mənəvi ata sayılır.