Murad Mahmud oğlu Hüseynzadə (8 yanvar 1998, Şağlaser, Lənkəran, Azərbaycan — 11 noyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Murad Hüseynzadə | |
---|---|
Murad Mahmud oğlu Hüseynzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şağlaser, Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Lənkəran |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Qubadlının azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020, 2020, 2020, 2021 |
Murad Hüseynzadə 8 yanvar 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlasər kəndində anadan olub.[2] Murad 2013–2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla "Tibb təlimatçısı" ixtisasına yiyələnib. Lənkəran rayonlararası narkoloji xəstəxanada tibb qardaşı kimi çalışıb.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murad Hüseynzadə Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub. Lənkəranda dəfn olunub.[4][5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Hüseynzadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Hüseynzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Hüseynzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[10]